Reading view

Cəlal Hüseynov “Septemvri”yə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 27-ci turu çərçivəsində “Septemvri” (Sofiya) ilə qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 4:1. Hüseynov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arda” 27 turdan sonra 38 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Komanda cari mövsümdə 10 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 75 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Cəlal Hüseynov “Dobrudca” üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 26-cı turu çərçivəsində “Dobrudca” ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Hüseynov bu görüşün 75-ci dəqiqəsində meydana buraxılıb.

“Arda” 26 turdan sonra 35 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 9 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 74 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

❌