Rafael Benites Yunanıstan klubunda – Rəsmi
İspaniyanın tanınmış futbol mütəxəssislərindən olan Rafael Benites Yunanıstanın “Panatinaikos” komandasının baş məşqçisi təyin edilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 54 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. O, bu postda ötən ay istefaya göndərilmiş Ruy Vitoriyanı əvəz edib.