Reading view

Sabiq futbolçu “Çelsi”ni tənqid etdi: “Şokdayam, heyrət içindəyəm”

İngiltərə millisinin sabiq futbolçusu Pol Merson “Arsenal” – “Çelsi” matçının nəticəsi ilə bağlı fikirlərini bölüşüb. İngiltərə Liqa kubokunun yarımfinal mərhələsində baş tutan London derbisi “topçular”ın 1:0 hesablı qələbəsi ilə (ilk oyun 3:2) başa çatıb.

Qarşılaşmada yeganə qolu Kay Haverts vurub. Komanda.az xəbər verir ki, matçdan sonra “Sky Sports”-a danışan Merson, “Çelsi”nin çıxışını kəskin tənqid edib:

“Şokdayam, heyrət içindəyəm. Dilim tutulub, baş verənlərə inana bilmirəm. “Çelsi” böyük turnirin yarımfinalında biabırçı şəkildə mübarizəni dayandırdı”.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasında 24 turdan sonra 40 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Arsenal” isə bu qələbə ilə kubok uğrunda mübarizədə iddiasını bir daha ortaya qoyub.

The post Sabiq futbolçu “Çelsi”ni tənqid etdi: “Şokdayam, heyrət içindəyəm” appeared first on Komanda.az.

❌