Reading view

“Ferqyuson dedi ki, sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, Pirlodur”

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi klubun keçmiş baş məşqçisi Aleks Ferqyusonun komandasını “Milan”la oyuna necə hazırladığını xatırlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Ferqyusonun “Milan”la oyunumuzdan əvvəl bizə brifinq verdiyini xatırlayıram. O, sözün əsl mənasında Parka dedi: “Bu gün sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, sənin işin Andrea Pirlodur. Vəssalam, Pirlo”.

Şotlandiyalı məşqçi “Milan”ın sabiq yarımmüdafiəçisi Pirlonun yaratdığı təhlükədən o qədər ehtiyat edib ki, Park Ji-Sunqa italiyalı oyunçunu diqqətlə izləməyi tapşırıb. “Qırmızı şeytanlar” 2009/10 mövsümündə, Çempionlar Liqasının 1/8 finalında “Milan”ı ümumi 7:2 hesabı ilə məğlub ediblər.

The post “Ferqyuson dedi ki, sənin işin topa sahib olmaq, ötürmə vermək deyil, Pirlodur” appeared first on Komanda.az.

❌