Reading view

Anar Babanlı Azərbaycan boks tarixinə düşdü

Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanından uğurla keçərək tarixi ilkə imza atıb.

Arena.az bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, o, bu nailiyyətə Taylandın paytaxtı Banqkokda gənclər arasında baş tutmuş Olimpiya Təsnifat Kubokunda imza atıb. “World Boxing” lisenziya xarakterli yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini, Babanlının bundan sonra hakimlərin işini qiymətləndirəcəyini açıqlayıb. Bu, Azərbaycan boks tarixinə ilk kimi düşüb.

Xatırladaq ki, Anar Babanlı Tokio-2020 Yay Olimpiya Oyunlarında, 2 dünya, 10-dan çox Avropa və Asiya çempionatlarında referilik edib.

❌