Reading view

Bo Henriksen “Maynts”dan qovuldu

Danimarkalı futbol mütəxəssisi Bo Henriksen Almaniyanın “Maynts” komandasının baş məşqçisi vəzifəsindən qovulub.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın 2025/2026-cı illər mövsümündəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Maynts” bu mövsüm Bundesliqada keçirdiyi 12 oyunda cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Komanda 6 xalla 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bo Henriksen 2024-cü ilin fevralında “Maynts”ın baş məşqçi postunda Yan Ziverti əvəz etmişdi. 50 yaşlı mütəxəssisin Almaniya klubu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var idi.

Henriksen “Maynts”ı bütövlükdə 68 oyuna çıxarıb, 27 qələbə, 18 heç-heçə və 23 məğlubiyyət görüb.

Danimarkalı mütəxəssis daha öncə “Sürix”, “Midtyulland”, “Horsens” və “Brönshöy” klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

❌