Miroslav Kubek – Çexiya millisinin yeni baş məşqçisi!
Çexiyalı futbol mütəxəssisi, 74 yaşlı məşqçi Miroslav Kubek Çexiya milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az bu barədə Çexiya Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Kubek oktyabr ayında yığma komandadan ayrılmış İvan Haşekin əvəzində baş məşqçi təyin edilib. Təcrübəli mütəxəssislə müqavilənin müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Xatırladaq ki, Miroslav Kubek daha əvvəl Çexiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasını (U-19) çalışdırıb. Çexiyalı mütəxəssis “Viktoriya” (Plzen), “Hradeç” (Kralove), “Bohemians 1905”, “Slaviya” (Praqa), “Mlada Boleslav”, “Banik” (Ostrava), “Zenit” (Çaslav), “Kladno”, “Amberq” kimi komandalarda da baş məşqçi olub.
Kubek karyerası ərzində cəmi 2 titul qazanıb. O, 2014/2015-ci illər mövsümündə Plzen “Viktoriya”sı ilə Çexiya çempionu olub. 2005/2006-cı illər mövsümündə isə bu mütəxəssis “Kladno” ilə Çexiya 2-ci divizionunun qalibi olub.