Reading view

Kazemiro ABŞ klubunun transfer siyahısındadır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro cari mövsümün sonunda klubunu dəyişəcək. Braziliyalı futbolçunun yanvarda gözlənilən ayrılığı ilə bağlı məlumat yayılmışdı və artıq onunla müqavilənin müddətinin uzadılmayacağı dəqiqləşib. Beləliklə, 33 yaşlı oyunçu yayda azad agent statusu alacaq.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Kazemironun transferində əsas namizədlərdən biri ABŞ-ın MLS liqasında çıxış edən “Los-Anceles Qalaksi” klubudur. Amerika təmsilçisi onu prioritet hədəflər siyahısına daxil edib.

Ancaq Kazemiro hələlik gələcəyi ilə bağlı tələsmir. Gözlənilir ki, o, yekun qərarını yaya yaxın verəcək. “Real”ın sabiq futbolçusuna Səudiyyə Ərəbistanı, Braziliya və digər çempionatların klubları da maraq göstərir.

Kazemiro bu mövsüm “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 23 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Kazemiro ABŞ klubunun transfer siyahısındadır appeared first on Komanda.az.

❌