Reading view

Sabir Allahquliyev 70-ə 150-ci oyunda çatdı

Sabir Allahquliyev İkinci Liqada mübarizə aparan “Qaradağ Lökbatan” komandasının heyətində 70-ci qoluna imza atıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına isinadən xəbər verir.

Bu, İkinci Liqanın 2025/2026-cı illər mövsümünün 15-ci turuna təsadüf edib. 37 yaşlı hücumçu “Xankəndi” ilə görüşdə (1:2) hesabı açıb.

Lökbatan təmsilçisinin heyətində 2013/2014-cü illər mövsümündə debüt etmiş Sabir Allahquliyev 70-ci qolunu 150-ci oyununda vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Allahquliyev Birinci Liqada 60 (128 oyunda), İkinci Liqada 5 (14 oyunda), Azərbaycan Kubokunda 5 (8 oyunda) dəfə “Qaradağ Lökbatan” forması ilə fərqlənib.

Qeyd edək ki, Sabir Lökbatan klubunun heyətində 2021/2022-ci illər mövsümündə vurduğu 22 qolla Birinci Liqanın bombardiri adını qazanmışdı.

❌