Reading view

İngiltərə klubu Endriki icarəyə götürmək istəyir

“Tottenhem” “Real”ın hücumçusu Endrikin durumunu yaxından izləyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvard Madrid təmsilçisindəki az oyun praktikası səbəbindən narazıdır və yanvarda icarəyə gətməyə hazırdır. Bununla belə, Endrik gələcəyini məhz “Real”la əlaqələndirir və klubdan tam ayrılmaq niyyətində deyil.

“Tottenhem” rəhbərliyi isə 19 yaşlı futbolçunun oyun xüsusiyyətlərinin komandaya tam uyğun olduğunu hesab edir və qış transfer pəncərəsində onu icarəyə götürmək planı qurur.

Endrik bu mövsüm hələ meydana çıxmayıb. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

The post İngiltərə klubu Endriki icarəyə götürmək istəyir appeared first on Komanda.az.

Xabi Alonso: “Endrik səbrli, hazır olmalı və bilməlidir ki…”

“Real”ın baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın braziliyalı mərkəz hücumçusu Endirkə səbrli olmağı və vaxtını gözləməyi tövsiyə edib. Arena.az ispan mütəxəssisin müvafiq fikrini təqdim edir: “Aydındır ki, hamı oynamaq istəyir. Gənc oyunçu isə daha da çox. Endrik səbrli, hazır olmalı və bilməlidir ki, “Real”dadır. Onun vaxt hələ gələcək”, deyə Xabi Alonso vurğulayıb.

Source

❌