Reading view

Milot Raşiç üçün mövsüm erkən bitdi

Futbol üzrə Kosovo milli komandasının və Türkiyənin “Beşiktaş” klubunun vingeri Milot Raşiça üçün cari mövsüm erkən başa çatıb.

Arena.az xəbər verir ki, “qara qartallar” mövsümün sonunda ciddi itki ilə üzləşiblər.

İstanbul təmsilçisinin əsas heyət oyunçularından olan Raşiça mövsümü erkən başa vurub. 29 yaşlı kosovolu vinger məşq zamanı zədələnib. Aparılan MRT müayinəsində onun bud sümüyünün aşağı hissəsində ödəm aşkar olunub. Artıq futbolçunun müalicəsinə başlanılıb. Həkimlərin rəyinə görə, Raşiçanın yaxın həftələrdə meydana qayıtması mümkün deyil. Beləliklə, futbolçu bu mövsüm bir daha meydana çıxa bilməyəcək.

Milot Raşiça 2023-cü ilin avqustundan formasını geyindiyi “Beşiktaş”ın heyətində bütövlükdə 115 oyuna çıxıb, 12 qol vurub, 25 məhsuldar ötürmə verib. Onun İstanbul klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi var.

Raşiça daha öncə “Vuştrria”, “Vitess”, “Verder”, “Norviç Siti” və “Qalatasaray”da da forma geyinib.

Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Milot, 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 64 oyuna 12 qol vurub, 18 məhsuldar ötürmə verib.

❌