Krivotsyuk və komandası final mərhələsinə qələbə ilə başladı
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk “Daejeon Hana Sitizen”in komandasının heyətində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Cənubi Koreya çempionatının (K Liqa 1) 2025-ci il mövsümünün final mərhələsindəki ilk oyununda “Pohanq”la qarşılaşıb. “Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib.