Reading view

“Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik”

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders “Aston Villa”ya 0:1 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, bunu deyib:

“Həmişə yalnız Erlinq Halandın qollarına etibar edə bilmərik, baxmayaraq ki, əlbəttə, onlar bizə çox kömək edir. Hamımız qol vurmaq istəyirik və özümüzü yaxşı mövqelərə qoyuruq. Bəzən top qapıya girmir, amma zamanla işlər düzələcək”.

Erlinq Haland avqust ayından bəri ilk dəfə qol vura bilməyib və bu, norveçli futbolçunun 12 oyunluq qol seriyasına son qoyub.

“Şəhərlilər” Premyer Liqanın turnir cədvəlində 5-ci yerdədir və lider “Arsenal”dan 6 xal geridədir.

The post “Həmişə yalnız Halandın qollarına etibar edə bilmərik” appeared first on Komanda.az.

Erlinq Haland Kristiano Ronaldonun rekorduna şərik oldu

“Mançester Siti”nin hücumçusu Erlinq Haland Çempionlar Liqasının əsas mərhələsində “Vilyarreal”a vurduğu qolla yeni göstəriciyə imza atıb. Arena.az xəbər verir ki, norveçli forvard həm klub və həm də millidə ardıcıl 12 matçda minimum bir qol vurmaqla Portuqaliya yığmasının üzvü Kristiano Ronaldonun rekorduna şərik olub. Xatırladaq ki, “Vilyareal” – “Mançester Siti” matçında “şəhərlilər”…

Source

❌