Reading view

Tomas Rays “Samsunspor”la vidalaşdı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Samsunspor” komandasının baş məşqçisi Tomas Rays istefaya göndərilib.

Arena.az bu barədə Samsun klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. “Samsunspor” Raysın köməkçiləri ilə də yollarını ayırıb.

Xatırladaq ki, Tomas Rays 2024-cü ilin yayında “Samsunspor”un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Super Liqanı 3-cü pillədə başa vurub. Samsun təmsilçisi bu mövsüm isə 22 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Rays “Samsunspor”u bütövlükdə 72 oyuna çıxarıb, 33 qələbə, 18 heç-heçə və 21 məğlubiyyət görüb.

Alman mütəxəssis əvvəllər “Şalke”nin və “Boxum”un da baş məşqçisi olub.

❌