Reading view

Ayxan Abbasov: “Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir”

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”un qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra “şirlər”in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Çətin oyun oldu. Meydançanın belə olmasını gözləmirdik. Sürət baxımından hər iki komanda əziyyət çəkirdi. Düşünürəm ki, bir xala layiq idik. Futbolçularıma təşəkkür edirəm, belə bir ağır meydançada mübarizə apardılar.

Meydançaya da bir az təəssüfləndim ki, çox əziyyət çəkmişdilər. Məncə, bir az tələsdilər, gözləmək lazım idi.

Millidən danışmaq istəmirəm. Çünki keçən dəfə “Qəbələ”də də oldu. Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir. Ona görə də, millidən danışmayaq. Millinin mətbuat konfranslarında danışarıq.

“Turan Tovuz” rəhbərliyini təbrik edirəm. Bu gün böyük işlər görürlər. İnanıram ki, bütün meydançalarımız təbii örtüyə keçər”.

“Şamaxı” növbəti turda “İmişli”ni qəbul edəcək.

Fəxri Rüstəmli

The post Ayxan Abbasov: “Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir” appeared first on Komanda.az.

Günün oyunları – TV

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Komanda.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

2 noyabr

İtaliya, A Seriyası
15:30 Verona – İnter (Futbol 1)
18:00 Fiorentina – Leççe (Futbol 1)
23:45 Milan – Roma (Futbol 1, Matç TV)

Türkiyə, Super Liqa
15:30 Konyaspor – Samsunspor (beİN Sports 2)
18:00 Kayserispor – Kasımpaşa (beİN Sports 2)
21:00 Beşiktaş – Fənərbaxça (Futbol 3, beİN Sports 1)

Azərbaycan, Premyer Liqa
16:00 Turan Tovuz – Şamaxı (CBC Sport)
18:30 Sumqayıt – Araz-Naxçıvan (CBC Sport)

İngiltərə, Premyer Liqa
18:00 Vest Hem – Nyukasl (beİN Sports 3)
20:30 Mançester Siti – Bornmut beİN Sports 3)

İspaniya, La Liqa
21:30 Barselona – Elçe (İdman TV, Futbol 2)
00:00 Betis – Malyorka (İdman TV, Futbol 2)

The post Günün oyunları – TV appeared first on Komanda.az.

❌