U-19 millimiz Moldova ilə yoxlama oyunları keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) bu gündən fevralın 22-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.
Arena.az xəbər verir ki, komandamız ayın 23-dən 28-nə qədər isə Moldovanın paytaxtı Kişinyovda hazırlıq keçəcək.
U-19 Kişinyovdakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.
U-19 millimizə dəvət almış futbolçuların adlarını nəzərinizə çatdırırıq:
- Məhdi Həsənov – Neftçi
- Rauf Əyyubov – Sabah
- Həzrət Səmədov – Sabah
- Murad Qurbanov – Zirə
- Məhəmmədəli Məmmədov – Turan Tovuz
- Tuncay Əhmədov – Sabah
- Tunar Muradov – Turan Tovuz
- Fərid Abdinov – Stroqino (Rusiya)
- Nadir Nəsibli – MOİK
- İlkin Həzizadə – Sumqayıt
- Əli Qazibəyov – Qarabağ
- Abdulaziz Cabbarlı – Qarabağ
- İbrahim Babayev – Barselona
- Nurlan Zeynallı – Sumqayıt
- Vüsal Kərimov – Neftçi
- Əhliman Süleymanzadə – Zirə
- Sabutay Hacı – Alboraya (İspaniya)
- İslam Həsənov – Qrafiçar (Serbiya)
- Əli İbrahim – Qarabağ
- Nicat Nərimanov – Brommapoykarna (İsveç)
- Əhməd Vəliyev – Qarabağ