Saşa İliç “Partizan”a baş məşqçi təyin eildi
2025/2026-cı illər mövsümü başa çatan kimi “Sumqayıt”ın baş məqçi postundan ayrılan serbiyalı mütəxəsis Saşa İliç özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bundan sonra ölkəsində işləyəcək.
O, “Partizan”ın baş məşqçisi təyin edilib. Bu barədə Belqrad klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Saşa İliç futbolçu karyerasının böyük hissəsini – 1996-2005-ci və 2010-19-cu illəri məhz “Partizan”da keçirib. İliç futbolçu kimi “Partizan”ın heyətində 604 matçda meydana çıxıb, 160 qol vurub və 11 dəfə Serbiya çempionu olub.
İliç 2025/2026-cı illər mövsümünün əvvəlində “Sumqayıt”a baş məşqçi təyin edilmişdi. “Kimyaçılar” bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 37 oyun keçiriblər, 14 qələbə, 6 heç-heç və 17 məğlubiyyət görüblər. Top fərqi də ürəkaçan olmayıb – 51:52.
Xatırladaq ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 41 xalla 7-ci pillədə başa vurub. İliçin komandası 33 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.