Reading view

Montella Türkiyə millisində qalacaq

Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi milli komandanın baş məşqçisi Vinçenso Montella ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Arena.az bu barədə Türkiyə məbuatına istinadən xəbər verir.

Bildirilir ki, TFF rəhbərliyi DÇ-2026-da uğursuz çıxışa baxmayaraq, 52 yaşlı italiyalı mütəxəssisi istefaya göndərməyəcək. TFF və Montella artıq müqavilənin uzadılması ilə bağlı prinsipial razılığa gəliblər. Bununla belə, dünya çempionatındakı uğursuz nəticələr müəyyən kadr dəyişikliklərinə səbəb olacaq. Belə ki, italiyalı məşqçi postunda qalacaq, lakin onun məşqçilər korpusunda yaxın vaxtlarda ciddi dəyişikliklərin ediləcəyi gözlənilir.

Xatırladaq ki, Türkiyə millisi hazırda ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında qrup mərhələsini keçə bilməyib. Komanda Avstraliyaya (0:2) və Paraqvaya (0:1) məğlub olub, son turda ABŞ üzərində qazanılan 3:2 hesablı qələbə isə pley-off mərhələsinə yüksəlmək üçün kifayət etməyib.

❌