Kapitan qərarsızdır – “Zirə”də qeyri-müəyyənlik
“Zirə” futbolçusu Qismət Alıyevlə müqaviləni uzatmaq istəyir.
Futbolpress.az-ın məlumatına görə, tərəflər arasında bir müddətdir, danışıqlar davam edir. Qismətin təklifləri var və hələ qərarsızdır.
Azərbaycan yığmasının da üzvü olan 29 yaşlı oyunçu yaxın zamanda seçimini edəcək.
Qismət 2020-ci ildən “Zirə”nin formasını geyinir. Cinah oyunçusu başa çatan mövsümdə Premyer Liqada 31 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
Şahin Cəfərov