Andrey Sinenka “İmişli”dən getdi – Rəsmi
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” belaruslu qapıçısı Andrey Sinenka ilə yollarını ayırdığını bəyan edib.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı qolkiperlə müddəti bitmiş müqavilənin yenilənməsinə ehtiyac duyulmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Andrey Sinenka 2024-cü ilin yayından “İmişli”nin uğurları üçün çalışırdı. O, daha öncə Azərbaycanda “İrəvan”ın da formasını geyinib. Belaruslu qolkiper “Lida”, “Energetik” (Minsk), “Smorqon”, “Dinamo” (Minsk), “İsloç” (Minsk) kimi klublarda da çıxış edib.
Xatırladaq ki, “İmişli” daha öncə Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, Lətif Rzayev, Rafael Vyeqas və Abbas Ağazadə ilə də yollarını ayırmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlamış klub Seyxan Fərəcovu transfer etmişdi.