Divok Oriqi karyerasını başa vurdu – 31 yaşında!
Belçika yığma komandasının, “Liverpul” və “Milan” kimi klubların keçmiş mərkəz hücumçusu Divok Oriqi peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, bu barədə belçikalı oyunçu özü məlumat verib.
Təcrübəli forvard 31 yaşında peşəkar futbolla vidalaşıb.
Divok Oriqi Fransanın “Lill” klubunun yetirməsidir. “Liverpul”, “Volfsburq” kimi klublarda da çıxış etmiş hücumçu 2022-ci ilin yayında azad agent kimi “Milan”a qoşulub. Onun İtaliya nəhəngi ilə 2026-cı ilin yayına kimi müqaviləsi vardı. Amma futbolçu uzun müddət idi əsas komandada heyətə düşə bilmirdi. Bu üzdən də klub rəhbərliyi Oriqi ilə sözləşməyə bu ilin yanvarında xitam vermişdi. Oriqi 2023/2024 mövsümünü icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda keçirib.
Oriqi 2014-cü ildə Belçika yığmasında debüt edib. OŞ millidə 32 matça çıxıb, cəmi 3 qol vurub.