Reading view

“Çelsi” icarəyə verdiyi futbolçunu geri qaytarır

“Strasburq”un müdafiəçisi Mamadu Sarr yenidən “Çelsi”yə qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu hazırda “Strasburq”da icarə əsasında çıxış edən 20 yaşlı futbolçunu geri qaytarmağı planlaşdırır.

Klub rəhbərliyi Sarrı yüksək səviyyəli müdafiəçi kimi qiymətləndirir və onu uzunmüddətli layihənin vacib hissəsi hesab edir. İddiaya görə, seneqallı futbolçunun İngiltərəyə dönüşü artıq qaçılmazdır. “Çelsi” onu yayda məhz “Strasburq”dan transfer edib, ancaq təxminən ay yarım sonra yenidən əvvəlki klubuna icarəyə göndərib.

Mamadu Sarr cari mövsümdə bütün turnirlər daxil olmaqla 18 oyunda meydana çıxıb.

The post “Çelsi” icarəyə verdiyi futbolçunu geri qaytarır appeared first on Komanda.az.

❌