Reading view

Duqlas Kosta BƏƏ klubunda

Futbol üzrə Braziliya yığmasının keçmiş cinah hücumçusu Duqlas Kosta bundan sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) forma geyinəcək.

Arena.az xəbər verir ki, o, bu ölkənin “Əl-İttifaq” klubu ilə anlaşıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Kostanın son klubu İtaliyanın D Seriyasında çıxış edən “Kyevo” olub. O, burada yarım mövsüm keçirib və 13 oyuna 1 qol, 1 assist müəllifi olub.

Duqlas Kosta Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, sonralar Donetsk “Şaxtyor”unun, Almaniya nəhəngi “Bayern”in, MLS (ABŞ) təmsilçisi “Los Anceles Qalaksi”nin, İtaliyanın “Yuventus”, Avstraliyanın “Sidney” klublarının, “Fluminense”nin də şərəfini qoruyub.

Kosta 2014-cü ilin noyabr ayında debüt etdiyi Braziliya yığma komandasında 31 oyun keçirib. O, bu oyunlarda 3 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

❌