Reading view

“Eyüpspor” Atila Gerini istefaya göndərdi

Futbol üzrə Türkiyə Super Liqasında 2025/2026-cı illər mövsümünü uğursuz başa vurmuş “Eyüpspor” baş məşqçisi Atila Gerin ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İstanbul klubu başa çatmış mövsümü 33 xalla 15-ci pillədə başa vurub və elitadakı yerini çətinliklə qoruyub. Komanda 34 oyunda 8 qələbə qazanıb, 9 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb. Klub rəhbərliyi belə bərbad çıxışı Atila Gerinə bağışlamayıb. Komandanın yeni baş məşqçisinin adına tezliklə aydınlıq gəlməsi gözlənilir.

Xatırladaq ki, Atila Gerin bu ilin yanvar ayından “Eyüpspor”u çalışdırırdı. O, daha öncə İstanbul klubunda köməkçi məşqçi kimi də fəaliyyət göstərib. Atila Gerin bu komandanı baş məşqçi kimi 20 oyuna çıxarıb, 6 qələbə, 6 heç-heçə, 8 məğlubiyyət görüb.

Türkiyə mətbuatının yazdığına görə, Atila Gerin bundan sonra “Kayserispor”un baş məşqçisi kimi fəaliyyət göstərəcək.

❌