Reading view

MY 3 milyon avro ödəməyə hazırdır – 16 yaşlı futbolçu üçün

“Mançester Yunayted” İsveçin AİK klubuna məxsus gənc hücumçu Kevin Fillinqi transfer etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 16 yaşlı futbolçunun keçidi üçün təxminən 3 milyon avro ödəməyə hazırdır.

İsveçli forvardın transferinə Bundesliqa (Almaniya) klubları da maraq göstərir və “Mançester Yunayted”ə rəqib ola bilərlər.

Ruben Amorimin komandası hazırda İngiltərə Premyer Liqasının 9 turundan sonra 16 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

The post MY 3 milyon avro ödəməyə hazırdır – 16 yaşlı futbolçu üçün appeared first on Komanda.az.

❌