Reading view

Azərbaycanlı stolüstü tennisçi beynəlxalq toplanışda iştirak edəcək

Azərbaycan stolüstü tennisçisi Xədicə Babazadə Avropa Stolüstü Tennis Birliyinin təşkil etdiyi “ETTU Eurotalents Selection camp” toplanışında iştirak edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib.

İdmançı milli komandanın məşqçisi Səbinə Əzizlinin müşayiəti ilə Xorvatiyaya yola düşüb. Vrsar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında qitənin ən istedadlı stolüstü tennisçiləri təcrübəli mütəxəssislərin rəhbərliyi altında fiziki, texniki və taktiki hazırlıq keçəcəklər.

Beynəlxalq təlim-məşq toplanışına dekabrın 23-də yekun vurulacaq.

“ETTU Eurotalents Development Camp” layihəyəsi xüsusi istedadı və davamlı nəticələri ilə seçilən yeniyetmə stolüstü tennisçilərin hazırlığını təkmilləşdirmək məqsədi daşıyır.

The post Azərbaycanlı stolüstü tennisçi beynəlxalq toplanışda iştirak edəcək appeared first on Komanda.az.

❌