Reading view

Surinam milli komandasının yeni baş məşqçisi bəlli oldu

Dünya çempionatının (DÇ-2026) pley-off mərhələsinə vəsiqə qazanmış Surinam milli komandasının yeni baş məşqçisi bəlli olub.

Arena.az xəbər verir ki, komandanın “sükanı arxasına” Henk ten Kate təyin edilib.

Bu barədə Surinam Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

“Ayaks”da çalışmış 71 yaşlı niderlandlı mütəxəssis daha əvvəl sözügedən millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Surinam milli komandası DÇ-2026-nın pley-off mərhələsində Boliviya yığması ilə üz-üzə gələcək. Bu matçın qalibi İraq yığma komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün qalibi isə mundialın final mərhələsində I qrupunda yer alacaq.

Qeyd edək ki, DÇ-2026 gələn il iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada baş tutacaq.

❌