“Turan Tovuz”u “Şəfa”ya dəyişdi
12 July 2026 at 18:39
“Turan Tovuz”un futbolçusu Fərid Yusifli karyerasını “Şəfa”da davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klublar oyunçunun keçidi ilə bağlı razılığa gəlib.
Fərid ötən mövsüm 18 oyunda 1 məhsuldar ötürmə edib.