Azərbaycan millisinin Litva ilə ev oyunu Gəncədə!
Futbol üzrə Azərbaycan millisinin oktyabr ayında UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi ev oyunlarının məkanları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, əsas millimiz D Liqası çərçivəsində oktyabrın 1-də Lixtenşteyn yığmasını Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Oktyabrın 4-də Litva yığması ilə qarşılaşma isə Gəncə şəhər stadionunda təşkil ediləcək.