Reading view

Manuel Pelleqrini – La Liqada fevralın ən yaxşı məşqçisi!

“Betis”ə rəhbərlik edən Manuel Pelleqrini İspaniya La Liqasında 2026-cı ilin fevral ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Betis” fevral ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib. Sözügedən komanda hazırda La Liqanın turnir cədvəlində 42 xalla 5-ci pillədə qərarlaşıb.

Pelleqrini cari mövsümdə ilk, karyerası ərzində 2-ci dəfə La Liqada ayın ən yaxşısı seçilir. O, daha öncə 2025-ci ilin mart ayında da oxşar mükafata layiq görülmüşdü.

Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında isə “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso ayın ən yaxşı məşqçisi elan edilib.

❌