Reading view

Türkiyə millisinin üzvü klubsuz qaldı

Almaniyanın “Borussiya” klubu futbolçusu Salih Özcanla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçinin müddəti bitən müqaviləsi uzadılmayıb.

Salih 2022-ci ildən “Borussiya”da forma geyinirdi. 28 yaşlı futbolçu bu mövsüm Bundesliqada 11 oyuna çıxıb.

Yarımmüdafiəçi Türkiyə milli komandasının da üzvüdür.

❌