Reading view

Rüstəm Əliyev – “Araz”ın əvəzedicilərinin yeni baş məşqçisi

Azərbaycanlı futbol mütəxəssisi Rüstəm Əliyev “Araz-Naxçıvan” klubunun əvəzedicilərdən ibarət komandasına yeni baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandanı yeni mövsümdə Rüstəm Əliyev çalışdıracaq. A kateqoriyalı mütəxəssislə müqavilənin müddəti 1 ildir.

Xatırladaq ki, 2025/2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın ikinci komandasını Zaur İsmayılov çalışdırırdı. 48 yaşlı mütəxəssis 2023-cü ildən sözügedən komandaya rəhbərlik edirdi.

“Araz-Naxçıvan”ın əvəzediciləri 2025/2026-cı illər mövsümündə Əvəzedicilər Liqasında 27 oyuna topladığı 18 xalla 10 iştirakçı arasında 9-cu yeri tutub. Komanda 27 oyunda 5 qələbə qazanıb, 3 heç-heçə edib, 19 məğlubiyyətə üzülüb. Naxçıvan təmsilçisi yalnız 17 xalla sonuncu pilləni tutmuş “Şamaxı”nın əvəzedicilərini qabaqlaya bilib.

❌