Xavi İngiltərə klubunun baş məşqçisi ola bilər
“Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandes İngiltərə Premyer Liqasında işləməyə açıqdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis istənilən an İngiltərənin aparıcı komandalarından birinin “sükanı arxasına” keçməyə hazırdır.
Son vaxtlar Xavinin agentləri ilə “Tottenhem” və “Çelsi” əlaqə saxlayıb. Ancaq birinci tərəfin addımı vəziyyəti sadəcə öyrənmək məqsədi daşıyıbsa, “Çelsi”nin marağı konkret xarakter daşıyır.
Bildirilir ki, “Çelsi” artıq bir neçə həftədir Xavi ilə təmasdadır və klub Enzo Mareskanın istefası ilə bağlı qərar verəcəyi halda, əsas namizəd məhz o, olacaq.
“Çelsi” Premyer Liqada 16 turdan sonra 28 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Tottenhem” isə 22 xalla 11-cidir.
“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
The post Xavi İngiltərə klubunun baş məşqçisi ola bilər appeared first on Komanda.az.