U-17 millimiz Tacikistanla 2 yoxlama oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) iyunun 23-dən iyulun 2-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, U-17 millimiz toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.
Azərbaycan millisinə dəvət edilmiş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
- Ülvi Abbaslı – Sumqayıt
- Oqtay Mehrəliyev – Qarabağ
- Cavidan Babayev – Qarabağ
- Ruslan Quliyev – Neftçi
- Vaqif Nəbiyev – Qarabağ
- Uğur Qurbanlı – Qarabağ
- Cihad Sadıqov – Sabah
- Roman Fərzəli – Qarabağ
- Mehdi Hüseyn – Qarabağ
- Rəsul Balakişiyev – Marset (İspaniya)
- Nicat Əhmədzadə – Marset (İspaniya)
- Vaqif Məmmədli – Sabah
- Ömər Fətəliyev – Qarabağ
- Əhəd Hacızadə – Qarabağ
- Nihad Hüseynzadə – Sabah
- Renat Əliyev – Neftçi
- Davud Abullayev – Qarabağ
- Şikar Şikar – Neftçi
- Tunar Bayramov – Qarabağ
- Firdovsi Şeydayev – Sabah
- Nazim Əliyev – Srvena Zvezda (Serbiya)
- Daniil Rəcəbov – Qarabağ
- Ruslan Əbilov – Sabah