Normal view

Yesterday — 2 July 2026Sport-AZ

Abbas Ağazadə “İmişli”yə lazım olmadı

2 July 2026 at 16:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” daha bir futbolçusu – Abbas Ağazadə ilə vidalaşmaq qərarına gəlib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Qəbələ”nin yetirməsi olan Abbas, karyerası ərzində MOİK, “Sabah”, “Turan Tovuz” və “Şamaxı”da da forma geyinib. 27 yaşlı dayaq yarımmüdafiəçisi 2024-cü ilin yayından “İmişli”nin uğurları üçün çalışırdı. O, ötən mövsüm əyalət klubunun heyətində meydana çıxdığı 35 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“İmişli” bu yay Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov və Lətif Rzayevlə də yollarını ayırmışdı. Tuncay Yusifli, İdris İnqilablı və İmam Əli ilə yeni müqavilə bağlamış klub MOİK-dən Seyxan Fərəcovu transfer edib.

❌
❌