Fransızlara görə ölkəsindən ayrıldı
13 July 2026 at 12:15
Fransanın “Strasburq” klubunun baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Uqo Oliveyraya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.
Oliveyra son olaraq ölkəsində “Famalikan”a rəhbərlik edib.