“Kristal Pelas” “Mançester Siti”nin müdafiəçisini istəyir
30 October 2025 at 15:37
“Kristal Pelas” “Mançester Siti”nin niderlandlı müdafiəçisi Natan Akeni növbəti yay transfer pəncərəsində heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
London klubu Akeni mövsümün sonunda komandadan ayrılacağı gözlənilən və hətta yanvarda klubunu dəyişə biləcəyi istisna edilməyən Mark Quehinin əvəzləyicisi kimi görür.
30 yaşlı Ake cari mövsümdə bütün turnirlərdə 8 oyunda meydana çıxıb. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
The post “Kristal Pelas” “Mançester Siti”nin müdafiəçisini istəyir appeared first on Komanda.az.