Reading view

Cənubi Koreya millisinin hücumçusu “Beşiktaş”da – Rəsmi

Cənubi Koreya millisinin hücumçusu O Hun Qyu karyerasını Türkiyədə davam etdirəcək. 24 yaşlı futbolçu “Beşiktaş”la müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Cənubi koreyalı forvard Belçikanın “Genk” klubundan transfer olunub. Transferin dəyəri 14 milyon avro olaraq qiymətləndirilir. O, “Beşiktaş”la müddəti 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqaviləyə qol çəkib.

O Hun Qyu cari mövsümdə bütün turnirlərdə “Genk”in heyətində 32 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Beşiktaş” hazırda Türkiyə çempionatında 20 turdan sonra 36 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

The post Cənubi Koreya millisinin hücumçusu “Beşiktaş”da – Rəsmi appeared first on Komanda.az.

❌