Reading view

Krivotsyuk və Xaybullayev millidən ayrıldılar

Anton Krivotsyuk və Abdulla Xaybulayev Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətindən çıxarılıblar.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Avstriyada təlim-məşq toplanışında olan millimizin heyətində dəyişiklik edilib. Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Baş məşqçi Ayxan Abbasovun bu iki oyunçunu millidən kənarlaşdırılmasının səbəbi açıqlanmır. Amma böyük ehtimalla bu, sözügedən futbolçuların Malta ilə yoxlama oyununda bir-biri ilə mübahisə etməsinə görə atılmış addımdır.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi ilk yoxlama matçında Malta yığmasına 0:2 hesabı ilə məğlub olub. Komandamız toplanışdakı növbəti oyununda San Marino yığması ilə üz-üzə gələcək. Bu oyun iyunun 9-da keçiriləcək.

❌