“Real”da Franko Mastantuono şoku – xroniki zədəsi var!
Futbol üzrə Argentina millisinin və İspaniya nəhəngi “Real”ın cinah hücumçusu Franko Mastantuono xroniki zədədən əziyyət çəkir. Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir. 18 yaşlı vingerə xroniki qasıq zədəsi olan pubalji diaqnozu qoyulub. Xatırladaq ki, daha əvvəl eyni diaqnoz “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamala da qoyulmuşdu.