Normal view

Today — 19 June 2026ARENA.AZ

Nahid Əliyev “Şəfa”da qaldı – Rəsmi

19 June 2026 at 18:00

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” Nahid Əliyev ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

Azərbaycanın U-21 millisinin üzvü olan Nahid Əliyev 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. O, karyerası ərzində Azərbaycanda “Mingəçevir” və “Turan Tovuz”un da formasını geyinib.

“Şəfa” daha öncə Tərlan Quliyev, Elnur Cəfərov və Ramin Nəsirli ilə də yeni müqavilə bağlamışdı. Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovu heyətinə qatmış paytaxt klubu Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyevlə də yollarını ayırıb.

Aydın Süleymanlı DÇ-də Maqnus Karlsenə qalib gəldi

19 June 2026 at 17:00

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir.

Belə ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb – 3,5:2,5.

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır. Heyəti əsasən gənc şahmatçılardan formalaşmış “Odlar Yurdu” hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycanı turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edirlər. Rauf Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirir. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini kimi fəaliyyət göstərir.

Qeyd edək ki, 22 iyuna qədər davam edəcək yarışın qaydalarına əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.

İsmael Kone Qətərlə matçda ağır zədə aldı, DÇ ilə vidalaşdı

19 June 2026 at 06:00

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətərlə oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, Vankuverdə keçirilmiş qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib.

Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstəriblər. Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.

Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması səbəbindən matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb. Çünki qayda pozuntusu zamanı Konenin ayağı qırılıb.

Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

İtaliyanın “Sassuolo” klubunun formasını geyinən İsmael Kone ağır zədə səbəbindən ən qısa zamanda əməliyyat olunacaq. Onun bərpa müddəti dəqiq bilinməsə də, bu dünya çempionatında bir daha oynamayacağı dəqiqdir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Luka Dumançiç rəsmən “Araz-Naxçıvan”da!

19 June 2026 at 16:00

Xorvatiyalı müdafiəçi Luka Dumançiç bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Buldirilir ki, 27 yaşlı mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvanın komandasının formasını geyinəcək. Onunla anlaşmanın müddəti 1 illikdir (2027-ci ilin 30 iyununa qədər).

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalgiris” klublarında çıxış etmiş mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib.

Luka Dumançiç 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib. Lakin ona əsas millidə debüt qismət olmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalamışdı. Dumançiç isə yay fasiləsində komandanın ilk transferidir.

Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala da komandanı tərk ediblər.

Elnur Abdullayev – “Səbail”in yeni baş məşqçisi!

19 June 2026 at 10:00

Bu yay “Şahdağ Qusar”dan ayrılmış Elnur Abdullayev bundan sonra Birinci Liqada mübarizə aparan “Səbail”ə rəhbərlik edəcək.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, 40 yaşlı mütəxəssis “dənizçilər”lə 3 illik müqaviləyə imza atıb. Onun qarşısına çempionluq və Premyer Liqaya vəsiqə hədəfi qoyulub.

Xatırladaq ki, Elnur Abdullayevin son iş yeri 2-ci Liqada çempion olduğu “Şahdağ Qusar” komandası olub. Lakin o, mövsüm bitən kimi gözlənilməz şəkildə istefaya göndərilmişdi. Qusar klubu onu bu postda Füzuli Məmmədovla əvəz edib.

Elnur Abdullayev isə “Səbail”də ötən gün istefası açıqlanmış Adil Şükürovu əvəzləyib. Şükürov ötən ilin noyabrından “Səbail”də işləyirdi. Onun rəhbərliyi altında komanda Birinci Liqanın 2025/2026-cı illər mövsümünü 3-cü pillədə başa vurub və əsas tapşırığın (Premyer Liqaya vəsiqə qazanmaq) öhdəsindən gələ bilməyib.

Bir neçə gün öncə “Səbail”in rəhbərliyində də dəyişiklik qeydə alınıb. Belə ki, İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub.

Futzal millimiz Latviya və Çexiyaya rəqib oldu

19 June 2026 at 15:00

Bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2028) Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutmuş mərasimdə 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb.

İkinci səbətdə yer almış futzal millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi.

Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

1-ci qrup: Ermənistan, Macarıstan, İsveç

2-ci qrup: Fransa, Moldova, Monteneqro

3-cü qrup: Xorvatiya, Almaniya, Litva

4-cü qrup: İspaniya, Finlandiya, Şimali Makedoniya

5-ci qrup: Polşa, Bosniya və Herseqovina, Şimali İrlandiya

6-cı qrup: Qazaxıstan, Belarus, Albaniya

7-ci qrup: Portuqaliya, Rumıniya, Danimarka

8-ci qrup: Niderland, Serbiya, Andorra

9-cu qrup: Ukrayna, Slovakiya, Estoniya

10-cu qrup: İtaliya, Gürcüstan, Kosovo

11-ci qrup: Sloveniya, Belçika, Norveç

12-ci qrup: Çexiya, Azərbaycan, Latviya.

Qeyd edək ki, DÇ-2028-in əsas seçmə mərhələsinin qrup oyunları aşağıdakı tarixlərdə keçiriləcək:

12-21 oktyabr 2026
2-11 noyabr 2026
6-9 dekabr 2026
22 fevral – 3 mart 2027

Dambrauskas TNS-ə rəqib olmalarını belə şərh etdi

19 June 2026 at 14:00

Azərbaycan Premyer Liqasının qalibi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, litvalı mütəxəssis “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) rəqib olmasına münasibət bildirib.

Valdas Dambrauskas hər rəqibə hörmətlə yanaşmağın vacibliyini qeyd edib:

“İlk növbədə hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olub. Avropada yaxşı tanınan komandadır. Onlar daxili çempionatda son 10 ildən çox müddətdə dominantlıq edirlər. Hansı futbolu oynamağınızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və özünüzü ən yaxşı şəkildə hazırlamağın vacibliyini göstərir”.

Baş məşqçi püşkatmanın nəticəsini dəyərləndirib:

“Hansı rəqiblə düşməyimizin tamamilə əhəmiyyətsiz olduğunu düşünürəm. Ən vacib məqam necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər”.

Valdas Dambrauskas qarşıdakı 2 həftəlik təlim-məşq toplanışına da toxunub:

“İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də və 14-15-də baş tutacaq. Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

Xavyer Aqirre: “Bu, ən yaxşı oyunumuz deyildi”

19 June 2026 at 08:00

Meksika yığmasının baş məşqçisi Xavyer Aqirre dünya çempionatının qrup mərhələsində Cənubi Koreyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində Cənubi Koreya üzərində 1:0 hesablı qələbəyə sevinmiş meksikalılar dünya çempionatının pley-off mərhələsinə yüksəliblər.

Xavyer Aqirre matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox çətin oyun oldu. Biz rəqibi çox yaxşı tanıyırıq. Onlar bizə güclü təzyiq göstərirdilər. Onlar bizə boşluq vermədiyi kimi, biz də onlara imkan yaratmırdıq.

Sonda elə görünürdü ki, bir səhv oyunun taleyini həll edə bilər. Bu, ən yaxşı oyunumuz deyildi. Çünki rəqib bizə öz futbolumuzu tam göstərməyə imkan vermirdi”.

Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myon Bo isə Meksikaya 0:1 hesablı məğlubiyyətdən sonra komandasının çıxışını belə dəyərləndirib:

“Biz planlaşdırdığımız kimi oynadıq. Məğlubiyyətin bu şəkildə gəlməsi məyusedicidir.

Qrup mərhələsinin son oyununda bütün gücümüzü ortaya qoyacağıq. Futbolçulardan sakit qalmağı və öz oyunumuzu oynamağı xahiş etmişdim. Düşünürəm ki, bunu kifayət qədər yaxşı bacardıq.

Oyun boyu soyuqqanlılığımızı qoruduq. İndi isə bütün diqqətimizi növbəti qarşılaşmaya hazırlığa yönəldəcəyik”.

Cessi Marş: “Bu, bizim üçün tarixi qələbədir”

19 June 2026 at 05:00

Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatının qrup mərhələsi çərçivəsində Qətərə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kanada millisi DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı bu rəqibini 6:0 hesabıyla məğlub edib.

Cessi Marş matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim üçün tarixi qələbədir. Lakin hazırda ən çox düşündüyümüz məsələ İsmayıl Konedir. Onun zədəsi bizi çox narahat edir. Komanda olaraq onun ətrafında birləşmişik və ən qısa zamanda sağalmasını arzulayırıq. İsmayıl əla insandır. O, ideal deyil, amma məhz buna görə onu sevirik. O, digər futbolçuların bacarmadığı şeyləri edə bilir. O, bir çox cəhətdən komandamızın simvoludur. Bosniya və Herseqovina ilə oyunda ən yaxşı futbolçumuz idi. Bu, bizim üçün çox böyük itkidir. Biz bütün qəlbimizlə onun yanındayıq və ona dəstək oluruq. Amma əminəm ki, bu oğlanın qarşıda çox böyük gələcəyi var”.

Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə ağır məğlubiyyəti belə şərh edib:

“Bu, bir neçə səbəbə görə çox çətin matç idi. Biz çox güclü rəqibə qarşı oynayırdıq. Oyunun əvvəlində qol buraxdıq, daha sonra isə qırmızı vərəqə aldıq. Bu, dönüş nöqtəsi oldu.

İlk qırmızı vərəqə və üçüncü qol oyunun taleyini həll etdi. Amma futbol belədir. İndi futbolçularımızı fiziki, mənəvi və psixoloji baxımdan bərpa etməliyik.

Dünya çempionatında hər növbəti oyun əvvəlkindən daha çətin olur. Lakin biz bu turnirdə iştirak etmək haqqını qazanmışıq.

Bosniya və Herseqovina ilə oyun? Həmin qarşılaşmada səhv etmək hüququmuz yoxdur. Bu, həm bizim, həm də onların son oyunu olacaq. İndi əsas məqsəd bərpa olunmaqdır. Dediyim kimi, bu matç bir neçə səbəbə görə çox ağır keçdi. Futbolçuların sağlamlığının qayğısına qalmalıyıq, sonra isə nə olacağını görəcəyik”.

DÇ-2028: Millimizin rəqibləri bu gün bilinəcək

19 June 2026 at 11:00

Bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2028) Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılacaq.

Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

Püşk ərəfəsində 36 komanda hər birində 12 milli olmaqla 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq. Millimiz 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandamızın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya yığmaları olmayacaq. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan komandalardan isə Ermənistan yığması komandamızla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza saksiyası isə davam edir.

1-ci səbət: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland

2-ci səbət: Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan

3-cü səbət: Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.

Qeyd edək ki, futzal üzrə dünya çempionatının (DÇ-2028) əsas seçmə mərhələsinin qrup oyunları aşağıdakı tarixlərdə keçiriləcək:

12-21 oktyabr 2026
2-11 noyabr 2026
6-9 dekabr 2026
22 fevral – 3 mart 2027

DÇ-2026: Meksika qrup qalibi kimi növbəti mərhələdə!

19 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Meksika və Cənubi Koreya yığmaları üz-üzə gəliblər. Zapopanda keçirilmiş A qrupunun matçında meydan sahibləri tək qolla qalib gəliblər. Meksikaya növbəti qələbəni Luis Romo qazandırıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Çexiya millisi Cənubi Afrika Respublikası yığması ilə heç-heçəyə razılaşmışdı – 1:1.

Beləliklə, 2 turdan sonra 6 xala malik Meksika yığması qrup qalibi kimi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Cənubi Koreyanın 3, Çexiya və Cənubi Afrika Respublikasının 1 xalı var.

DÇ-2026
A qrupu
19 iyun

Meksika – Cənubi Koreya 1:0
Qol: Luis Romo, 50.

DÇ-2026: Kanada Qətərə 6 cavabsız qolla qalib gəldi

19 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Kanada və Qətər yığmaları üz-üzə gəliblər. Vankuverdə keçirilmiş B qrupunun matçında meydan sahibləri darmadağınla qələbə qazanıblar. Meydan sahiblərinin heyətində Conatan Devid het-trikə imza atıb. Kayl Larin və Neytan Saliba hərəyə bir qol vurublar. Manay Mohamed isə avtoqol müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələmişdi.

Beləliklə, 2 turdan sonra Kanada və İsveçrənin hərəyə 4 xalı var. Bosniya və Herseqovina ilə Qətər yığmaları da hərəyə 1 xal toplayıblar.

DÇ-2026
B qrupu
19 iyun

Kanada – Qətər 6:0
Qollar: Conatan Devid, 29; 45+4; 90+2. Kayl Larin, 16. Neytan Saliba, 66. Manay Mohamed, 75-öz qapısına.

Murat Yakin: “Su fasiləsini gözləməyə qərar verdik ki…”

19 June 2026 at 02:00

İsveçrə yığmasının baş məşqçisi Murat Yakin dünya çempionatının qrup mərhələsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş oyunda İsveçrə millisi rəqibi üzərində 4:1 hesablı qələbəyə sevinib.

Murat Yakın matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün vacib olan bütün enerjimizi meydanda qoymaq və həll yolları tapmaq idi. Bizə səbir göstərmək lazım idi. Taktiki dəyişiklikləri etmək üçün su fasiləsini gözləməyə qərar verdik ki, rəqibin buna reaksiya vermək imkanı olmasın.

Daha sürətli futbolçuları meydana buraxdıq və rəqib yorulduqdan sonra boş zonalar yaranmağa başladı. Biz də həmin boşluqlardan istifadə edərək matçın taleyini inamlı şəkildə həll etdik”.

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sergey Barbarez də məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Su fasiləsinə qədər meydanda daha yaxşı oynayan komanda biz idik. Yaxşı çıxış edir, rəqibə təzyiq göstərirdik.

İsveçrə çox güclü futbolçulara malik yaxşı komandadır və onlar boş zonalardan istifadə etməyi bacarırlar. Nəticədə bizi cəzalandırdılar. Amma həyat belədir.

Bu, son 10 oyunda ilk məğlubiyyətimizdir, lakin həyat bununla bitmir. Qarşıda daha bir oyunumuz var və biz həmin matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Viktor Munyos “Liverpul”da! – Rəsmi

19 June 2026 at 09:00

İngiltərənin “Liverpul” klubu heyətini İspaniya milli komandasının və “Osasuna”nın cinah hücumçusu Viktor Munyos ilə gücləndirib.

Arena.az bu barədə Premyer Liqa nəhənginin rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı futbolçu hazırda dünya çempionatında (DÇ-2026) İspaniya millisinin düşərgəsində olsa da, ABŞ-ın Tennessi ştatında yerləşən məşq bazasında tibbi müayinədən uğurla keçib və mersisaydlılarla uzunmüddətli müqaviləyə imza atıb. Klub müqavilənin müddətini açıqlamayıb.

İnsayderlərin məlumatına görə, transferin dəyəri 40 milyon avro təşkil edib. Maraqlıdır ki, bu məbləğin yarısı – 20 milyon avro – futbolçunun yetirməsi olduğu “Real” (Madrid) klubuna çatacaq. Bu bənd Munyosun 2025-ci ilin iyulunda “Osasuna”ya keçidi zamanı müqaviləyə daxil edilmişdi.

Munyos 2025/2026-cı illər mövsümündə Pamplona təmsilçisinin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, perspektivli ispan vingerin keçidi Andoni İraolanın “Liverpul”un baş məşqçisi təyin olunmasından sonra klubun ilk yay transferi olub.

Viktor Munyos 2026-cı ildə debüt etdiyi İspaniya millisinin heyətində 2 oyuna çıxıb, 1 qol vurub.

DÇ-2026: İsveçrə millisi 3 xalı 4 qolla qazandı

19 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə və Bosniya və Herseqovina yığmaları üz-üzə gəliblər.

Los Ancelesdə (Kaliforniya, ABŞ) keçirilmiş B qrupunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar. Qalib komandanın heyətində Joan Manzambi (74, 90) dubla imza atıb. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7, penaltidən) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmiç (90+3) vurub.

Bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.

DÇ-2026
B qrupu
18 iyun

İsveçrə – Bosniya və Herseqovina 4:1
Qollar: Joan Manzambi, 74; 90. Ruben Varqas, 84. Qranit Caka, 90+7-pen – Ermin Mahmiç, 90+3.

Növbəti oyunların proqramı:

19 iyun

B qrupu
02:00. Kanada – Qətər

A qrupu
05:00. Meksika – Cənubi Koreya

D qrupu
23:00. ABŞ – Avstraliya

Kristian Kivu “İnter”lə yeni müqavilə imzaladı

18 June 2026 at 23:59

Milan “İnter”inin baş məşqçisi, rumıniyalı futbol mütəxəssisi Kristian Kivu İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti gələn ilin yayında bitəcəkdi.

45 yaşlı rumıniyalı mütəxəssis 2025-ci ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdəcə həm İtaliya çempionluğunu, həm də ölkə kubokunu qazanıb.

“İnter” Kivunun rəhbərliyi altında 57 oyun keçirib, 38 qələbəyə sevinib, 7 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.

Kivu daha öncə İtaliyada “Parma”ya da rəhbərlik edib. Rumıniyalı məşqçi buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.

Kivu futbolçu karyerası ərzində 2007–2014-cü illərdə “İnter”in formasını geyinib. O, Milan təmsilçisi ilə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və super kubokunu qazanıb. Bundan əlavə, bir dəfə UEFA Çempionlar Liqasının, bir dəfə isə Klublararası Dünya Çempionatının qalibi adını qazanıb.

Rumıniyalı sabiq müdafiəçi İtaliyada həmçinin “Roma” klubunda çıxış edib və paytaxt təmsilçisi ilə İtaliya Kubokunu qazanıb.

Miroslav Kubek: “Heç-heçədən məyusuq”

18 June 2026 at 23:00

Çexiya yığmasının baş məşqçisi Miroslav Kubek dünya çempionatının qrup mərhələsində CAR millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutmuş Çexiya – Cənubi Afrika Respublikası matçında qalib müəyyənləşməyib – 1:1.

Miroslav Kubek matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu nəticədən məyusuq. Çünki yaratdığımız qol imkanlarına baxsaq, qələbəyə daha yaxın olan tərəf biz idik. Lakin bir səhvə yol verdik və bu səhv bizə qələbə bahasına başa gəldi. Buna baxmayaraq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm”.

Cənubi Afrika Respublikası yığmasının baş məşqçisi Huqo Bros da oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib.

“Komandamla çox fəxr edirəm. Bu, Cənubi Afrikadır – biz gözəl futbolu sevirik, aqressiv oynayırıq və qol imkanları yaradırıq. Bəli, səhvlər etdik, amma bugünkü çıxışımızla fəxr edirəm. Çexiya güclü komandadır və heyətində çox hündürboylu futbolçular var. Buna baxmayaraq, biz çox yaxşı oynadıq.

Hesabın 1:1 olması bir qədər təəssüf doğurur. İndi isə Cənubi Koreyaya qarşı oyunda qalib gəlməliyik. Həmin matç da çox çətin olacaq. Əgər bugünkü əzmkarlıq və yanaşma ilə oynasaq, buna nail olmaq mümkündür”.

DÇ-2026: Çexiya CAR-la matçda qələbəni əldən verdi

18 June 2026 at 22:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turunun ilk oyununda Çexiya və Cənubi Afrika Respublikası (CAR) yığmaları qarşılaşıblar.

Atlanta (Corciya, ABŞ) stadionunda keçirimiş A qrupunun matçında qalib müəyyənləşməyib – 1:1. Avropalıların heyətində Mixal Sadilek 6-cı dəqiqədə çexiyalı azarkeşləri ayağa qaldırıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.

Bu qrupun digər oyununda saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.

DÇ-2026
A qrupu
18 iyun

Çexiya – CAR 1:1
Qollar: Mixal Sadilek, 6 – Teboho Mokoena, 83-pen.

Yesterday — 18 June 2026ARENA.AZ

Fayzullayev DÇ-də yeni rekorda imza atdı

18 June 2026 at 21:00

Özbəkistan millisinin üzvü Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vurmuş ən bəstəboy futbolçu olub.

Arena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın K qrupunun 1-ci turunda baş tutmuş Kolumbiya ilə oyunda bacarıb.

Türkiyənin “Başakşəhər” klubuna məxsus olan oyunçunun boyu 167 sm-dir.

Əvvəlki rekord 2022-ci ildə baş tutan mundialda Qanaya qol vurmuş uruqvaylı Corcian de Arraskaetaya (173 sm) məxsus olub.

Bundan başqa, Abbosbek Fayzullayev Özbəkistan millisinin mundiallar tarixində ilk qolunun müəllifi olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Fayzullayev nəticədən narazı qaldıqlarını bildirib:

“Nəticəyə görə məyusuq. Heç olmasa bir xal qazana bilərdik. Uşaqlar meydanda sonadək mübarizə apardılar və bütün güclərini ortaya qoydular. İlk dəqiqələrdə həyəcan hiss olunurdu, amma ikinci hissədə yaxşı oynadıq. Rəqibin ikinci qolu bizim öz səhvimizdən sonra vuruldu. Bu, çox üzücü oldu.

Həm stadiona gəlib bizi dəstəkləyən azarkeşlərə, həm də səhər saatlarında ekran qarşısında oyunu izləyən hər kəsə təşəkkür edirəm. İndi bütün diqqətimizi qarşıda qalan iki oyuna yönəltmişik”.

Xatırladaq ki, Özbəkistan millisi Kolumbiyaya 1:3 hesabı ilə uduzub.

Yeri gəlmişkən, eyni gündə Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neves də XXI əsrdə dünya çempionatlarında başla qol vurmuş ən qısaboylu üçüncü futbolçu kimi adını tarixə yazdırıb. O, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Konqo Demokratik Respublikası yığmasına qarşı keçirilən oyunda dünya çempionatlarının tarixinə düşüb. Portuqaliyalı yarımmüdafiəçinin boyu 174 santimetrdir.

Portuqaliya – Konqo DR matçı 1:1 hesabıyla başa çatıb.

Benyat San Xose – “Rayo Valyekano”nun yeni baş məşqçisi!

18 June 2026 at 20:00

İspaniyalı futbol mütəxəssisi Benyat San Xose La Liqada mübarizə aparan “Rayo Valyekano”nun baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, bu postda 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış İnyiqo Peresi əvəz edib. Hansı ki, o, “Rayo Valyekano”dan ayrılandan sonra “Vilyarreal”a baş məşqçi təyin edilib.

İnyiqo Peres 2024-cü ilin fevral ayından “Rayo Valyekano”ya rəhbərlik edirdi. Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında 113 oyuna çıxıb, 44 qələbə, 33 heç-heçə, 36 məğlubiyyət görüb.

La Liqa təmsilçisi geridə qalmış 2025/2026-cı illər mövsümündə 50 xalla 8-ci yeri tutub və avrokuboklardan kənarda qalıb. Əvəzində, İnyiqo Peres komandanı Avropa Konfrans Liqasının finalına çıxarıb. Lakin İspaniya təmsilçisi həlledici oyunda İngiltərənin “Kristal Pelas” komandasına uduzub.

Benyat San Xose isə son olaraq “Eybar”ı çalışdırıb. O, “Atlas”, “Bolivar”, “Mazatlan”, “Eupen”, “Əl-Nəsr”, “Universidad Katolika”, “Əl-İttihad”, “Əl-İttifaq”, “Deportes Antofaqasta” kimi komandalara da rəhbərlik edib.

Harri Keyn DÇ-2026-da bir dublla rekordları sıraladı

18 June 2026 at 19:00

Futbol üzrə İngiltərə yığmasının hücumçusu Harri Keyn DÇ-2026-da keçirdikləri ilk oyunda dubla imza atmaqla bir neçə ilki gerçələşdirib.

Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatının qrup mərhələsinin ilk turunda İngiltərə yığması Xorvatiya millisinə 4:2 hesabıyla qalib gəlib.

Keyn bu görüşdə iki qol vurmaqla tarixi nailiyyətə imza atıb. 32 yaşlı futbolçu əvvəlcə matçın 12-ci dəqiqəsində penaltidən fərqlənərək dünya çempionatları tarixində ən çox penalti qolu vuran oyunçu olub. Keyn mundiallarda vurduğu penalti qollarının sayını 5-ə çatdıraraq bu göstəricidə indiyədək liderliyi bölüşdüyü Eysebio, Rob Rensenbrink, Qabriel Batistuta və Lionel Messini geridə qoyub.

Bu qol Keyn üçün dünya çempionatlarındakı 9-cu qol olub. Bununla da İngiltərə millisinin kapitanı mundial qollarının sayına görə Kristiano Ronaldonu (8 qol) arxada qoyub. O, eyni zamanda dünya çempionatlarında ən azı 9 qol vurmuş 26-cı futbolçu kimi tarixə düşüb.

Keyn ikinci qolunu da vuraraq dünya çempionatlarındakı qollarının sayını 10-a yüksəldib. Beləliklə, o, İngiltərə millisinin mundiallar tarixində ən məhsuldar futbolçusu olan Qari Linekerin rekorduna şərik çıxıb. Hər iki futbolçunun hesabında 10 qol var və onlar bu göstəriciyə 12 oyunda nail olublar.

Keyn bu mundialda növbəti qolunu vuracağı təqdirdə bu göstəricidə Linekeri geridə qoyaraq təkbaşına lider olacaq.

İngiltərə yığmasının lideri həmçinin dünya çempionatlarında 10 qol həddinə çatmış 16-cı futbolçu olub. Bundan başqa, o, Devid Bekhemdən sonra üç müxtəlif dünya çempionatında qol vurmağı bacaran ikinci ingilis futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Harri Keyn hazırda Almaniyanın “Bayern” klubunda çıxış edir. O, 81 qolla İngiltərə millisinin tarixində ən yaxşı bombardirdir. Hücumçu 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında 6 qol vuraraq turnirin bombardiri olmuşdu.

Beləliklə, Xorvatiya ilə qarşılaşma Harri Keyn üçün təkcə uğurlu start deyil, həm də dünya çempionatları tarixində bir neçə mühüm rekordu yenilədiyi unudulmaz oyun kimi yadda qalıb.

ÇL: “Neftçi” üçün “Buduçnost”, PAOK və “Hapoel”

18 June 2026 at 18:00

“Neftçi”nin qadın futbolçulardan ibarət komandasının UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, bu gün keçirilmiş püşkatmanın nəticəsinə əsasən, Bakı təmsilçisi bu mərhələnin 1-ci qrupunun yarımfinalında Monteneqronun “Buduçnost” komandası ilə qarşılaşacaq.

Cütün qalibi finalda PAOK (Yunanıstan) – “Hapoel” (Yerusəlim, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Qalib komanda 2-ci təsnifat mərhələsinə yüksələcək.

“Neftçi”nin yer aldığı bu qrupun oyunlarının hansı ölkədə təşkil ediləcəyi hələlik məlum deyil. Bir oyundan ibarət olacaq bütün görüşlər eyni məkanda təşkil ediləcək.

Xatırladaq ki, ÇL-in 1-ci təsnifat mərhələsinin yarımfinal oyunları iyulun 22-də, final görüşüi isə eyni ayın 25-də keçiriləcək.

Ravil Qafarov və Mehrac Baxşalı “Şahdağ Qusar”da!

18 June 2026 at 12:30

“Qəbələ”nin futbolçusu Mehrac Baxşalı və “Şamaxı”dan ayrılmış Ravil Qafarov bundan sonra “Şahdağ Qusar”ın uğurları üçün çalışacaqlar.

Arena.az xəbər verir ki, bu barədə Qusar klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub Premyer Liqa təmsilçisi “Qəbələ”dən Mehrac Baxşalını icarə əsasında heyətinə cəlb edib. 23 yaşlı hücumçu cari mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.

Əyalət klubu azad agent statusuna malik Ravil Qafarov ilə də müqavilə imzalayıb. 20 yaşlı futbolçunun müqaviləsinin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Ravilin son klubu “Şamaxı” olub. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvüdür.

“Şahdağ Qusar” Gülağa Əsədovu da heyətinə cəlb edib. 23 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb. Əsədovun son klubu “Ordu” olub.

Ötən mövsümü “Səbail”in heyətində keçirmiş Fəxri Məmmədli də “Şahdağ Qusar”a keçib. 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olan futbolçunun müqaviləsinin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Daha bir yeni transferi Ürfan İsmayılovdur. 30 yaşlı futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb. Təcrübəli yarımmüdafiəçi ötən mövsümü “Şəfa”da keçirib.

Qusar təmsilçisi qapıçı Elməddin Sultanovu da heyətinə qatıb. Qolkiper növbəti mövsümü bu komandanın heyətində keçirəcək. 25 yaşlı qapıçı “Qəbələ”nin yetirməsidir. Onun son klubu “Baku Sportinq” olub.

“Şahdağ Qusar” iki futbolçusu ilə də yeni müqavilə bağlayıb. Qapıçı Müşviq Nadirov və hücumçu Famil Camalovla müqavilənin müddəti artırılıb. Hər iki futbolçu növbəti mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaq.

“Difai” Şəhriyar Məmmədova tapşırıldı

18 June 2026 at 12:00

Birinci Liqanı tərk edərək növbəti mövsümdən İkinci Liqada mübarizə aparacaq “Difai” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Şəhriyar Məmmədov çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. Amma böyük ehtimalla, gənc mütəxəssis yeni klubu ilə 1 illik sözləşməyə imza atıb.

Xatırladaq ki, Şəhriyar Məmmədov daha əvvəl “Araz Saatlı” və MOİK-də çalışıb.

Qeyd edək ki, “Difai” Birinci Liqada 2025/2026-cı illər mövsümünü sonuncu sırada başa vuraraq İkinci Liqaya düşüb. Bu komanda ötən mövsüm keçirdiyi 27 oyunda cəmi 4 qələbə qazanıb, 6 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb. Cəmi 18 xal toplamış kollektiv 10 iştirakçı arasında sonuncu yeri tutub.

“Zirə” “Qarabağ”la qarşılaşıb Boluya yollanacaq

18 June 2026 at 17:30

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə”nin 2026/2027-ci illər mövsümünə hazırlıq planı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakıda hazırlıq keçən komanda iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək. Bu müddətdə bir yoxlama oyunu keçirəcək komanda iyunun 20-də “Qarabağ”la qarşılaşacaq. “Azərsun Arena”da baş tutacaq bu görüşə saat 18:00-da start veriləcək.

Qəsəbə təmsilçisi 25 iyun – 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılıq keçəcək. Hazırlığın növbəti mərhələsində komanda daha iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Zirə” Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə üz-üzə gələcək. Təmsilçimiz bu rəqibini keçəcəyi halda növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

İbrahima Konate rəsmən “Real”da!

18 June 2026 at 17:00

Bu yay “Liverpul”dan azad agent kimi ayrılmış Fransa yığmasının mərkəz müdafiəçisi İbrahima Konate Madrid “Real”ına keçib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu yeni klubu ilə 4 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, İbrahima Konate Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2017-ci ildən 2021-ci ilə qədər “Leypsiq”in (Almaniya) uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi “Liverpul”a 2021-ci ilin iyul ayında 40 milyon avro müqabilində məhz “Leypsiq”dən keçmişdi.

Fransalı futbolçu “Liverpul”un heyətində 183 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb, həmçinin 4 məhsuldar ötürmə müəllifi olub.

Fransa yığmasının üzvü “Liverpul”la 5 titul qazanıb. O, 2 dəfə (2022 və 2024-cü illərdə) İngiltərə Liqa Kubokunun, 1 dəfə İngiltərə Premyer Liqasının (2024/2025), 1 dəfə İngiltərə Federasiya Kubokunun (2022), 1 dəfə də İngiltərə Super Kubokunun (2022/2023) qalibi olub.

İbrahima Konate Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Müdafiəçi 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində meydana çıxdığı 28 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Cahangir Fərəcullayev UEFA-da komitə üzvü təyin edildi

18 June 2026 at 16:30

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Cahangir Fərəcullayev UEFA-da komitə üzvü seçilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Cahangir Fərəcullayev UEFA-nın Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.

Andrey Santos “Sabah”ı Gürcüstan klubuna dəyişdi

18 June 2026 at 13:30

Futbol üzrə Azərbaycan çempionatının və kubokunun sonuncu qalibi olan “Sabah”ın müdafiəçisi Andrey Santos paytaxt klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Gürcüstanın “İberiya” klubuna keçib.

Bu barədə Gürcüstan təmsilçisi məlumat yayıb. Xəbərdə bildirilir ki, “İberiya” Santosu icarə müqaviləsi əsasında heyətinə qatıb. Müqavilədə satınalma şərtinin olub-olmadığı açıqlanmır. “Sabah” isə bu keçidlə bağlı hələlik heç bir rəsmi açıqlama yayıb.

Xatırladaq ki, Andrey Santos ötən ilin yayında “Sabah”a qoşulub. Tam adı Andrey Viktor Souza Santos olan braziliyalı futbolçu başa çatmış mövsümdə Premyer Liqada 6 oyuna çıxıb. 21 yaşlı mərkəz müdafiəçisi paytaxt klubunun heyətində cəmi 8 matç keçirib.

Sonda onu da xatırladaq ki, “İberiya” “Sabah”ın Konfrans Liqasındakı potensial rəqibidir. Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) uduzarsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Flora” (Estoniya) – “İberiya” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Jesse Sekidika “Sabah”ı Cənubi Koreya klubuna dəyişdi

18 June 2026 at 11:00

Bir neçə gün əvvəl “Sabah”dan ayrılmış nigeriyalı cinah hücumçusu Jesse Sekidika bundan sonra Cənubi Koreyada çıxış edəcək.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu K-Liqa təmsilçisi “Qanqvon”la rəsmi müqavilə imzalayıb.

Cənubi Koreya klubu Sekidikanın 70 nömrəli formanı geyinəcəyini açıqlayıb. “Qanqvon”un ən böyük transferi hesab edilən ön xətt oyunçusunu klub prezidenti Kim Byunq Ji şəxsən qarşılayıb və tibbi müayinə zamanı onu müşayiət edib.

Xatırladaq ki, Jesse Sekidika 2023-cü ilin sentyabr ayından “Sabah”da çıxış edirdi. O, “bayquşlar”ın tarixində mühüm rol oynamış futbolçulardandır. Nigeriyalı futbolçu “bayquşlar”ın heyətində bir dəfə Azərbaycan çempionu, iki dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sekidika “Sabah”da ümumilikdə 107 oyun keçirib. O, bu matçlarda 21 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.

29 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Əskişəhərspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyəspor” (2023) və Belçikanın “Leven” (2021) klublarında da oynayıb.

Kevin Medina “Qarabağ”a bu sözlərlə vida etdi

18 June 2026 at 10:00

Dünən “Qarabağ”dan ayrıldığı rəsmən açıqlanmış kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina Azərbaycan klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün həyatımda və karyeramda iz qoymuş bir klubla vidalaşıram.

“Qarabağ”a gəldiyim ilk gündən məni açıq ürəklə qarşıladılar. Burada möhtəşəm peşəkarlar, dosta çevrilən həmkarlar və hər zaman yanımda olan, dəstəyini əsirgəməyən ehtiraslı azarkeşlər tanıdım.

Bu illər mənim üçün böyük öyrənmə, zəhmət, uğur və inkişaf illəri oldu. Bu formanı geyinmək, bu gerbi təmsil etmək həm şərəf, həm də böyük məsuliyyət idi. Mən də hər zaman meydanda buna sədaqət, hörmət və peşəkarlıqla layiq olmağa çalışdım.

Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm: klub rəhbərliyinə, məşqçilər heyətinə, klub əməkdaşlarına və ən əsası komanda yoldaşlarıma. Birlikdə yaşadığımız hər an qəlbimdə və yaddaşımda əbədi qalacaq.

“Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər dəstəyinizə, hər mesajınıza, həm yaxşı, həm də çətin günlərdə yanımda olduğunuz üçün minnətdaram. Sizdən gördüyüm sevgi və yaşadığımız bütün anlar heç vaxt unudulmayacaq.

İndi isə yeni bir çağırışa başlamağın vaxtıdır. Bu böyük klubun tarixinin bir hissəsi olmaqdan qürur duyaraq və sonsuz minnətdarlıq hissi ilə ayrılıram. “Qarabağ”a gələcəkdə daha böyük uğurlar, yeni nailiyyətlər və daha parlaq bir gələcək arzulayıram. Bu klub həqiqətən də tarix yazan bir klubdur!”

Xatırladaq ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən 33 yaşlı müdafiəçinin karyerasını Malayziyanın “Johor” klubunda davam etdirəcəyi gözlənilir.

İsmail Kartal yenidən “Fənərbağça”da! – Rəsmi

18 June 2026 at 16:00

Türkiyəli futbol mütəxəssisi İsmail Kartal yenidən “Fənərbağça” klubunun əsas komandasının baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 65 yaşlı mütəxəssislə 1 illik (2026/2027-ci illər mövsümünün sonunadək) müqavilə imzalanıb.

İstanbul klubunun niderlandlı sabiq futbolçusu Dirk Kuyt İsmail Kartalın əsas köməkçisi təyin edilib. Oğuz Çetin isə bu klubun futbol direktoru təyin edilib.

Xatırladaq ki, bir neçə gün öncə baş tutmuş seçkilərdə qalib gəlmiş Aziz Yıldırım yenidən “Fənərbağça”ya prezident seçilmişdi. Yeni təyinatlar da məhz onun rəhbərliyə gəlişindən sonra gerçəkləşib. İsmail Kartal “Fənər”in baş məşqçi postunda ötən mövsümün sonunda istefaya göndərilmiş Domeniko Tedeskonu əvəz edib.

İsmail Kartal “Fənərbağça” üçün yad sima deyil. O, futbolçu karyerası dönəmində ən çox məhz bu klubun uğurları üçün çalışıb. Sağ cinah müdafiəçisi 1983-1993-cü illər aralığında İstanbul təmsilçisinin heyətində 200-dən çox oyun keçirib.

Kartal məşqçiliyə də 1996-cı ilə məhz “Fənərbağça”da başlayıb. O, müxtəlif vaxtlarda klubun yeniyetmə və gənclərdən ibarət komandalarına rəhbərlik edib, həmçinin əsas komandada köməkçi-məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis 2014/15 mövsümündə “Fənərbağça”nın baş məşqçisi olub və komandaya Türkiyə Super Kubokunu qazandırıb. İstanbul klubu həmin vaxt onun rəhbərliyi altında meydana çıxdığı 46 oyunda 30 qələbə qazanıb, 10 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Kartal 2022-ci ilin yanvarında yenidən bu posta gətirilib və may ayına kimi komandaya rəhbərlik edib. İstanbul klubu onun rəhbərliyi altında meydana çıxdığı 21 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə edib və 4 məğlubiyyətə üzülüb.

Türkiyəli mütəxəssis son olaraq 2023/2024-cü illər mövsümündə İstanbul klubuna rəhbərlik edib. O, 58 oyunda 44 qələbə, 7 heç-heçə, 7 məğlubiyyət görüb.

İsmail Kartal məşqçilik karyerası ərzində “Karabükspor”, “Sivasspor”, “Mardinspor”, “Altay”, “Malatyaspor”, “Orduspor”, “Ərzurumspor”, “Konyaspor”, “Rizəspor”, “Ankaragücü”, “Qaziantepspor”, “Əskişəhərspor” və “Persepolis”ə də rəhbərlik edib.

“Şəfa” Rəvan, Ruslan və Vüqarla da yollarını ayırdı

18 June 2026 at 15:00

2026/2027 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qapıçı Rəvan Kazımov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Ruslan Hacıyevin müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, daha öncə Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənovun da bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Məmmədov Hüseynov və Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu, “Qəbələ”dən Murad Musayev transfer edib. Kapitan Tərlan Quliyev, Ramin Nəsirli, Elnur Cəfərovla da yeni müqavilə imzalanıb.

İbrahim Piriyev “Araz”la yeni müqavilə bağladı

18 June 2026 at 14:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” yarımmüdafiəçisi İbrahim Piriyev ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Xatırladaq ki, İbrahim Piriyev 2025/2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu “Zirə” ilə Azərbaycan Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla da yeni müqavilə bağlamışdı.

Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

Adil Şükürov “Səbail”dən getdi – Rəsmi

18 June 2026 at 13:00

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Səbail” komandasının baş məşqçisi Adil Şükürov istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatmış müqaviləsinin müddətini uzatmayıb. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyirdi. Onun rəhbərliyi altında komanda Birinci Liqanın 2025/2026-cı illər mövsümünü 3-cü pillədə başa vurub və əsas tapşırığın (Premyer Liqaya vəsiqə qazanmaq) öhdəsindən gələ bilməyib.

Qeyd edək ki, ötən gün “Səbail” rəhbərliyində də dəyişiklik qeydə alınıb. Belə ki, İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub. Yeni rəhbərliyin komandanın baş məşqçi postunu kimə tapşıracağı hələ bilinmir.

Kannavaro: “Bura Özbəkistanı tanıtmaq üçün gəlmişik”

18 June 2026 at 09:00

Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro dünya çempionatının qrup mərhələsində Kolumbiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, tarixində ilk dəfə mundiala qatılmış özbəklər DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdığı Kolumbiyaya 1:3 hesabıyla məğlub olublar.

Fabio Kannavaro məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

“Maraqlı oyun alındı. İkinci hissədə matçın gedişatını dəyişə bildik. Sol cinah vasitəsilə təhlükəli hücumlar qurur, oyuna nəzarəti ələ almağa çalışırdıq.

Hər şeydən əvvəl biz bura Özbəkistanı bütün dünyaya müsbət tərəfdən göstərmək üçün gəlmişik. Mən komandaya həmişə deyirəm ki, matç boyu fəal və cəsarətli oynamaq lazımdır. Kolumbiya kimi komandaya qarşı top olmadan oynamaq asan deyil.

Ümumilikdə ikinci hissədə yaxşı çıxış etdik, amma təəssüf ki, qollar buraxdıq. Bu oyunu xatırlayacağıq, çünki o, tarixidir. Biz dünya çempionatındayıq. Deyə bilərəm ki, bu qarşılaşma bizim üçün faydalı oldu. Səhvlərimiz var idi və onların üzərində işləyəcəyik.

Futbolçularımla fəxr edirəm. Onlar yaxşı oynadılar. Bu gün çox çətin matç idi. Belə bir stadionda, belə azarkeşlər qarşısında oynamaq asan deyil. Amma bu, eyni zamanda əlavə motivasiya da verə bilər”.

Kolumbiya yığmasının baş məşqçisi Nestor Lorenso isə qələbəni şərh edib:

“Bizi çox çətin oyunun gözlədiyini bilirdik. Qələbə böyük sevincdir. Lakin bir çox futbolçular yorğun təsir bağışlayırdılar. Bu, həm emosional, həm də fiziki gərginliklə bağlı idi.

Bundan əlavə, müəyyən çətinliklər yaşayırdıq, çünki hamı bizdən yalnız inamlı qələbə gözləyirdi. Düşünürəm ki, Özbəkistan yığmasının gücünü həqiqətən yalnız məşqçilər korpusu tam dərk edirdi”.

DÇ-2026: Özbəkistan debüt matçında məğlub oldu

18 June 2026 at 08:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında debütant Özbəkistan millisi Kolumbiya yığması üz-üzə gəlib. Mexikoda (Meksika) təşkil edilmiş K qrupunun oyununda 4 qol qeydə alınıb. Yekunda qələbəni bayram edən tərəf Kolumbiya millisi olub.

Kolumbiyanın qollarını Daniel Munyos (40), Luis Dias (65) və Xaminton Kampas (90+9) vurublar. Özbəkistan yığmasında isə Abbosbek Fayzullayev (60) fərqlənən oyunçu olub.

Xatırladaq ki, bu qrupun Portuqaliya – Konqo Demokratik Respublikası oyunu 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

DÇ-2026
K qrupu
18 iyun

Özbəkistan – Kolumbiya 1:3
Qollar: Abbosbek Fayzullayev, 60 – Daniel Munyos, 40. Luis Dias, 65. Xaminton Kampas, 90+9.

Növbəti oyunların proqramı belədir:

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Karlos Keyroş: “Bu oyunu ağlımız sayəsində qazandıq”

18 June 2026 at 07:00

Qana yığmasının baş məşqçisi Karlos Keyroş dünya çempionatının qrup mərhələsində Panama yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində baş tutmuş bu görüşdə Qana yığması rəqibi üzərində 1:0 hesablı qələbəyə sevinib.

Karlos Keyroş matçdan sonra qələbəni belə şərh edib:

“Əvvəlcə səbir göstərməli olduq, döyüşçülər kimi mübarizə apardıq. Bu oyunu ağlımız sayəsində qazandıq.

Panama futbol oynamağı bacaran komandadır. Bilirdik ki, onlar oyuna nəzarət etməyə çalışacaqlar. Bizim strategiyamız isə təşəbbüsü onlara vermək və bundan faydalanmaq idi”.

Panama yığmasının baş məşqçisi Tomas Kristiansen də matçdan sonra fikirlərini bölüşüb:

“Bu nəticə ağrılıdır, çünki Panama yığması daha artığına layiq idi. Birinci hissədə oyuna nəzarət edirdik, lakin ikinci hissədə rəqibin üslubunda oynamağa başladıq. Biz bunu istəmirdik, amma indi peşman olmağın vaxtı deyil. Qarşıda hələ iki oyunumuz var. Pley-off mərhələsinə yüksəlmək istəyiriksə, Xorvatiya ilə oyunda yaxşı nəticə əldə etməliyik.

Qanaya məğlubiyyətdən nəticə çıxarmalıyıq. Dünya çempionatında səhvlər çox baha başa gəlir. Xorvatiya ilə oyunda çəkinməyəcəyik. Panamanın məğlub edilməsinin nə qədər çətin olduğunu göstərmək istəyirik və son nəfəsimizə qədər mübarizə aparacağıq”.

Roderik Miller DÇ-2026-da ilk oyunu kənardan izlədi

18 June 2026 at 06:00

Panama millisinin və “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller DÇ-2026-da ilk turun oyununda iştirak şansı qazanmayıb.

Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın L qrupunda Qana və Panama milliləri üz-üzə gəliblər.

Torontoda keçirilmiş qarşılaşma Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın böyük hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar yaranan imkanlardan istifadə edə bilməyiblər. Qarşılaşmanın taleyi əlavə olunmuş vaxtda həll edilib. Çaleb Yirenkyi 90+5-ci dəqiqədə fərqlənərək Qanaya üç xal qazandırıb.

Miller matçın iştirakçısı olmayıb. Panamanın mərkəz müdafiəçisi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətində yer alıb. Bununla da Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət almış ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Panama millisi dünya çempionatında Xorvatiya, İngiltərə və Qana yığmaları ilə birgə L qrupunda mübarizə aparır.

Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 80 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.

Roderik Panama millisində 48 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.

DÇ-2026: Panama Qanaya məğlub oldu

18 June 2026 at 05:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Qana və Panama yığmaları üz-üzə gəliblər. Torontoda (Kanada) təşkil edilmiş L qrupunun oyununda cəmi bir qol qeydə alınıb. Yekunda qələbəni bayram edən tərəf Afrika təmsilçisi olub. Qanaya qələbə gətirən qolu 90+5-ci dəqiqədə Çaleb Yirenkyi vurub.

Xatırladaq ki, bu qrupun digər oyununda İngiltərə millisi Xorvatiya yığmasına 4:2 hesabıyla qalib gəlmişdi.

DÇ-2026
L qrupu
18 iyun

Qana – Panama 1:0
Qol: Çaleb Yirenkyi, 90+5.

Növbəti oyunların proqramı belədir:

K qrupu
06:00. Özbəkistan – Kolumbiya

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Tomas Tuxel: “Futbolçuların reaksiyası xoşuma gəldi”

18 June 2026 at 03:00

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel dünya çempionatının qrup mərhələsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəlmiş komandaların görüşündə İngiltərə millisi 4:2 hesablı qələbəyə sevinib.

Tomas Tuxel matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı reaksiya göstərdik. Birinci hissə bizim üçün bir qədər çətin keçdi. Komandada müəyyən gərginlik hiss olunurdu. Verdiyimiz qərarlar daha ehtiyatlı oynamaq və geri çəkilmək istəyi ilə bağlı idi. Oyunun ritmini tapmaqda çətinlik çəkirdik və rəqibin müdafiəsindəki boşluqlardan istifadə etmək üçün bizə özünəinam çatmırdı.

Statistikaya baxdım: birinci hissədə ikili mübarizələrin cəmi 33 faizini, ikinci hissədə isə 73 faizini qazanmışıq. Deməli, topsuz oyunda da ilk hissədə kifayət qədər yaxşı deyildik, lazımi fədakarlığı göstərmirdik.

İkinci hissədə futbolçuların reaksiyası xoşuma gəldi. Bu emosional bir qarşılaşma idi, meydanda çoxlu hisslər yaşanırdı. Oyunun ritminə düşmək üçün bizə müəyyən vaxt lazım oldu”.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə uduzduqları oyundan sonra komandasının çıxışını tənqid edib:

“İkinci hissəni çox pis keçirdik. Birinci hissədə iki qolu standart vəziyyətlərdən buraxdıq, onlardan biri penalti idi. Bəzi məqamlarda səhvlərə yol verdik.

Üçüncü qolu uzun ötürmədən sonra buraxdıq və həmin andan etibarən oyuna qayıtmağın nə qədər çətin olduğunu gördük. Biz pis reaksiya verdik və oyunumuzu yenidən düzgün qura bilmədik”.

DÇ-2026: İngiltərə xorvatları 4 qolla yendi

18 June 2026 at 02:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəliblər. Arlinqtonda (ABŞ, Texas) təşkil edilmiş L qrupunun oyununda qapılara bütövlükdə 6 qol vurulub. Yekunda ingilislər 4:2 hesablı qələbəni bayram ediblər.

İngilislərin heyətində Harri Keyn dubla imza atıbsa, Cud Bellingem və Markus Raşford hərəyə bir dəfə fərqləniblər. Xorvatların qollarını isə Martin Baturina və Petar Musa vurublar.

Bu qrupun digər oyununda, saat 03:00-da Qana millisi Panama yığması ilə qarşılaşacaq.

DÇ-2026
L qrupu
18 iyun

İngiltərə – Xorvatiya 4:2
Qollar: Harri Keyn, 12-pen; 42. Cud Bellingem, 47. Markus Raşford, 85 – Martin Baturina, 36. Petar Musa, 45+5.

Növbəti oyunların proqramı belədir:

L qrupu
03:00. Qana – Panama

K qrupu
06:00. Özbəkistan – Kolumbiya

A qrupu
20:00. Çexiya – Cənubi Afrika

B qrupu
23:00. İsveçrə – Bosniya və Herseqovina

Kristiano Ronaldo DÇ-2026-da bir neçə tarixi rekorda imza atdı

18 June 2026 at 01:00

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo DÇ-2026-da Konqo DR ilə oyunda meydana çıxmaqla daha bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, mundialın qrup mərhələsinin ilk turunun bu görüşündə qalib müəyyənləşməyib – 1:1.

Ronaldo start heyətində meydana çıxmaqla futbol tarixinə daha bir neçə rekord əlavə edib. Portuqal ulduz ilk növbədə, dünya çempionatlarının final mərhələsində iştirak edən futbolçular arasında xüsusi bir göstəriciyə nail olub. O, karyerasında altıncı dünya çempionatında meydana çıxaraq bu göstəricidə yalnız Lionel Messi ilə eyni səviyyəyə yüksəlib. Beləliklə, Ronaldo və Messi dünya çempionatlarının altı final mərhələsində iştirak edən yeganə futbolçular olublar.

Konqo DR ilə qarşılaşma Ronaldonun dünya çempionatlarındakı 23-cü oyunu kimi tarixə düşüb. Bu göstərici ilə o, əfsanəvi italiyalı müdafiəçi Paolo Maldini ilə bərabərləşərək turnir tarixində ən çox oyun keçirən futbolçular siyahısında dördüncü pilləyə yüksəlib. Ondan yuxarıda yalnız Messi (27 oyun), Lotar Matteus (25 oyun) və Miroslav Kloze (24 oyun) qərarlaşıblar.

41 yaşlı portuqaliyalı daha bir mühüm nailiyyətə imza atıb. O, dünya çempionatlarında meydana çıxan ən yaşlı avropalı futbolçu olub. Bununla da Ronaldo 1986-cı ildə son dünya çempionatı oyununu 41 yaşında keçirmiş Şimali İrlandiya yığmasının sabiq qapıçısı Pat Jenninqsin rekordunu geridə qoyub.

Bununla yanaşı, Ronaldo dünya çempionatları tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu rekordunu da yeniləyib. Qarşılaşma zamanı onun yaşı 41 il 132 gün idi. Bu göstəricidə onu yalnız 2018-ci il mundialında 45 yaş 161 günündə start heyətində meydana çıxmış misirli qapıçı Essam El-Hadari qabaqlayır.

Xatırladaq ki, 41 yaşlı Ronaldo karyerası ərzində:

5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub;
Avropa çempionu adını qazanıb;
2 dəfə UEFA Millətlər Liqasını qazanıb;
Milli komandalar tarixinin ən məhsuldar bombardiridir;
Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatlarının qol rekordlarına sahibdir;
5 dəfə “Qızıl top” mükafatını qazanıb.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Yuventus” və “Real” kimi nəhəng klubların formasını geyinib.

Roberto Martines: “Oyunumuza tənqidi yanaşlamalıyıq”

18 June 2026 at 00:00

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines dünya çempionatında Konqo Demokratik Respublikasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların görüşündə qalib müəyyənləşməyib – 1:1.

Portuqaliya hesabı erkən açsa da, üstünlüyünü qoruya bilməyib. Roberto Martines matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox yaxşı və düzgün başladıq. Lakin erkən vurduğumuz qol müəyyən mənada hücumdakı sonrakı fəaliyyətimizə mənfi təsir göstərdi. Biz həddindən artıq topa nəzarət etməyə fokuslandıq və rəqibin cərimə meydançasına daxil olmaqda çətinlik çəkməyə başladıq. Bu isə Konqo DR futbolçularına yenidən təşkilatlanmaq imkanı verdi.

Fasilədən dərhal əvvəl buraxdığımız qol standart vəziyyətdən vuruldu. Biz çox yaxşı bilirdik ki, bu, fiziki cəhətdən güclü və standart vəziyyətlərdən əla istifadə edən komandadır. Amma dünya çempionatının səviyyəsi məhz budur. İndi hər şeyi ətraflı təhlil etməliyik, lakin komandanın münasibəti və yanaşması mənim xoşuma gəldi.

Konqonun qolu matçın psixoloji baxımdan bizim üçün ən çətin anında gəldi. Buna baxmayaraq, futbolçular buraxılan qola yaxşı reaksiya verdilər. Onların oyuna münasibəti nümunəvi idi.

Bəli, nümayiş etdirdiyimiz futbolun yekun keyfiyyətindən tam razı qalmadıq. Amma oyunçuların son saniyəyə qədər meydanda nələr qurmağa çalışdıqlarından və göstərdikləri əzmkarlıqdan məmnunam. Bunların hamısı inkişaf prosesinin bir hissəsidir.

Qarşıda bizi daha iki çox vacib qrup oyunu gözləyir. Öz çıxışımızı tənqidi şəkildə qiymətləndirməliyik və bunu mütləq edəcəyik. Bu qarşılaşma bir daha göstərdi ki, dünya çempionatında asan oyun olmur. Portuqaliya oyundan oyuna inkişaf etməli və güclənməlidir”.

Konqo Demokratik Respublikası yığmasının baş məşqçisi Sebastyan Desabre isə heç-heçəyə belə şərh verib:

“Konqo Demokratik Respublikası yığmasının dünya çempionatında ilk xalını qazanması və ilk qolunu vurması bizim üçün böyük qürur mənbəyidir. Futbolçular inanılmaz fədakarlıq və özlərini oyuna tam həsr etmə nümayiş etdirdilər. Oyun planını tam olaraq nəzərdə tutduğumuz kimi yerinə yetirdik, standart vəziyyətdən qol vurduq və açığını desəm, futbolçularımla çox qürur duyuram. Onlar Konqonu layiqincə təmsil etdilər və bütün ölkə buna layiqdir”.

DÇ-2026: Portuqaliya xal itkisi ilə başladı

17 June 2026 at 23:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Portuqaliya və Konqo Demokratik Respublikası yığmaları üz-üzə gəliblər. Hyustonda (ABŞ, Texas) təşkil edilmiş oyunda qalib müəyyənləşməyib – 1:1.

Avropalıların heyətində Joao Neves 6-cı dəqiqədə adını tabloya yazdırıb. Afrika təmsilçisinin qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisinin heyətində ulduz futbolçu Kristiano Ronaldo oyunun əvvəlindən sonuna qədər meydanda olsa da, heç nə ilə yadda qalmayıb.

Bu qrupun digər oyununda, saat 06:00-da Özbəkistan millisi Kolumbiya yığması ilə qarşılaşacaq.

DÇ-2026
K qrupu
17 iyun

Portuqaliya – Konqo DR 1:1
Qollar: Joao Neves, 6 – Yoan Vissa, 45+5.

Ole Verner “Leypsiq”dən qovuldu

17 June 2026 at 22:00

Almaniyalı futbol mütəxəssisi Ole Verner Bundesliqada mübarizə aparan “Leypsiq” komandasının baş məşqçi vəzifəsindən qovulub.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

38 yaşlı mütəxəssisin klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi olsa da, Bundesliqa təmsilçisi onu vaxtından əvvəl istefaya göndərilib.

Ole Verner məşqçilik karyerasına “Holştayn Kil” komandasında başlayıb. O, dörd ilə yaxın “Verder”in baş məşqçisi olub. 2025-ci ilin iyul ayından “Leypsiq”ə rəhbərlik edən almaniyalı mütəxəssis bu komandanı 38 oyuna çıxarıb, 23 qələbə, 5 heç-heçə, 10 məğlubiyyət görüb.

“Leypsiq” son mövsümdə Almaniya Bundesliqasında 34 oyuna topladığı 65 xalla 3-cü yeri tutub və bürünc medallarla kifayətlənib. Komanda 34 oyunda 20 qələbə qazanıb, 5 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Before yesterdayARENA.AZ

“Səbail”in yeni prezidenti – Mirzə Bayrampur

17 June 2026 at 21:00

Azərbaycan Premyer Liqanın keçmiş iştirakçısı, hazırda Birinci Liqada mübarizə aparan “Səbail” klubunun rəhbərliyi dəyişib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Səbail” 10 ildir Azərbaycanın futbol səhnəsindədir. 2025-ci ildə Azərbaycan Premyer Liqasını tərk etmiş paytaxt klubunun cəmi bir mövsüm sonra elitaya qayıtması gözlənilsə də, bu, baş vermədi. Belə ki, Birinci Liqada 2025/2026-cı illər mövsümünü 3-cü pillədə bitirmiş “dənizçilər” növbəti mövsümü də bu turnirdə keçirəcəklər.

Klubun rəhbərliyindəki dəyişikliyin də məhz bu uğursuzluqla bağlı olduğu ehtimal edilir. Amma bu, “dənizçilər”lə bağlı yeganə dəyişiklik olmayacaq. Paytaxt klubunun adının da dəyişdirilməsi, hətta bölgələrimizdən birini təmsil etməsi gözlənilir. ASCO sponsorluqdan imtina etdikdən sonra paytaxt təmsilçisində maliyyə problemləri də yaranıb. Bu üzdən komanda hətta “Bayıl Arena”dan da çıxarılıb.

Bruno Lanqa “Qarabağ”da – Rəsmi

17 June 2026 at 20:00

İspaniyanın “Almeriya” klubunun mozambikli sol cinah müdafiəçisi Bruno Lanqa bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib. Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lanqa yay transfer pəncərəsində “Qarabağ”ın dördüncü transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo və Samuel Lobato “Qarabağ”a qoşulmuşdu.

Pedro Bikalyo ilə yeni müqavilə bağlamış Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae və Kevin Medina ilə də yollarını ayırıb.

Nikolo Zaniolo “Qalatasaray”ı tərk etdi – Rəsmi

17 June 2026 at 19:00

Futbol üzrə Türkiyə çempionu “Qalatasaray”ın italiyalı yarımmüdafiəçisi Nikolo Zaniolo İstanbul təmsilçisindən birdəfəlik ayrılıb.

Arena.az xəbər verir ki, o, karyerasını İtaliya A Seriyasında davam etdirməyə qərar verib.

“Udineze” ötən mövsüm bu komandada icarə əsasında çıxış etmiş 26 yaşlı futbolçunun müqaviləsindəki satınalma bəndini aktivləşdirərək Zaniolonun transfer hüquqlarına tam sahib olub. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Zaniolo ilə 2029-cu ilin yayına qədər rəsmi müqavilə imzalanıb.

“Udineze” bu keçid üçün İstanbul təmsilçisinə 5 milyon avro ödəyəcək. Razılaşmanın xüsusi bəndinə əsasən, italiyalı yarımmüdafiəçinin növbəti satışından əldə olunacaq gəlirin 50 faizi də məhz “Qalatasaray”ın büdcəsinə köçürüləcək.

Xatırladaq ki, Zaniolo “Qalatasaray”a 2023-cü ilin fevralında “Roma”dan keçmişdi. İstanbul təmsilçisinin heyətində 12 oyuna 5 qol vurub, 1 assist etmiş yarımmüdafiəçi burada möhkəmlənə bilməyib.

Nikolo Zaniolo İngiltərənin “Aston Villa”, İtaliyanın “Virtus Entella”, “İnter”, “Roma”, “Atalanta”, “Fiorentina” klublarında da forma geyinib.

İtaliya yığmasının da üzvü olan 25 yaşlı Zaniolo millinin heyətində 19 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı italiyalı futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Ramin Nəsirli də “Şəfa”da qaldı – Rəsmi

17 June 2026 at 18:00

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” Ramin Nəsirli ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

“Neftçi”nin yetirməsi olan Ramin Nəsirli 2025-ci ilin yayından “Şəfa”nın heyətində çıxış edir. Yarımmüdafiəçi daha öncə “Neftçi”, “Dauqavpils”, “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.

“Şəfa” daha öncə Tərlan Quliyev və Elnur Cəfərovla da müqavilənin müddətini uzatdığını açıqlamışdı. Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovu heyətinə qatmış paytaxt klubu Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev və Ürfan İsmayılovla da yollarını ayırıb.

Marko Arnautoviç Avstriya millisində daha bir rekorda imza atdı

17 June 2026 at 17:30

DÇ-2026-nın final mərhələsinin ilk turunun İordaniya ilə oyunu Avstriya yığmasının hücumçusu Marko Arnautoviç üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu oyunda komandasının sonuncu qoluna imza atıb.

Bununla da o, Avstriya yığmasının rekordçusuna çevrilib. Belə ki, Marko
mundiallar tarixində qol vurmuş ən yaşlı avstriyalı futbolçu ünvanını əldə edib. FIFA-nın yaydığı məlumata görə, təcrübəli hücumçu bu rekordu 37 yaş 59 günlüyündə rəsmiləşdirib. O, bununla da uzunmüddətli rekordu yeniləyib. Əvvəlki rekord DÇ-1998-də Kamerun yığmasına qarşı matçda (1:1) bərabərlik qolunu vurmuş Toni Polsterə məxsus idi. Sözügedən futbolçu 34 yaş 93 günlüyündə fərqlənmişdi.

Xatırladaq ki, Marko Arnautoviç hazırda Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edir. 36 yaşlı forvard 2025-ci ilin yayında İtaliyanın “İnter” klubundan azad agent kimi ayrılaraq Serbiya təmsilçisi ilə 2 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb. O, bu komandanın heyətində 32 oyuna çıxıb, 10 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Arnautoviç daha əvvəl İtaliyada “İnter” və “Bolonya”nın, Niderlandda “Tvente”nin, Almaniyada “Verder”in, İngiltərədə “Vest Hem” və “Stok Siti”nin, Çində “Şanxay SİPQ” komandasının da formasını geyinib.

Marko Arnautoviç 2008-ci ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasında 134 oyun keçirib, 48 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 37 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

İbrahim Mbaye – DÇ-də qol vuran ən gənc afrikalı futbolçu!

17 June 2026 at 17:00

DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Fransa yığmasına qol vuran Seneqal milli komandasının üzvü İbrahim Mbaye tarixə düşüb.

Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.

Belə ki, o, dünya çempionatlarında qol vurmuş ən gənc afrikalı futbolçu olub. Mbaye 18 yaş 143 günlüyündə fərqlənib.

Qeyd edək ki, I qrupunun matçında Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Gənc futbolçu komandasının yeganə qolunu qarşılaşmanın 90+5-ci dəqiqəsində vurub.

İbrahim Mbaye Fransa nəhəngi PSJ-nin şərəfini qoruyur. 18 yaşlı futbolçu 2018-ci ildən Paris klubunun sistemindədir. İstedadlı vinger PSJ-nin əsas komandasında indiyə qədər 42 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

İbrahim vaxtilə Fransanın U-16, U-17, U-18 və U-20 yığmalarında oynasa da, 2025-ci ildən Seneqalın əsas millisində forma geyinir. Yeniyetmə futbolçu bu komandanın heyətində 12 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

Konfrans Liqasında klublarımızın potensial rəqibləri bilindi

17 June 2026 at 16:30

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb, klublarımızın rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatmada nəinki bu turnirdə mübarizə aparacaq “Neftçi” və “Zirə”nin, hətta “Sabah”la “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

Məlum olduğu kimi, “Neftçi” Konfrans Liqasında mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq. “Ağ-qaralar” bu raundda 1-ci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

Mübarizəyə ilk raunddan başlayacaq “Zirə”nin də növbəti mərhələdəki rəqibi artıq indidən məlumdur. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandasını keçəcəyi təqdirdə, növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Zirə” – “Torpedo” cütünün qalibi növbəti mərhələdə ilk oyunu səfərdə keçirəcək.

“Qarabağ” bu mövsüm Avropa Liqasında mübarizə aparacaq. Ağdam klubu Avroliqanın 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi bu rəqibinə uduzsa, o zaman Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Litva) duelinin qalibi ilə görüşəcək. “Qarabağ” – “Vestri” cütünün məğlubu bu raundda ilk oyunu evdə keçirməli olacaq.

Azərbaycan çempionu “Sabah” da Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apara bilər. Belə ki, paytaxt klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, Konfrans Liqasının 1-ci raundunun “Flora” (Tallin, Estoniya) – “İberiya” (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.

Xatırladaq ki, ÇL-də birinci raundun məğlubları mübarizəni Avropa Liqasında yox, Konfrans Liqasında davam etdirir. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü təsnifat mərhələsinə düşür.

Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Kevin Medina “Qarabağ”dan getdi – Rəsmi

17 June 2026 at 16:00

“Qarabağ”ın Kolumbiyadan olan mərkəz müdafiəçisi Kevin Medina 6 ildir formasını geyindiyi Ağdam klubundan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Təşəkkürlər, Kevin! Hər şey üçün təşəkkür edirik!” – deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 33 yaşlı kolumbiyalının Malayziyanın “Johor” komandasına keçməsi gözlənilir. Medina sözügedən klubdan sərfəli təklif alıb. Futbolçunun “Qarabağ” qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək. Halbuki, o, müqavilə ilə daha bir il Ağdam klubuna xidmət göstərməli idi.

Kevin Medina 2020-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyurdu. 30 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində keçirdiyi 204 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Mərkəz müdafiəçisi daha öncə Portuqaliyada “Naval”, “Moura”, “Sintrense”, “Pinhalnovense”, “Akademiko Vizeu” və “Çaves” kimi klublarda forma geyinib.

Avroliqa: “Qarabağ” “Vestri” səddini keçsə…

17 June 2026 at 15:30

“Qarabağ”ın Avropa Liqasının (Avroliqa) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, Avroliqanın 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında atılıb.

Püşkün nəticəsinə əsasən, “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibi ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Avroliqada 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi
23–30 iyul

Hammarbü (İsveç) – Anderlext (Belçika)

Qarabağ (Azərbaycan)/Vestri (İslandiya) – ÇSKA (Sofiya, Bolqarıstan)/Derri Siti (İrlandiya)

Tromse (Norveç) – Viktoriya (Plzen, Çexiya)

Tvente (Niderland) – Voyvodina (Serbiya)/Ferentsvaroş (Macarıstan)

Beşiktaş (Türkiyə) – Midtyulland (Danimarka)

Hayduk (Split, Xorvatiya)/Jilina (Slovakiya) – Pafos (Kipr)

Şerif (Tiraspol, Moldova)/Aluminiy (Sloveniya) – Makkabi (Təl-Əviv, İsrail)

Senkt Qallen (İsveçrə) – Benfika (Portuqaliya)

Dinamo (Kiyev, Ukrayna)/Universitatya (Kluj, Rumıniya) – PAOK (Yunanıstan)

Lionel Messi bir het-triklə DÇ-də rekordları alt-üst etdi

17 June 2026 at 15:00

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi dünya çempionatlarında yeni rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak etmiş ilk oyunçu olub.

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kristiano Ronaldo 22 oyunla ikinci yerdə qərarlaşıb.

Messi Əlcəzairlə oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb. O, görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənməklə mundiallarda vurduğu qolların sayı 16-ya çatdırıb.

Messi Əlcəzairlə görüşdə qol vurmaqla dünya çempionatlarında daha bir rekorda imza atıb. 38 yaşlı forvard mundial tarixində fərqli rəqiblərə ən çox qol vurmuş futbolçu olub. O, ümumilikdə 11 müxtəlif milli komandanın qapısına yol tapıb və bu göstəricidə Kristiano Ronaldo, Yurgen Klinsmann və Miroslav Kloze kimi əfsanələri geridə qoyub.

Bundan başqa, Messi dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, bu turnirin tarixində het-trik edən ən yaşlı oyunçu olub.

38 yaşlı hücumçu matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.

ÇL: “Sabah” TNS-i keçsə…

17 June 2026 at 14:30

“Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında bu gün təşkil olunmuş püşkatma mərasimində dəqiqləşib.

Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını məğlub etsə, növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu cütün qalibi ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
17 iyul – 21/22 iyul

Myalbu (İsveç) – Linkoln (Cəbəllüttariq)/İnter Eskaldes (Andorra)

Tre Fiori (San Marino)/Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya)

Sabah (Azərbaycan)/TNS (Uels) – Vardar (Şimali Makedoniya)/KuPS (Finlandiya)

Klaksvik (Farer adaları)/Atert Bissen (Lüksemburq) – Kauno Jalgiris (Litva)/Drita (Kosovo)

Orhus (Danimarka) – Lex (Poznan, Polşa)

Ararat (Ermənistan)/Riqa (Latviya) – Floriana (Malta)/Şemrok Rovers (İrlandiya)

Borats (Bosniya və Herseqovina)/Levski (Bolqarıstan) – Vitebsk (Belarus)/Universitatya (Krayova, Rumıniya)

Omoniya (Kipr) – Kayrat (Qazaxıstan)/Sutyeska (Monteneqro)

Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya)

Vikinqur (İslandiya)/Dyor ETO (Macarıstan) – Hapoel (Beer Şeva, İsrail)

Flora (Estoniya)/İberiya (Gürcüstan) – Slovan (Bratislava, Slovakiya)

Petrokub (Moldova)/Eqnatiya (Albaniya) – Çelye (Sloveniya)

Fənərbağça (Türkiyə) – Qornik (Polşa)

Ştrum Qras (Avstriya) – Harts (Şotlandiya)

Bernardo Silva “Real”da – Rəsmi

17 June 2026 at 14:00

“Mançester Siti”dən ayrılmış portuqaliyalı hücumameyilli yarımmüdafiəçi Bernardo Silva bundan sonra “Real”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Madrid təmsilçisi “Mançester Siti”dən azad agent kimi ayrılmış 31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlayıb. Portuqal futbolçunun “Real”da illik maaşı 20 milyon avro təşkil edəcək. Bundan əlavə, o 10 milyon avro imza bonusu, agenti Jorje Mendes və atası isə ümumilikdə 10 milyon avro komissiya haqqı əldə edəcək.

Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Silvanı heyətinə qatıb. Silva “şəhərlilər”in heyətində 460 oyuna çıxıb, 76 qol, 77 məhsuldar ötürmə.

Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə İngiltərə Liqa Kubokunun, 2 dəfə İngiltərə Federasiya Kubokunun, 3 dəfə İngiltərə Super Kubokunun, 1 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə FİFA Klub Dünya Kubokunun qalibi olub.

Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 109 oyuna çıxıb, 14 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Cəlal Hüseynov “Petrolul”da!

17 June 2026 at 13:30

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi, 23 yaşlı Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, Cəlalın bu klubla müqaviləsinin müddəti 2025/2026-cı illər mövsümünün sonunda başa çatıb.

Bu üzdən də o, azad agent kimi özünə yeni klub tapıb. Azərbaycanlı futbolçu bundan sonrakı karyerasını Rumıniyada davam etdirəcək.

Müdafiəçi bu ölkənin “Petrolul” klubu ilə anlaşıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

“Petrolul” Rumıniya çempionatının geridə qalmış mövsümünü 32 xalla 16 komanda arasında 12-ci pillədə başa vurub.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında “Arda” ilə 3 illik müqavilə imzalamışdı. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Ülvi İsgəndərov “Araz”la yeni müqavilə bağladı

17 June 2026 at 13:00

Azərbaycan Premyer Liqasında növbəti mövsümə hazırlaşan “Araz-Naxçıvan” hücumçusu Ülvi İsgəndərov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025-ci illər mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. 28 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 66 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Qəbələ”nin yetirməsi olan Ülvi İsgəndərov “Sumqayıt”da da çıxış edib. Azərbaycanın U-21 millisində də oynamış futbolçuya əsas millidə debüt qismət olmayıb.

“Araz-Naxçıvan” daha öncə Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləmişdi. Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala isə komandanı tərk ediblər.

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bəlli olur

17 June 2026 at 12:30

“Neftçi” və “Zirə”nin Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, bu gün Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Püşkatmada Azərbaycan klublarının da potensial rəqibləri bilinəcək.

Yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq “Neftçi”nin potensial rəqibləri bunlardır:

“Ludoqorets” (Bolqarıstan)
“Rakuv” (Polşa)
“Apollon” (Kipr)
“Dinamo” (Albaniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi
“Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi

Turnirin 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə qarşılşacaq “Zirə”nin növbəti raunddakı potensial rəqibləri isə bu klublardır:

AEK (Kipr)
ÇFR (Kluj, Rumıniya)
“Spartak”(Slovakiya)
“Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi

Qeyd edək ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Bu gün həm də Avropa Liqasının 1-ci təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Vestri” duelinin məğlubunun, həmçinin UEFA Çempionlar Liqasında 1-ci raundunda yarışacaq “Sabah” (Azərbaycan) – TNS (Uels) cütünün məğlubunun Konfrans Liqasının 2-ci raundunda hansı komanda ilə qarşılaşacağı bilinəcək.

2-ci təsnifat mərhələsində “Sabah” – TNS cütünün məğlubunun 3 mümkün rəqibi:

“Flora” (Estoniya) – “İberiya” (Gürcüstan) cütünün məğlubu
“Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu
“Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün məğlubu

2-ci təsnifat mərhələsində “Qarabağ” – “Vestri” cütünün məğlubunun 5 mümkün rəqibi:

“Rapid” (Avstriya)
“Qradets Kralove” (Çexiya)
“Hibernian” (Şotlandiya)

həmçinin Konfrans Liqasının I təsnifat mərhələsinin aşağıdakı cütlüklərinin qalibləri:

“Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya)
“Petrovats” (Monteneqro) – “Jalgiris” (Litva)

Xatırladaq ki, ÇL-ə birinci mərhələdən başlayan cütlüklərin məğlubu mübarizəni Avropa Liqasında deyil, Konfrans Liqasında davam etdirəcək. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü mərhələsinə düşür.

Avroliqa: “Qarabağ” üçün “Beşiktaş”, “Tvente”, ÇSKA…

17 June 2026 at 12:00

“Qarabağ”ın Avropa Liqasının (Avroliqa) 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

UEFA-nın mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.

“Köhlən atlar”ın mümkün rəqibləri bunlar idi:

“Beşiktaş” (Türkiyə)
“Tvente” (Niderland)
“Tromse” (Norveç)
“Sankt Qallen” (İsveçrə)
“Hammarbü” (İsveç)
“Şerif” (Moldova) – “Aluminiy” (Sloveniya) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) – “Universtatya” (Kluj, Rumıniya) cütünün qalibi
“Hayduk” (Xorvatiya) – “Jilina” (Slovakiya) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi.

Püşkatmaya bir neçə saat qalmış UEFA iştirakçı komandaları qruplara bölüb və “Qarabağ”ın da potensial rəqibləri azalıb. Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Beşiktaş” (Türkiyə)
“Tvente” (Niderland)
“Tromse” (Norveç)
“Hammarbü” (İsveç)
ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi

Xatırladaq ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Ağdam təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-da və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.

ÇL: “Sabah” “Srvena Zvezda” və ya “Lex”ə rəqib ola bilər

17 June 2026 at 11:30

“Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil ediləcək.

UEFA-nın mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

Azərbaycan təmsilçisi bu raundda səpələnməmişlər səbətində yer alacaq. “Bayquşlar” mərhələ adlayacağı təqdirdə aşağıdakı komandalardan birinə rəqib olacaqlar:

“Srvena Zvezda” (Serbiya)
“Lex” (Poznan, Polşa)
“Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi
“Jalgiris” (Litva) – “Drita” (Kosovo) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) – “İnter” (Eskaldes, Andorra) cütünün qalibi

Xatırladaq ki, “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) ilə münasibətlərə aydınlıq gətirəcək. Bu mərhələnin oyunları iyulun 7-8-də və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

Ralf Ranqnik: “Haqq etdiyimiz qələbəni qazandıq”

17 June 2026 at 11:00

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik dünya çempionatının qrup mərhələsində İordaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların dörd qolluq görüşü Avstriya millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ralf Ranqnik matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunlarır söyləyib:

“Matçdan əvvəl də mətbuata demişdim ki, bu dünya çempionatında artıq bir çox sürprizlər görmüşük. İordaniya çox təhlükəli, qapanan və sürətli əks-hücumlar edən komandadır.

Bu, çox çətin oyun idi. İordaniya bizim işimizi xeyli çətinləşdirdi. Xüsusilə ikinci hissənin ortalarında özümüzə gəlmək üçün bizə müəyyən vaxt lazım oldu. Nəticədə haqq etdiyimiz qələbəni qazandıq, amma bunun üçün çox çalışmalı olduq.

Fasilədən sonra etdiyimiz əvəzetmələr və taktiki dəyişikliklər bizə böyük kömək göstərdi.

İordaniya? Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər. Açığı, belə bir oyun nümayiş etdirəcəklərini gözləmirdik.

Oyunçuların reaksiyasından razıyam. İkinci hissənin əvvəlində qapımızda qol görsək də, komanda intizamı itirmədi. Romano Şmidin fərdi keyfiyyəti və Marko Arnautoviçin son nöqtəni qoyması bizə vacib 3 xalı qazandırdı”.

Ranqnik hədəflərinin qrupdan çıxmaq olduğunu sözlərinə əlavə edib:

“28 illik fasilədən sonra mundiala qələbə ilə başlamaq mükəmməldir. Lakin Argentina və Əlcəzair kimi rəqiblərin olduğu qrupda hələ heç nə bitməyib. İndi növbəti oyunlara fokuslanmalıyıq. Məqsəd qrupdan çıxmaqdır”.

“Biz bura sadəcə iştirak üçün gəlməmişik”

İordaniya millisinin baş məşqçisi Camal Sellami isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Birinci hissəyə çox müsbət başladıq, lakin rəqib yaxşı təşkilatlanmış komanda idi. Hesabı bərabərləşdirdikdən sonra rəqib ərazi üstünlüyünü ələ keçirdi.

Nəticə İordaniya komandasının nümayiş etdirdiyi fədakarlığı və mübarizəni tam əks etdirmir. Şəxsən mən komandamızın çıxışından çox razıyam.

Qalib gələ bilməməyimizin səbəblərindən biri də Avstriya yığmasının heyətində “Real” və “Bayern” kimi klublarda çıxış edən futbolçuların olmasıdır. Amma düşünürəm ki, bizim əldə etdiklərimiz də qürur mənbəyidir”.

Mütəxəssis Əli Olvanın tarixi qola imza atdığını da vurğulayıb:

“Ölkəmizin dünya çempionatları tarixindəki ilk oyununda qol vurduq. Əli Olvanın qolu bütün İordaniya xalqı üçün tarixi bir an idi. Avstriya kimi güclü Avropa komandası ilə başabaş mübarizə apardıq. Hesab 1:1 olarkən avtoqol oldu və bu, oyunçularımın motivasiyasına təsir etdi. Sonda təyin olunan penalti isə nöqtəni qoydu”.

O, mübarizəni sonadək davam etdirəcəklərini bildirib:

“Biz bura sadəcə iştirak üçün gəlməmişik. Futbolçularımın göstərdiyi cəsarətdən qürur duyuram. Növbəti oyunlarda səhvlərimizi düzəldib qrupdan çıxmaq üçün sonadək vuruşacağıq”.

DÇ-2026: Avstriya inamlı qələbə ilə başladı

17 June 2026 at 10:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Avstriya və İordaniya yığmaları üz-üzə gəliblər. Santa Klarada (Kanada) təşkil edilmiş oyun avropalıların inamlı qələbəsi ilə yekunlaşıb. J qrupunun matçında Avstriya millisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Əli Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Əl-Ərəb avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirməklə yekun nəticəni müəyyənləşdirib.

Xatırladaq ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib.

DÇ-2026
J qrupu
17 iyun

Avstriya – İordaniya 3:1
Qollar: Romano Şmid, 20. Yazan Əl-Ərəb, 76-öz qapısına. Marko Arnautoviç, 90+12-pen – Əli Olvan, 50.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Skaloni və Pektoviç matçı qoyub, Messidən danışdılar

17 June 2026 at 08:00

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Əlcəzairə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəliblər və yekunda Argentina yığması 3:0 hesablı qələbəyə sevinib.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında daha çox bu oyunun qəhrəmanı Lionel Messidən söhbət açıb:

O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:

“Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik.

Qarşıya çıxan problemləri vaxtı gəldikcə həll edəcəyik. Komanda razıdır, biz bir çox futbolçuya oyun vaxtı verdik. Ümid edirəm ki, növbəti matçı da qazanacağıq ki, üçüncü qrup oyununda bütün futbolçular şans əldə edə bilsinlər”.

Əlcəzair yığmasının baş məşqçisi Vladimir Petkoviç də bu qarşılaşmada het-trik etmiş Lionel Messi haqqında danışıb:

“Sinif və ustalıq daim qalır. Çünki biz sıradan bir futbolçudan yox, karyerası ərzində yeddi və ya səkkiz dəfə “Qızıl top” qazanmış bir oyunçudan danışırıq.

Təəssüf ki, ilk və ikinci qolları vurmaq imkanı ona özümüz verdik və bunu etməsi onun üçün asan oldu. Onun bəxti gətirib ki, bütün Argentina yığması onun üçün çalışır və ona dəstək verir. O isə artıq neçə illərdir, bəlkə də onilliklərdir, inanılmaz işlər görür.

Bu gün Argentina yığmasının qapıya ümumilikdə 10 zərbəsi oldu və onların yeddisini Messi vurdu”.

DÇ-2026: Argentina Messinin het-triki ilə sevindi

17 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Argentina və Əlcəzair yığmaları üz-üzə gəliblər. Kanzasda (Missuri, ABŞ) təşkil edilmiş oyun darmadağınla yekunlaşıb. J qrupunun matçında Argentina rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb. O, 17, 60 və 76-cı dəqiqələrdə diqqət mərkəzinə düşüb.

Xatırladaq ki, bu qrupun digər oyununda saat 08:00-da Avstriya İordaniya ilə üz-üzə gələcək.

DÇ-2026
J qrupu
17 iyun

Argentina – Əlcəzair 3:0
Qollar: Lionel Messi, 17; 60; 76.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

J qrupu
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Solbakken: “İraqla matçda layiqli qələbə qazandıq”

17 June 2026 at 06:00

Norveç yığmasının baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsində İraq millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qapılara 5 qol vurulub və yekunda Avropa təmsilçisi 4:1 hesablı qələbəyə sevinib.

Stol Solbakken matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna yaxşı başladı və ilk hissədəki qollar bizə üstünlük qazandırdı. Lakin İraq da xüsusilə ilk hissədə yaxşı mübarizə apardı və bizə çətinlik yaratdı. Ümumilikdə oyuna nəzarət etdik və layiqli qələbə qazandıq. Müdafiədə bəzi səhvlərimiz oldu ki, onları da düzəltməliyik.

Təcrübəli mütəxəssis bu matçda dubl etmiş hücumçu Erlinq Haland haqqında da fikirlərini bölüşüb:

“Erlinqlə işləmək çox asandır. O, komanda yoldaşlarına hər zaman ən yaxşısını arzulayır, onlarla və məşqçilər heyəti ilə vaxt keçirməyi sevir. O, superulduzdur, amma eyni zamanda çox sakit və sadə insandır”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə məğlubiyyəti belə şərh edib:

“Bəzi anlarda oyunumuz həqiqətən möhtəşəm idi, amma bir neçə səhv bizə çox ciddi zərər vurdu. Norveç millisi, həqiqətən, yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu məğlubiyyətə baxmayaraq, qrupdan çıxmaq üçün şansımız var. Bizim hələ iki oyunumuz qalır”.

DÇ-2026: Norveç İraqı 4 qolla yendi

17 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Norveç və İraq yığmaları üz-üzə gəliblər. Bostonda (Massaçusets, ABŞ) təşkil edilmiş oyunda qapılara bütövlükdə 5 qol vurulub.

I qrupunun matçında Norveç millisi rəqibinə böyük hesabla qalib gəlib. Avropalıların qollarını dubla imza atmış Erlinq Haland, Leo Estiqor və Ayman Husseyn (90+6-öz qapısına) vurublar. İraqın heyətində isə yeganə qol Ayman Husseynin ayağına yazılıb.

Xatırladaq ki, bu qrupun digər matçında Fransa Seneqala 3:1 hesabı ilə qalib gəlib.

DÇ-2026
I qrupu
17 iyun

İraq – Norveç 1:4
Qollar: Ayman Husseyn, 39 – Erlinq Haland, 29; 43. Leo Estiqor, 76, Ayman Husseyn, 90+6-öz qapısına.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Kilian Mbappe Fransa millisinin ən yaxşı bombardiri oldu!

17 June 2026 at 09:00

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında vurduğu qolların sayına görə bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdıqları Seneqal yığması ilə oyunda dubla imza atmaqla nail olub.

27 yaşlı forvard komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub. Mbappe bu qollarla mundiallardakı qol sayını 14-ə çatdırıb. O bununla braziliyalı Peleni (12 qol), argentinalı Lionel Messini (13 qol) və həmyerlisi Jüst Fonteni (13 qol) geridə qoyaraq almaniyalı Gerd Müllerin göstəricisini təkrarlayıb. Siyahıda yalnız braziliyalı Ronaldo (15 qol) və almaniyalı Miroslav Kloze (16 qol) ondan öndə qərarlaşıb.

Bununla yanaşı, hücumçu Fransa millisi tarixinin ən yaxşı bombardiri adına da sahib çıxıb. Mbappe milli komandada keçirdiyi 99-cu oyunda 58-ci qolunu vuraraq 57 qola malik Olivye Jirunun rekordunu yeniləyib.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ildən İspaniya nəhəngi “Real”ın formasını geyinir. Hücumçu ötən mövsüm 44 oyunda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.

Deşam: “İlk oyundakı qələbə həlledici deyil”

17 June 2026 at 03:00

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Fransa yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizə müəyyən rahatlıq gətirir. Oyuna bir qədər ehtiyatlı və gərgin başladıq, rəqib isə çox yaxşı çıxış edirdi. Daha sonra oyunumuzu tapa bildik, xüsusilə də Usman Dembelenin və Maykl Olisenin mövqelərini dəyişdikdən sonra. Bredli Barkola da çox təhlükəli oynadı.

Dörd komandadan ibarət qrupda ilk oyunda qələbə qazanmaq hələ heç nəyi həll etmir. Fransa azarkeşləri bizi dəstəkləmək üçün uzaq yoldan gəliblər və bu, ucuz başa gəlmir. Futbol yalnız qalib gəldiyin və həmin emosiyaları onlarla bölüşə bildiyin zaman həqiqətən sehrli olur.

Barkola ilə bağlı onu deyə bilərəm ki, start heyətində yer almağa tam haqqı çatan çox sayda futbolçu var. Rayan Şerki də onlardan biridir. Bizə onların hamısı lazım olacaq”.

Seneqal yığmasının baş məşqçisi Pap Tiav isə 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Biz bu matçda qalib gəlməyi çox istəyirdik və bu, meydanda da görünürdü. Təəssüf ki, bizə effektivlik çatmadı. Dünya çempionatında isə hər şeyi xırda detallar həll edir. Qol vurmaq üçün imkanlarımız var idi, amma eyni zamanda vacib məqamlarda top itkilərinə yol verdik. Biz özümüzə belə səhvlərə icazə verə bilmərik.

Nəticə gözlədiyimiz kimi olmadı. İkinci hissədə bir neçə kollektiv səhvə yol verdik və sonda məhz onlar həlledici oldu. Müdafiədə oyunun böyük hissəsində yaxşı təsir bağışlayırdıq, lakin bəzi anlarda topa nəzarəti itirdik və bunun cəzasını çəkdik.

Fikrimcə, biz bu sınağa layiqincə cavab verdik. Belə turnirlərdə əziyyət çəkmək normaldır. Hesabda geri düşdükdən sonra reaksiya verməyə və hesabı bərabərləşdirməyə çalışdıq, lakin buna nail ola bilmədik. Norveçə qarşı növbəti oyunda daha aqressiv olmalıyıq”.

Rəşad Sadıqov: “Bu, bizim üçün çox gözlənilməz oldu”

17 June 2026 at 02:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya rəqib olmalarını şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün ilk raundunda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə qarşılaşacaq.

Klubun mətbuat xidmətinə açıqlama verən “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov püşkatmadan sonra rəqibi dəyərləndirib. O, rəqib komandanın mütəmadi olaraq avrokuboklarda iştirak etdiyini xatırladıb:

“Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.

DÇ-2026: Fransa Seneqala qalib gəldi

17 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Fransa və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu York, ABŞ) keçirilmiş I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər. Fransanın heyətində Kilian Mbappe dubla imza atıbsa, digər qolu Bredli Barkola vurub. Afrika təmsilçisinin heyətində isə İbrahim Mbaye fərqlənib.

Bu qrupun digər oyununda, saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

DÇ-2026
I qrupu
16 iyun

Fransa – Seneqal 3:1
Qollar: Kilian Mbappe, 66; 90+6. Bredli Barkola, 82 – İbrahim Mbaye, 90+5.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

I qrupu
02:00. İraq – Norveç

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

Mundial Uruqvay millisində yeni rekordçu oldu

16 June 2026 at 23:30

Futbol üzrə Uruqvay milli komandasının təcrübəli qapıçısı Fernando Muslera dünya çempionatlarının (DÇ) tarixinə düşüb.

Arena.az xəbər verir ki, 39 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsində Səudiyyə Ərəbistanına qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu olub.

Bundan əvvəl Uruqvay millisinin tarixində ən yaşlı oyunçu mərkəz müdafiəçisi Dieqo Qodin idi. O, DÇ-2022-də 36 yaş 285 günlüyündə meydana çıxıb.

Muslera həm də beşinci dünya çempionatında iştirak edib. O, uzun illərdir Uruqvay millisinin əsas simalarından biri hesab olunur və yığmanın heyətində 130-dan çox oyun keçirib.

Qeyd edək ki, Uruqvay yığması mundialın qrup mərhələsində Səudiyyə Ərəbistanı, İspaniya və Kabo Verde ilə birlikdə H qrupunda mübarizə aparır.

Fernando Muslera 2025-ci ilin yayından Argentinanın “Estudiantes” klubunda çıxış edir. Onun bu klubla 2026-cı ilin 31 dekabrına qədər müqaviləsi mövcuddur.

Muslera daha öncə Türkiyədə “Qalatasaray”ın, İtaliyada “Latsio”nun, ölkəsində “Nasional” və “Montevideo Uonderers” klublarının da formasını geyinib.

Təcrübəli qolkiper 2009-cu ilin oktyabr ayında debüt etdiyi Uruqvay yığmasında bütövlükdə 135 oyun keçirib. O, bu oyunlarda 137 qol buraxıb, 52 matçda qapısını toxunulmaz saxlayıb.

Muslera milli komandanın heyətində DÇ-2010, DÇ-2014, DÇ-2018 və DÇ-2022-nin iştirakçısı olub. Qapıçı həm də Uruqvay milli komandasının heyətində 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb.

Ruben Amorim – “Milan”ın yeni baş məşqçisi!

16 June 2026 at 23:00

Portuqaliyalı futbol mütəxəssisi Ruben Amorim İtaliya A Seriyasında mübarizə aparan “Milan”ın baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun rəsmi bəyanatında gənc mütəxəssisin fəaliyyəti yüksək qiymətləndirilib:

“Biz illərdir Rubeni izləyirik. Onun “Sportinq”dəki işi bizdə böyük təəssürat yaratmaqla yanaşı, axtardığımız oyun üslubunu da özündə əks etdirir. O, yeni Avropa nəslinin ən hazırlıqlı və yenilikçi məşqçilərindən biridir”.

Amorim “Milan”ın “sükanı arxası”nda bu yay postundan ayrılmış Massimiliano Alleqrini əvəz edib. İtaliyalı mütəxəssisin istefasına “Milan”ın 2025/2026-cı illər mövsümündə göstərdiyi zəif nəticələr səbəb olub. Belə ki, komanda ölkə çempionatında beşinci yeri tutub və UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Alleqri 2025-ci ilin may ayında “Milan”ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. 58 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləsi var idi.

Massimiliano Alleqri 2010-2014-cü illərdə də “Milan”ı çalışdırıb. O, 2010/2011-ci illər mövsümündə “Milan”ı İtaliya çempionu edibsə, 2011/2012 mövsümündə bu kluba İtaliya Super Kubokunu qazandırıb.

Alleqri daha öncə “Yuventus”, SPAL, “Qrosseto”, “Sassuolo”, “Kalyari” kimi komandaları da çalışdırıb. Onun yeni mövsümdən “Napoli”yə rəhbərlik edəcəyi barədə xəbərlər dolaşır.

Ruben Amorim isə son olaraq İngiltərə təmsilçisi “Mançsester Yunayted”ə rəhbərlik edib. O, 2024-cü ilin noyabr ayında “qırmızı şeytanlar”ın baş məşqçisi təyin olunsa da, bu ilin yanvarında istefaya göndərilmişdi. Amorim sözügedən komandanı bütövlükdə 63 oyuna çıxarıb, 25 qələbə, 15 heç-heçə və 23 məğlubiyyət görüb.

Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqaliya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

“Neftçi” Konfrans Liqasına Sloveniyada hazırlaşacaq

16 June 2026 at 22:30

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi”nin 2026/2027-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-nə qədər Bakıda – klubun özünə məxsus futbol mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-nə qədər Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. “Hotel Livada Prestige”də məskunlaşacaq “ağ-qaralar” bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya “Partizan”ı olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Qeyd edək ki, “Neftçi” Avropa Konfrans Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcək. “Ağ-qaralar”ın bu mərhələdəki rəqibi isə sabah baş tutacaq püşkatmadan sonra müəyyənləşəcək.

Hakan Sünal “Sumqayıt”dan getdi

16 June 2026 at 22:00

“Sumqayıt” Futbol Akademiyasının direktoru, almaniyalı mütəxəssis Hakan Sünal Azərbaycan klubu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə növbəti mövsüm üçün əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb. Bu üzdən də tərəflər vidalaşmalı olublar.

Xatırladaq ki, Hakan Sünal 2019-cu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edirdi. Tərəflər arasındakı mövcud anlaşma bu ayın sonunda başa çatacaq.

Qurban Qurbanov: “Vestri” barədə ilkin təəssüratlarımız var”

16 June 2026 at 21:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Arena.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçirilmiş püşkatmasında “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək.

Qurban Qurbanov sözügedən komanda ilə görüşlər barədə bunları söyləyib:

“Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır.

Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur. “Vestri” barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Sabah”a, Konfrans Liqasında mübarizə aparacaq “Zirə” və “Neftçi”yə uğurlar arzulayırıq”.

Antonio Rüdiger “Real”la yeni müqaviləyə imza atdı

16 June 2026 at 21:00

Futbol üzrə Almaniya milli komandasının mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya nəhəngi “Real”la yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

33 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti gələn il başa çatacaqdı.

Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 182 oyun, 8 qol, 4 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 83 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

“Zirə” Konfrans Liqasında “Torpedo”ya rəqib oldu

16 June 2026 at 20:30

“Zirə”nin futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, bu gün Konfrans Liqasında yeni mövsümün ilk püşkatma mərasimi təşkil edilib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan təmsilçisinin də rəqibi müəyyənləşib. “Qartallar” bu mərhələdə Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da keçiriləcək. Cavab görüşləri isə eyni ayın 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” ilk matçını evdə keçirəcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
9 iyul – 16 iyul

Veles (Bosniya və Herseqovina) – Milsami (Moldova)
Bohemians (İrlandiya) – Sent Jozefs (Cəbəllüttariq)
Dinamo Siti (Albaniya) – Astana (Qazaxıstan)
Nomads (Uels) – Balkani (Kosovo)
Zirə (Azərbaycan) – Torpedo (Kutaisi, Gürcüstan)
Differdanj (Lüksemburq) – İlves (Finlandiya)
Dinamo (Minsk, Belarus) – Sileks (Şimali Makedoniya)
Deçiç (Monteneqro) – Liepaya (Latviya)
Elbasani (Albaniya) – BATE (Belarus)
Qlentoran (Şimali İrlandiya) – RFS (Latviya)
Mornar (Monteneqro) – Atletik Eskaldes (Andorra)
Bayns (Lüksemburq) – Dinamo (Tiflis, Gürcüstan)
Petrovaç (Monteneqro) – Jalgiris (Litva)
Kaernarfon Taun (Uels) – Levadiya (Estoniya)
Marsaxlokk (Malta) – Pünik (Ermənistan)
Hagelmann (Litva) – Payde (Estoniya)
Alakşkert (Ermənistan) – Yelimay (Qazaxıstan)
Vikinqur (Şimali İrlandiya) – Styarnan (İslandiya)
Dila (Gürcüstan) – Virtus (San Marino)
Sarayevo (Bosniya və Herseqovina) – İnter Turku (Finlandiya)
Europa (Cəbəllüttariq) – Şkendiya (Şimali Makedoniya)
Nomme Kalyu (Estoniya) – Linfild (Şimali İrlandiya)
Penibont (Uels) – Santa Koloma (Andorra)
Runavik (Farer adaları) – Hamrun Spartans (Malta)
Strassen (Lüksemburq) – La Fiorita (San Marino)
Vlajniya (Albaniya) – Malişeva (Kosovo)

Samuel Lobato “Qarabağ”da – Rəsmi

16 June 2026 at 20:00

Portuqaliyanın “Portimonense” klubunun mərkəz yarımmüdafiəçisi Samuel Lobato bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikan”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Lobato yay transfer pəncərəsində “Qarabağ”a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zəkəriyyə Savonun keçidi rəsmiləşmişdi.

Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşıb, Pedro Bikalyo ilə də yeni müqavilə bağlayıb.

“Qarabağ” Avroliqada İslandiya klubuna rəqib oldu

16 June 2026 at 19:30

“Qarabağ”ın futbol üzrə Avropa Liqasının (Avroliqa) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Avroliqanın yeni mövsümünün ilk püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil edilmiş püşkatmada Azərbaycanın bu turnirdəki təmsilçisinin də rəqibi müəyyənləşib. Ağdam klubu püşk zamanı daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb. Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Azərbaycan təmsilçisi ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, Avroliqanın 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da keçiriləcək. Cavab qarşılaşmaları isə eyni ayın 16-da baş tutacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi
9 iyul – 16 iyul

Dinamo (Kiyev, Ukrayna) – Universitatya (Kluj, Rumıniya)
Qarabağ (Azərbaycan) – Vestri (İslandiya)
Hayduk (Split, Xorvatiya) – Jilina (Slovakiya)
ÇSKA (Sofiya, Bolqarıstan) – Derri Siti (İrlandiya)
Şerif (Tiraspol, Moldova) – Aluminiy (Sloveniya)
Voyvodina (Serbiya) – Ferentsvaroş (Macarıstan)

“Şəfa” Novruz, Ürfan və Aqşinlə də vidalaşdı

16 June 2026 at 19:00

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” daha 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi Novruz Məmmədov, yarımmüdafiəçilər Aqşin Paşayev və Ürfan İsmayılovun müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, daha öncə qapıçı Əli Həsənli, müdafiəçilər Zahid Mərdanov, Hüseyn Mürsəlov, Seymur Rəhimov, yarımmüdafiəçilər Emin Zamanov, Elvin İsmayılov və Aqil Nəsibov, hücumçular Amir Ebrahimzade və İbrahim Əliyevin də bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Məmmədov Hüseynov və Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu, “Qəbələ”dən Murad Musayev transfer edib. Kapitan Tərlan Quliyev və Elnur Cəfərovla da yeni müqavilə imzalanıb.

“Sabah” ÇL-də TNS-ə rəqib oldu

16 June 2026 at 18:30

Futbol üzrə Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün ÇL-in 2026/2027-ci illər mövsümünün ilk püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmada Azərbaycan çempionunun da rəqibi bəlli olub. Püşkün nəticəsinə əsasən, Uelsin TNS komandası Bakı klubuna rəqib olub. Azərbaycan çempionu ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də keçiriləcək. Cavab görüşləri isə eyni ayın 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7-8 iyul/14-15 iyul

Sabah (Azərbaycan) – TNS (Uels)
Floriana (Malta) – Şemrok Rovers (İrlandiya)
Flora (Estoniya) – İberiya (Gürcüstan)
Linkoln (Cəbəllüttariq) – İnter Eskaldes (Andorra)
Tre Fiori (San Marino) – Larne (Şimali İrlandiya)
Ararat (Ermənistan) – Riqa (Latviya)
Vardar (Şimali Makedoniya) – KuPS (Finlandiya)
Kauno Jalgiris (Litva) – Drita (Kosovo)
Vitebsk (Belarus) – Universitatya (Krayova, Rumıniya)
Petrokub (Moldova) – Eqnatiya (Albaniya)
Borats (Bosniya və Herseqovina) – Levski (Bolqarıstan)
Vikinqur (İslandiya) – Dyor ETO (Macarıstan)
Kayrat (Qazaxıstan) – Sutyeska (Monteneqro)
Klaksvik (Farer adaları) – Atert Bissen (Lüksemburq)

Dino Toppmöller – “Lans”ın yeni baş məşqçisi!

16 June 2026 at 18:00

Almaniyalı futbol mütəxəssisi Dino Toppmöller Fransa çempionatında mübarizə aparan “Lans” komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Fransa çempionatının vitse-çempionu “Lans” baş məşqçi Pyer Sajla yollarını ayırdıqdan sonra yeni çalışdırıcısını müəyyənləşdirib. Bundan sonra komandaya almaniyalı mütəxəssis Dino Toppmöller rəhbərlik edəcək. 45 yaşlı məşqçi ilə müddəti iki il olan müqavilə imzalanıb və o, dərhal işə başlayacaq.

Toppmöller daha əvvəl Frankfurt “Ayntraxt”ında baş məşqçi kimi çalışıb. Onun 3-4-3 taktiki sisteminə üstünlük verdiyi bildirilir və “Lans”ın gələn mövsümdə bu sxemin müxtəlif variantlarını tətbiq edəcəyi gözlənilir.

Liqa 1-in yeni mövsümü avqustun 22-də start götürəcək. Sözügedən komanda ötən mövsüm yalnız çempion PSJ-dən geri qalaraq gümüş medallarla kifayətlənib. Mövsüm bitən kimi Pyer Saj öz istəyi ilə komandadan ayrılaraq “Kristal Pelas”ın (İngiltərə) baş məşqçisi olub.

Sabri Lamuşi Herve Renarla əvəzləndi – DÇ-də şok istefa

16 June 2026 at 17:30

DÇ-2026-da mübarizə aparan Tunis yığmasının baş məşqçisi Sabri Lamuşi istefaya göndərilib, onu bu postda Herve Renar əvəz edib.

Arena.az bu barədə Tunis Futbol Federasiyasına istinadən xəbər verir.

Bildirilir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə ağır məğlubiyyətdən (1:5) dərhal sonra Sabri Lamuşi istefaya göndərilib. Federasiya rəhbərliyi bu darmadağından sonra gözlənilməz qərar verməklə dünya çempionatları tarixində qeyri-adi bir addım atıb.

Xatırladaq ki, Lamuşi bu ilin yanvar ayından Tunis yığmasına rəhbərlik edirdi. 54 yaşlı fransalı mütəxəssis bu komandanı cəmi 5 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət görüb.

Lamuşini Tunis millisində həmyerlisi Herve Renar əvəz edib. Onunla cəmi 1 aylıq müqavilə imzalanıb. Renarın bu komandadakı gələcəyi millinin DÇ-2026-dakı nəticələrindən asılı olacaq.

Qeyd edək ki, F qrupunda yer almış Tunis millisi növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.

Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.

Elçin Qasımov PFL tərəfindən mükafatlandırıldı

16 June 2026 at 17:00

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilən Əvəzedicilər Liqasının bombardiri Elçin Qasımov mükafatlandırılıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əvəzedicilər Liqasında 2025/2026-ci illər mövsümünün bombardiri “Turan Tovuz”un ikinci komandasının üzvü Elçin Qasımov olub. 21 qolla çempionatın ən sərrast futbolçusu olan Tovuz komandasının hücumçusu xüsusi hədiyyə ilə mükafatlandırılıb. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.

Xatırladaq ki, “Sabah”ın əvəzedici komandasının üzvü Ramil Nuraxmedov 14 qolla ikinci olub. Nuraxmedovun komandası 59 xalla mövsümü çempion kimi başa vurub. “Qəbələ-2” 58 xalla gümüş, “Neftçi-2” 53 xalla bürünc medallara sahib çıxıb. Tovuz təmsilçisi isə 34 xalla 6-cı yeri tutub.

Cavid Hüseynov: “Hər çağırış mənim üçün yeni bir imkandır”

16 June 2026 at 16:30

“Araz-Naxçıvan”ın yeni baş məşçqisi Cavid Hüseynov Naxçıvan təmsilçisinin “sükanı arxası”na keçməsinə münasibətini açıqlayıb.

Arena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. “Araz-Naxçıvan” Premyer Liqaya rəng qatan klublardandır. Hər mövsüm iddiası ilə seçilir. Biz də çalışacağıq ki, bu komanda ilə uğur qazanaq. Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək”.

Xatırladaq ki, Cavid Hüseynov Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan”la 1 mövsümlük müqavilə imzalayıb.

Ozan Can Kökçü “Vanspor”da!

16 June 2026 at 16:00

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, o, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Erediviziyanı tərk etmiş bu komandada qalmaq istəməyib.

Artıq Ozan Can Kökçünün yeni klubu da müəyyənləşib. O, bundan sonra karyerasını Türkiyənin “Vanspor” klubunda davam etdirəcək. 27 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Vanspor” Türkiyə Birinci Liqasında mübarizə aparır. Bu komanda geridə qalmış mövsümdə 38 oyuna topladığı 49 xalla 20 iştirakçı arasında 14-cü yeri tutub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalamışdı. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçmişdi. Millimizin üzvü Niderland klubunun heyətində bütövlükdə 31 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Cavid Hüseynov – “Araz-Naxçıvan”ın yeni baş məşqçisi!

16 June 2026 at 15:30

Azərbaycan millisinin sabiq üzvü Cavid Hüseynov Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan”a baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Cavid Hüseynov futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Dəmirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinib. O, məşqçilik fəaliyyətinə “Şamaxı” klubunda başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışmış 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.

Hüseynov “Araz-Naxçıvan”ın sükanı arxasında 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış Andrey Demçekonu əvəz edib. Naxçıvan təmsilçisi ukraynalı mütəxəssisin rəhbərliyi altında mövsümü 46 xalla 6-cı pillədə başa vurub.

Patrik Orfe Mbina daha 3 il “Sabah”da!

16 June 2026 at 15:00

Sloveniyanın “Maribor” klubunun qabonlu mərkəz hücumçusu Patrik Orfe Mbina bundan sonra daha 3 mövsüm “Sabah”da çıxış edəcək.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Sabah” Mbinanın transfer hüquqlarına yiyələnib. 25 yaşlı hücumçunun icarəsi ilə bağlı “Maribor”la bağlanmış müqavilədə nəzərdə tutulmuş transfer bəndi qüvvəyə minib. Qabonlu oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Mbina bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Patrik Orfe Mbina karyerası ərzində ölkəsinin “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalyer” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Qismət Alıyev daha 2 il “Zirə”də!

16 June 2026 at 14:00

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Zirə” kapitanı olan müdafiəçisi Qismət Alıyev ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb.

29 yaşlı cinah müdafiəçisi ilə 2 illik sözləşmə imzalanıb. Onun klubla əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi. Qismət yeni müqaviləyə əsasən, 2028-ci ilin yayına kimi “Zirə”də qalacaq.

Xatırladaq ki, Qismət Alıyev 2020-ci ilin oktyabr ayından Bakı təmsilçisində oynayır. Sağ cinah müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 213 oyunda 15 qola imza atıb, 20 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Qismət daha öncə yalnız yetirməsi olduğu “Qəbələ”nin uğurları üçün çalışıb – 82 oyun, 1 qol, 5 assist. O, Azərbaycan milli komandasında da 21 matça çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Zirə” bu yay Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov və Enrike Kustodio ilə də yeni müqavilə bağlamış, “Sabah”dan ayrılmış Amin Seydiyevi heyətinə qatmışdı. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev isə komandanı tərk ediblər.

Elnur Cəfərov “Şəfa” ilə yeni müqavilə bağladı

16 June 2026 at 13:00

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” Elnur Cəfərov ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı vingerlə 1 illik anlaşmaya imza atılıb. Əvvəlki müqavilənin müddəti bu yay bitirdi.

Elnur Cəfərov 2025-ci ilin yanvarından “Şəfa”nın formasını geyinir. O, Azərbaycan Premyer Liqasına yüksələn komandanın aparıcı üzvlərindən biri olub.

“Xəzər Lənkəran”ın yetirməsi olan Cəfərov karyerası ərzində “Tondela”, “Duqopolye”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Qaradağ Lökbatan”, “Kəpəz”, “İmişli” kimi klublarda da forma geyinib. Elnur Azərbaycanın U-17, U-19, U-21 yığmalarında oynayıb, əsas millimizdə də 1 oyun keçirib.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib, kapitan Tərlan Quliyevlə yeni müqavilə bağlayıb.

Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov və İbrahim Əliyevlə yollarını ayıran paytaxt klubu əvəzində Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev və Məmməd Hüseynovla güclənib.

Avroliqa: “Qarabağ”ın 1-ci təsnifat mərhələsində rəqibi bəlli olur

16 June 2026 at 12:00

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, mərasim UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq.

Püşkatmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.

Ağdam klubunun potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya) komandaları yer alıblar.

Qeyd edək ki, Avroliqada 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da keçiriləcək. Cavab görüşləri isə ayın 16-da baş tutacaq.

“Zirə” üçün Konfrans Liqasında 5 mümkün rəqib

16 June 2026 at 11:00

“Zirə”nin Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək.

Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.

Tədbirə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

“Səpələnmişlər” səbətində yer almış Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqiblərinin ilkin siyahısı belə idi:

“Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Virtus” (San Marino), “Liepaya” (Latviya), “İlves” (Finlandiya), “Konnas-Ki Nomads” (Uels), “Bohemians” (İrlandiya), “Styarnan” (İslandiya), “Europa” (Cəbəllütariq), “İnter” (Turku, Finlandiya), “Malişeva” (Kosovo), “Yelimay” (Qazaxıstan), “Dinamo Siti” (Albaniya), “UNA Strassen” (Lüksemburq), “Hegelmann” (Litva), “Peynbont” (Uels), NSİ (Farer adaları), “Sileks” (Şimali Makedoniya), “Mornar” (Monteneqro), “Qlentoran” (Şimali İrlandiya), “Marsaxlokk” (Malta), “Nomme Kalyu” (Estoniya), “Elbasani” (Albaniya), “Kaernarfon Taun” (Uels), “Mondorf-les-Bayns” (Lüksemburq), “Petrovaç” (Monteneqro).

Amma püşkatmaya bir neçə saat qalmış “Zirə”nin potensial rəqiblərinin sayı azalıb. Belə ki, “qartallar”ın mümkün rəqiblərinin sayı beşə düşüb.

Bunlar “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya) və “Petrovaç”dır (Monteneqro).

Xatırladaq ki, Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da, cavab görüşləri ayın 16-da baş tutacaq.

ÇL: “Sabah” üçün 7 mümkün rəqib

16 June 2026 at 10:00

“Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, ÇL-in yeni mövsümünün ilk təsnifat mərhələsinin püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində təşkil ediləcək.

UEFA-nın mənzil-qərargahında keçiriləcək tədbirə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın “Şemrok Rovers”, Uelsin TNS, İslandiyanın “Vikinqur”, Şimali İrlandiyanın “Larne”, Finlandiyanın “KuPS”, Qazaxıstanın “Kayrat”, Moldovanın “Petrokub”, Estoniyanın “Flora”, Cəbəllüttariqin “Linkoln”, Rumıniyanın “Universitatya”, Farer adalarının “Klaksvik”, Kosovonun “Drita”, Bosniya və Herseqovinanın “Borats” və Latviyanın “Riqa” kollektivləri idi.

Amma püşkatmaya bir neçə saat qalmış təmsilçimizin potensial rəqiblərinin sayı azalıb. Belə ki, “Sabah”ın mümkün rəqibləri yeddiyə düşüb.

Bunlar İrlandiyanın “Şemrok Rovers”, Finlandiyanın “KuPS”, Cəbəllüttariqin “Linkoln”, Latviyanın “Riqa”, Estoniyanın “Flora”, Şimali İrlandiyanın “Larne” və Uelsin TNS klublarıdır.

Xatırladaq ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də, cavab görüşləri isə ayın 14-15-də keçiriləcək.

Qalenoy və Beyzlidən heç-heçəyə şərh

16 June 2026 at 08:00

İran yığmasının baş məşqçisi Əmir Qalenoy dünya çempionatınn qrup mərhələsində Yeni Zelandiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qalenoy matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox gözəl görüş alındı. Məncə, ilk turun ən yaxşı matçı idi. Oyundan razı olsam da, nəticədən razı deyiləm. Qapımıza iki top gəldi, hər ikisi qolla nəticələndi. Bizim isə çox qol imkanlarımız oldu. Amma yararlana bilmədik. ABŞ-yə daha tez gəlməli idik. Amma təəssüf ki, buna imkan vermədilər. Hələ tam uyğunlaşmamışıq. Artıq bir az dincəlməli və bərpa olunmalıyıq. Bu matçı təhlil edəcəyik və zəif cəhətlərimizin üzərində işləyəcəyik”.

Yeni Zelandiya millisinin baş məşqçisi Darren Beyzli isə məhsuldar heç-heçəyə belə şərh verib:

“Oyunçularla son dərəcə fəxr edirəm. Düşünürəm ki, topa sahib olmaqda həqiqətən də çox yaxşı idik və yaxşı müdafiə olunduq. Oyunda çoxlu qol imkanları yaratdıq. İki dəfə üstün olduğumuz oyunu qazana bilmədiyimiz üçün məyusam, iki əla qol vurduq, bəzi anlar yaşadıq ki, bu da həqiqətən yaxşı idi. Bu gecə tarix yazmaq və Dünya Kubokunda bir oyun qazanmaq şansımız var idi. Biz qalib gəlməyə çox yaxın idik”.

Byelsa: “Qalib gəlməli olduğumuz oyunda xal itirdik”

16 June 2026 at 06:00

Uruqvay yığmasının baş məşqçisi Marselo Byelsa dünya çempionatında Səudiyyə Ərəbistanı millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1.

Marselo Byelsa matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarşılaşdığımız rəqib məğlub etməli olduğumuz komanda idi. İlk hissədə bəzən gördük ki, işimizi düzgün qurmamışıq. Bu, qalib gəlməli olduğumuz oyun idi. Düşünürəm ki, qələbə qazana bilməməyimizin səbəbi ən yaxşı oyunumuzu göstərə bilməməyimizdir. Məhz buna görə qalib gələ bilmədik. Birinci hissədə ikinci hissədə oynadığımız kimi oynamaq üçün hər şeyimiz var idi, amma bunu yalnız fasilədən sonra bacardıq.

İkinci hissədə oyun dəyişdi. Daha çox variant yarandı, futbolçular hərəkət etmək, topsuz açılmaq və qol vəziyyətləri yaratmaq imkanı əldə etdilər. Futbolda belə hallar olur. Bəzən az sayda qol epizodu yaradırsan, amma qol vurursan. Bəzən isə çoxlu imkanlar əldə etsən də, bundan yararlana bilmirsən”.

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Georgios Donis isə güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:

“Təşkilatlanmış müdafiə sərgilədiyimizi və oyun planına sadiq qaldığımızı söyləyə bilərəm. Bu matçda qazanılan 1 xal həqiqətən çox dəyərlidir. Növbəti matçlarda da ən azı eyni uğuru təkrarlamağa çalışacağıq”.

DÇ-2026: Yeni Zelandiya İran üzərində qələbəni əldən verdi

16 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İran və Yeni Zelandiya yığmaları üz-üzə gəliblər. Kaliforniya ştatının İnqlvud şəhərində (ABŞ) təşkil edilmiş oyunda qapılara bütövlükdə 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

Oyunda hesabı Okeaniya təmsilçisi açıb. Yeni Zelandiya yığmasının heyətində Elayja Cast 7-ci dəqiqədə fərqlənib. Oyunun 32-ci dəqiqəsində İran millisinin üzvü Ramin Rezayan hesabı bərabərləşdirib. İkinci hissədə Cast dubla imza atsa da, 64-cü dəqiqədə Məhəmməd Mohebi bu qolun əvəzini çıxıb. Beləliklə, gərgin keçən matçda qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu qrupun digər oyununda Belçika Misirlə bərabərə qalıb – 1:1.

DÇ-2026
G qrupu
16 iyun

İran – Yeni Zelandiya 2:2
Qollar: Ramin Rezaeyan, 32. Məhəmməd Mohebi, 64 – Elayja Cast, 7; 54.

DÇ-2026: Uruqvay ilk oyunda məğlubiyyətdən qaçdı

16 June 2026 at 05:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları üz-üzə gəliblər. Mayamidə (ABŞ, Florida) baş tutmuş H qrupunun matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər – 1:1.

Görüşdə hesabı asiyalılar açıblar. 41-ci dəqiqədə Abdulelah Əl-Əmri fərqlənib. Uruqvaylılara 1 xal qazandıran qolu 80-ci dəqiqədə Maksimiliano Arauxo vurub.

Qeyd edək ki, bu qrupun digər matçında İspaniya seçməsi Kabo Verdə ilə qolsuz heç-heçəyə razılaşıb.

DÇ-2026
H qrupu
16 iyun

Səudiyyə Ərəbistanı – Uruqvay 1:1
Qollar: Abdulelah Əl-Əmri, 41 – Maksimiliano Arauxo, 80.

Pyer Saj – “Kristal Pelas”ın yeni baş məşqçisi!

16 June 2026 at 09:00

Fransalı futbol mütəxəssisi Pyer Saj İngiltərə Premyer Liqasında mübarizə aparan “Kristal Pelas” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müddəti daha bir mövsüm uzadılmaq şərtilə iki illik, 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, Pyer Saj son olaraq Fransanın “Lans” komandasını çalışdırıb. Sözügedən komanda 2025/2026-cı illər mövsümündə Liqa 1-də ikinci yeri tutub və UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Lakin fransalı mütəxəssis İngiltərə klubundan aldığı təklifi müsbət dəyərləndirərək “Lans”dan ayrılıb. O, Liqa 1 təmsilçisini bir mövsüm ərzində 40 oyuna çıxarıb, 28 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət görüb. 47 yaşlı məşqçi daha öncə Lion “Olimpik”inə və “Şamberi”yə də rəhbərlik edib.

Saj “Kristal Pelas”ın “sükan arxası”nda avstriyalı futbol mütəxəssisi Oliver Qlasneri əvəz edib. Qlasner “Kristal Pelas”a Avropa Konfrans Liqasını, həmçinin İngiltərə Kubokunu və İngiltərə Super Kubokunu qazandırıb. O, klub tarixinin ən uğurlu məşqçisi olsa da, daha iddialı komanda çalışdırmaq arzusunda olduğu üçün “Kristal Pelas”ı tərk edib.

Oliver Qlasner 2024-cü ilin fevralından “Kristal Pelas”a rəhbərlik edirdi. 51 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 121 oyuna çıxarıb, 53 qələbə, 33 heç-heçə və 35 məğlubiyyət görüb.

Avstriyalı mütəxəssis əvvəllər “Rid”, LASK, “Volfsburq” və “Ayntraxt”da da baş məşqçi kimi çalışıb.

Rudi Qarsiya: “Misirə qalib gələ bilərdik”

16 June 2026 at 02:00

Belçika yığmasının baş məşqçisi Rudi Qarsiya dünya çempionatının qrup mərhələsinin ilk turunda Misirə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sietldə (ABŞ, Vaşinqton) baş tutmuş görüşündə qalib müəyyənləşməyib.

Rudi Qarsiya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Dünya çempionatı kimi turnirin ilk oyunu həmişə çətin olur, xüsusilə də Misir kimi Afrikanın ən güclü yığmalarından birinə qarşı oynayanda. Vacib olan odur ki, biz təslim olmadıq. Ehtiyatdan meydana daxil olan futbolçunun sayəsində hesabı bərabərləşdirə bildik və bu, bütün komandanın nə qədər vacib olduğunu göstərir. Bu, iki çox yaxşı milli komanda arasında baş tutan əla bir oyun idi. Rəqib komanda ilk zərbədən qol vurdu. İkinci hissədə bərabərlik qolunu vurduq. Fikrimcə, qələbə də qazana bilərdik”.

Misir yığmasının baş məşqçisi Hossam Hassan da heç-heçədən sonra komandasının oyununu yüksək qiymətləndirib:

“Futbolçularımla fəxr edirəm. Son iki il ərzində üzərində çalışdığım taktiki ideyaları meydanda necə həyata keçirdiklərindən razıyam. Mən onlara həmişə deyirdim ki, fərqli futbol oynamalıyıq və istənilən komandaya qarşı mübarizə apara bilərik. Bizim üçün ən vacib məqsəd növbəti mərhələyə yüksəlməkdir. Qarşıdakı oyunlarda vəziyyəti daha da yaxşılaşdırmaq şansımız var”.

Qeyd edək ki, bu matçın son dəqiqələrində Misirin futbolçuları Zizonun belçikalı müdafiəçi ilə toqquşmadan sonra yıxıldığı epizoda görə penalti təyin olunmasını tələb etsələr də, onların etirazı qəbul edilməyib. Baş məşqçi həmin epizoda da toxunub:

“Biz qələbəyə çox yaxın idik və həmin epizodda bizim xeyrimizə penalti verilməli idi”.

DÇ-2026: Belçika Misirlə “sülh”ə razılaşdı

16 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Belçika və Misir yığmaları üz-üzə gəliblər. Sietlə (ABŞ, Vaşinqton) təşkil edilmiş G qrupunun matçında qalib müəyyənləşməyib. Afrikalıların heyətində Emam Aşur, Avropa təmsilçisində isə Romelu Lukaku diqqət mərkəzinə düşüb.

Bu qrupun digər oyununda, saat 05:00-da İran Yeni Zelandiya ilə qarşılaşacaq.

DÇ-2026
F qrupu
15 iyun

Belçika – Misir 1:1
Qollar: Romelu Lukaku, 66 – Emam Aşur, 19.

İyunun 16-da daha 3 oyun keçiriləcək. Növbəti oyunların proqramını təqdim edirik:

H qrupu
02:00. Səudiyyə Ərəbistanı – Uruqvay

G qrupu
05:00. İran – Yeni Zelandiya

İ qrupu
23:00. Fransa – Seneqal

Mauritsio Sarri – “Atalanta”nın yeni baş məşqçisi!

16 June 2026 at 00:30

Bu ilin yayında “Latsio” ilə yollarını ayırmış Mauritsio Sarri İtaliya A Seriyasının digər təmsilçisi “Atalanta”ya baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisi məlumat yayıb.

67 yaşlı mütəxəssis yeni klubu ilə 3 illik (2029-cu ilin 30 iyununadək) müqavilə bağlayıb. İtaliyalı mütəxəssis bu postda həmyerlisi Raffaele Palladinonu əvəzləyib.

Xatırladaq ki, Palladino ötən ilin noyabrından Berqamo təmsilçisinə rəhbərlik etməyə başlamışdı. “Atalanta” onun rəhbərliyi altında 2025/2026-cı illər mövsümündə İtaliya A Seriyasını 7-ci pillədə tamamlayıb və Konfrans Liqasında iştirak hüququ qazanıb.

Raffaele Palladino “Atalanta”nı bütövlükdə 39 oyuna çıxarıb. Berqamo təmsilçisi bu görüşlərdə 18 qələbə, 8 heç-heçə görüb, 13 məğlubiyyət yaşayıb.

42 yaşlı italyan mütəxəssis daha öncə “Fiorentina” və “Montsa”ya da rəhbərlik edib.

Mauritsio Sarri isə 2025-ci ilin iyun ayında “Latsio”ya qayıtmışdı. 66 yaşlı mütəxəssisin paytaxt klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. Amma klub rəhbərliyi uğursuz mövsümdən sonra onunla vidalaşmağa qərar vermişdi. Sarri 2021-ci ilin iyun ayından 2024-cü ilin martına kimi də “Latsio”ya rəhbərlik edib.

“Latsio”ya qədər Sarri “Yuventus”, “Çelsi”, “Napoli”, “Empoli”, “Sorrento”, “Alessandriya”, “Qrosseto”, “Peruca”, “Verona”, “Avellino”, “Aresso”, “Peskara”, “Sancovanneze”, “Sansovino” ilə işləyib.

De la Fuente: “Burada zəif rəqib yoxdur”

15 June 2026 at 23:59

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente dünya çempionatında Kabo Verdeyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0

Luis de la Fuente matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Matça yaxşı başladıq və oyun ərzində üstün tərəf olmağa çalışdıq. Bir neçə qol imkanı yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Kabo Verde müdafiədə çox intizamlı çıxış etdi və işimizi çətinləşdirdi. Əlbəttə, qələbə qazanmaq istəyirdik, amma bu nəticədən nəticə çıxarıb yolumuza davam etməliyik.

Bizim əhval-ruhiyyəmiz müsbətdir və inkişaf etmək istəyirik. Meydanda baş verənləri, yaratdığımız çoxsaylı qol vəziyyətlərini nəzərə alsaq, bu günkü oyunda qalib gəlməli idik. Lakin bizə həm fiziki təravət, həm də soyuqqanlılıq çatmadı. İnkişaf etməyə və formamızı daha da yaxşılaşdırmağa davam etməliyik. Növbəti oyuna qədər olan günlərdə əsas məqsədimiz məhz budur.

Rəqib fiziki baxımdan çox güclü idi. Biz bilirdik ki, onlar çox aşağı müdafiə xətti ilə oynayacaq və heyətlərində çox güclü futbolçular var. Buna bizim təravət çatışmazlığımızı da əlavə etsək, ortaya bu mənzərə çıxır. Futbolda belə hallar olur — burada zəif rəqib yoxdur”.

“Biz cəsur oğlanlarıq”

Kabo Verde milli komandasının baş məşqçisi Bubista (Pedro Leytao Brito) isə sensasiyalı heç-heçəni belə şərh edib:

“Bu nəticə ölkəm üçün hər şey deməkdir. Biz çox istəyirdik ki, nəhayət bütün futbol dünyası yığmamızın necə oynadığını görsün. Biz sübut etdik ki, inanılmaz dərəcədə dözümlü bir komandayıq.

Final fitindən sonra qapıçımız Vozinyanın göz yaşları yalnız onu bürüyən güclü emosiyalardan qaynaqlanırdı. Bu nəticə uzun illər davam edən ağır, səbirli və əziyyətli əməyin bəhrəsidir. Biz müdafiədə möhtəşəm və təşkilatlanmış şəkildə oynadıq. Vozinya uzun illərdir milli komandanın formasını geyinir, lakin mən fərdi olaraq hansısa futbolçunu xüsusi vurğulamağı xoşlamıram. O, bu oyunda qapıda sakit və inamlı görünürdüsə, bunun əsas səbəbi qarşısında oynayan bütün futbolçuların meydanda öz işlərini ən yüksək səviyyədə yerinə yetirməsi idi.

Ümumiyyətlə, indi kağız üzərində daha zəif hesab olunan yığmaları təbrik etməyin vaxtıdır. Onlar nəhəng iş görürlər. Dünya futbolunun ümumi səviyyəsi hazırda xeyli dərəcədə bərabərləşib. Yüksək taktiki təşkilatlanma sayəsində planetin ən güclü komandaları ilə bərabər səviyyədə rəqabət aparmaq mümkündür. Bəli, İspaniya topa tam nəzarət edirdi, amma bu, heç də oyunun gedişatına tam nəzarət etdiyi anlamına gəlmir. Əlbəttə, biz özümüz də daha çox hücum etmək istərdik və matçın sonlarına doğru bunu müəyyən qədər bacardıq.

Bununla belə, etiraf etməliyik ki, İspaniya yığması fantastik, ən yüksək səviyyəli komandadır. Və biz yalnız fəxr edə bilərik ki, dünya çempionatındakı debüt oyunumuzda belə bir nəticəyə nail olduq.

Amma bu uğurdan başımız dönmür. Uruqvay çox sərt və sistemli komandadır, lakin biz həmişə öz oyun üslubumuza sadiq qalırıq və ona inanırıq. Qrup mərhələsində bizi daha üç çox çətin qarşılaşma gözləyir, amma biz cəsur oğlanlarıq. İspaniya kimi rəqiblə heç-heçə etmək bizə daha çox psixoloji sabitlik və öz gücümüzə inam verir. İndi biz praktikada bilirik ki, istənilən rəqiblə bu qədər yüksək səviyyədə rəqabət apara bilərik. Məhz bunu bütün dünyaya sübut etmək istəyirdik”.

CAS “Turan Tovuz”un bütün ümidini puç etdi

15 June 2026 at 23:30

İdman Arbitraj Məhkəməsi (CAS) UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılmış “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, qurum UEFA Appelyasiya Orqanının qərb təmsilçisi haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.

15 iyun tarixində verilmiş qərara əsasən, “Turan Tovuz” Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə iştirak etməyəcək. Tovuz klubu son ümid yeri kimi CAS-a müraciət ünvanlasa da, burada da istəyinə çata bilməyib. Bu üzdən də sözügedən komandanı avrokuboklarda “Zirə” əvəz edəcək.

Beləliklə, 2026/2027-ci illər mövsümündə “Neftçi” Azərbaycanı Konfrans Liqasının 2-ci, “Zirə” isə 1-ci təsnifat mərhələsində təmsil edəcək.

Xatırladaq ki, 2019-cu ildə Birinci Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar “Turan Tovuz”un 7 futbolçusu – Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. UEFA da məhz bunu əsas götürərək Tovuz klubunu bu mövsüm avrokuboklara buraxmaq istəməyib.

“Şəfa” Seymur, İbrahim və Elvinlə də vidalaşdı

15 June 2026 at 23:00

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi Seymur Rəhimov, yarımmüdafiəçi Elvin İsmayılov və hücumçu İbrahim Əliyevin müqavilələrinin müddəti başa çatıb. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, daha öncə qapıçı Əli Həsənli, müdafiəçilər Zahid Mərdanov, Hüseyn Mürsəlov, yarımmüdafiəçilər Emin Zamanov və Aqil Nəsibov, hücumçu Amir Ebrahimzadenin də bu komandanı tərk etdiyi rəsmən elan edilmişdi.

“Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Məmmədov Hüseynov və Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi, həmçinin “Şamaxı”dan Arsen Ağcabəyovu, “Qəbələ”dən Murad Musayev transfer edib. Kapitan Tərlan Quliyevlə də yeni müqavilə imzalanıb.

DÇ-2026: İspaniya Kabo Verde ilə bacarmadı

15 June 2026 at 22:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında DÇ-2026-nın favoritlərindən hesab edilən İspaniya yığması Kabo Verde millisi ilə üz-üzə gəlib. Atlantada (ABŞ, Corciya) təşkil edilmiş H qrupunun matçında sürpriz nəticə qeydə alınıb.

İspaniya millisinin üstünlüyü şəraitində keçən matçda hesab açılmayıb. Bununla da Kabo Verde seçməsi tarixində ilk dəfə qatıldığı dünya çempionatında ilk xalını qazanıb.

Qeyd edək ki, bu qrupun digər oyunu bu gecə keçiriləcək. Bakı vaxtı ilə saat 02:00-da Səudiyyə Ərəbistanı Uruqvayla qarşılaşacaq.

DÇ-2026
F qrupu
15 iyun

İspaniya – Kabo Verde 0:0

Niderland millisi DÇ-də unikal nailiyyətə imza atdı

15 June 2026 at 21:00

Futbol üzrə Niderland millisi dünya çempionatları tarixində maraqlı və bir o qədər də unikal bir göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, “narıncılar” dünya çempionatlarının qrup mərhələsinin ilk turunda keçirdiyi heç bir oyunda məğlub olmayıblar.

Niderland millisi bu göstəricidə 10 matçda 7 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.

Komanda son olaraq iyunun 14-də DÇ-2026-nın 1-ci turunda Yaponiya millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Niderland millisinin 34 yaşlı müdafiəçisi Vircil van Deyk isə dünya çempionatlarında öz ölkəsinin heyətində qol vuran ən yaşlı ikinci futbolçu olub. Yaponiya yığması ilə oyun (2:2) zamanı Van Deyk 34 yaş 341 günündə olub. Matçın 50-ci dəqiqəsində futbolçu başla topu tora göndərərək hesabı açıb.

Niderland millisinin heyətində qol vuran ən yaşlı oyunçu isə Covanni van Bronkhorstdur. O, Cənubi Afrikada keçirilmiş DÇ-2010-un Uruqvayla yarımfinal matçının (3:2) 18-ci dəqiqəsində fərqlənib. Həmin vaxt o, 35 yaş 151 günündə olub.

Xatırladaq ki, Vircil van Deyk həmçinin Yaponiya ilə qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.

Mark Kukurelya “Real”da – Rəsmi

15 June 2026 at 20:00

İngiltərənin “Çelsi” klubunun sol cinah müdafiəçisi Mark Kukurelya bundan sonra İspaniya nəhəngi “Real”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Madrid klubunun rəsmi saytına istinadən xəbər verir.

27 yaşlı ispan futbolçu yeni klubu ilə 6 illik (2032-ci ilədək) müqavilə bağlayıb. “Real” bu keçid üçün “Çelsi”yə 55 milyon avro təzminat ödəyib.

Mark Kukurelya “Espanyol” və “Barselona”nın futbol məktəblərini keçib. Kukurelya vaxtilə “blauqrana”da cəmi 1 oyun keçirib. Kukurelya İspaniyada “Xetafe” və “Eybar”ın da formasını geyinib. 2021-ci ildə “Xetafe” Kukurelyanı 18 milyon avro məbləğ müqabilində “Brayton”a satıb. 2022-ci ilin avqustunda isə “Çelsi” 65,3 milyon avro məbləğ ödəməklə ispan müdafiəçini heyətinə qatıb.

Kukurelyanın “zadəganlar”la 2028-ci ilin iyuna qədər müqaviləsi vardı. O, “zadəganlar”ın heyətində 163 oyuna çıxıb, 9 qol vurub, 13 məhsuldar ötürmə verib.

Mark Kukurelya 2021-ci ilin iyun ayında debüt etdiyi İspaniya yığmasının heyətində 25 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Kukurelya “qırmızı qəzəb”lə AÇ-2024-ün qalibi olub. Kukurelya 2021-ci ildə İspaniyanın Olimpiya yığmasının heyətində Olimpiadanın da qalibi olub. Müdafiəçinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Kral Kuboku (2017/2018), “Çelsi” ilə qazandığı Konfrans Liqası (2024/2025) və FİFA Klub Dünya Kuboku (2025) da var.

“Transfermarkt” internet-portalı 27 yaşlı ispan müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

U-19 millimiz Monteneqro, Serbiya və Farer adalarına qarşı

15 June 2026 at 19:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) Avropa çempionatının 2-ci seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, bu gün Avropa çempionatının 2026/2027-ci illər mövsümü üzrə 2-ci seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə Azərbaycan yığmasının da rəqibləri bəlli olub. B Liqasının 1-ci qrupunda yer almış U-19 millimiz Serbiya, Monteneqro və Farer Adaları yığmaları ilə mübarizə aparacaq.

Avropa çempionatının 2-ci seçmə turunda qrup mərhələsinin oyunları 11-17 noyabrda Serbiyada təşkil ediləcək.

Almaniya millisi – DÇ-lərdə ən çox qol vuran komanda!

15 June 2026 at 17:00

ABŞ, Kanada və Meksikada təşkil edilmiş dünya çempionatına möhtəşəm başlamış Almaniya millisi mundialların tarixinə düşüb.

Arena.az xəbər verir ki, DÇ-2026-nın E qrupunun ilk turunda Kurasao yığmasını 7:1 hesabı ilə məğlub etmiş “bundestim” yeni rekord müəyyənləşdirib.

Bu qarşılaşmadan sonra almanlar dünya çempionatlarının final mərhələlərində vurduqları qolların sayını 239-a çatdırıblar. Bununla da onlar uzun illər rekordun sahibi olan Braziliya millisini (238 qol) geridə qoyublar.

Beləliklə, Almaniya millisi mundiallar tarixində ən çox qol vuran yığma komanda olub.

Xatırladaq ki, Almaniya milli komandasını yer aldığı E qrupunda Kot-d’İvuar və Ekvador yığmaları ilə də oyunlar gözləyir. Almanların növbəti görüşü iyunun 20-də Kot-d’İvuar yığması ilə olacaq. Hansı ki, bu komanda startda Ekvadoru 1:0 hesabı ilə məğlub edib.

Məmməd Hüseynov “Şəfa”da!

15 June 2026 at 17:00

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” heyətini “Kəpəz”dən ayrılan Məmməd Hüseynov ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent kimi keçib.

2024-cü ilin yayından “Kəpəz”də çıxış edən 27 yaşlı qolkiper ötən mövsüm Azərbaycan Premyer Liqasında cəmi 7 matçda meydana çıxıb. O, Gəncə klubunun heyətində bütövlükdə 17 oyuna çıxıb, 31 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

Məmməd Hüseynov daha öncə “Qarabağ” və “Zirə”də də çıxış edib.

Xatırladaq ki, “Şəfa” Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov və Murad Musayevi də heyətinə qatmışdı. Tərlan Quliyevlə yeni müqavilə bağlamış paytaxt klubu Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Amir Ebrahimzade və Aqil Nəsibovla da yollarını ayırıb.

Məmməd Hüseynov “Kəpəz”i tərk etdi

15 June 2026 at 16:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” ehtiyat qapıçısı olan Məmməd Hüseynov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti başa çatan qapıçı komandanı tərk edib. 2024-cü ilin yayından “Kəpəz”də çıxış edən 27 yaşlı qolkiper ötən mövsüm Azərbaycan Premyer Liqasında cəmi 7 matçda meydana çıxıb. O, Gəncə klubunun heyətində bütövlükdə 17 oyuna çıxıb, 31 qol buraxıb, 1 matçda qapısını toxunulmaz saxlayıb.

Məmməd Hüseynov daha öncə “Qarabağ” və “Zirə”də də çıxış edib.

Xatırladaq ki, bu yay fasiləsində müdafiəçi Rauf Hüseynli də “Kəpəz”dən ayrılmışdı. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska isə Gəncə klubu ilə yeni müqaviləyə imza atıb.

Murad Məmmədov rəsmən “Pafos”da!

15 June 2026 at 15:00

Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin sağ vingeri Murad Məmmədov Kiprin “Pafos” klubu ilə rəsmi müqaviləyə imza atıb.

Arena.az bu barədə Kipr klubunun rəsmi saytına istinadən xəbər verir.

“Pafos” Muradın transferini bu gün rəsmən açıqlayıb. 20 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalandığı diqqətə çatdırılıb.

2006-cı il aprelin 26-da anadan olmuş Murad “Pafos”a “Neftçi”dən keçib. Klubun açıqlamasında bildirilib ki, gənc yaşına baxmayaraq, futbolçu artıq həm ölkədaxili, həm də beynəlxalq səviyyədə dəyərli təcrübə qazanıb və Azərbaycan futbolunun ən perspektivli istedadlarından biri hesab olunur.

“Pafos”un bəyanatında bu transferin klubun gənc istedadlara yatırım etmək, gələcəyi qurmaq və futbol fəlsəfəsinə uyğun inkişaf potensialı olan oyunçularla heyəti gücləndirmək strategiyasının bir hissəsi olduğu vurğulanıb.

Klub sonda Muradı Kiprdə salamlayaraq ona yeni komandasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2024/2025-ci illər mövsümündən etibarən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan Murad Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-17, U-18 və U-19 yığmalarında da oynamış Murad 2025-ci ildən U-21-də forma geyinir. O, gənclərdən ibarət milli komandamızın heyətində 11 matçda meydana çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

“Pafos”a gəlincə, bu komanda Kipr çempionatının geridə qalmış mövsümünü 62 xalla 4-cü pillədə başa vurub və ölkə kubokunun qalibi olub.

Con Makqinn – Şotlandiya millisininn DÇ-də yeni rekordçusu!

15 June 2026 at 14:00

İngiltərənin “Aston Villa” klubunun mərkəz yarımmüdafiəçisi Con Makqinn Şotlandiya yığmasının heyətində yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, bunu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdıqları Haiti ilə matçda (1:0) fərqlənməklə bacarıb.

Makqinn Şotlandiya yığmasının mundiallarda qol vuran ən yaşlı oyunçusu olub – 31 yaş 238 gün.

Xatırladaq ki, əvvəlki rekord 1982-ci ildə keçirilmiş dünya çempionatında 31 yaş 103 günlüyündə Yeni Zelandiyaya qol vurmuş əfsanəvi Kenni Dalqlişə məxsus idi.

Xatırladaq ki, Con Makqinn Şotlandiyanın “Sent Mirren” klubunun yetirməsidir. Ölkəsində “Hibernian”ın da şərəfini qorumuş futbolçu “Aston Villa”ya 2018-ci ildə 3,1 milyon avro müqabilində keçib. O, Premyer Liqa təmsilçisinin heyətində bütövlükdə 329 oyun keçirib, 40 qol vurub, 48 assist müəllifi olub.

Makqinn 2016-cı ildə debüt etdiyi Şotlandiya yığmasının heyətində 87 oyun keçirib, 21 qola imza atıb, 11 məhsuldar ötürmə verib.

Nagelsman və Advokat tarixə düşdülər, Kurasao rekordçu oldu

15 June 2026 at 13:00

DÇ-2026-nın qrup mərhələsinin Almaniya – Kurasao matçı baş məşqçilər Yulian Nagelsman və Dik Advokat üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, sözügedən komandaların Hyustonda (ABŞ, Texas) baş tutmuş görüşündə almanlar 7:1 hesablı qələbəyə seviniblər.

Almanların baş məşqçisi Yulian Nagelsmanla Kurasao millisinə rəhbərlik edən Dik Advokat isə dünya çempionatlarının tarixinə düşüblər. Belə ki, Nagelsman mundiallarda meydana komanda çıxarmış ən gənc, Advokat isə ən yaşlı baş məşqçi olub. Oyun günündə Nagelsman 38 yaş 326-cı günlük, Advokat isə 78 yaş 260 günlük olub.

Dünya çempionatlarında debüt edən Kurasao millisi də dünya çempionatında yeni rekord müəyyənləşdirib. Belə ki, sözügedən milli dünya çempionatlarında əhali sayına və ərazi sahəsinə görə qol vuran ən kiçik ölkənin komandası olub və İslandiyaya məxsus rekordu yeniləyib. Kurasao millisinin yeganə qolunu 21-ci dəqiqədə Livano Komenensiya vurub.

Qeyd edək ki, daha əvvəl bu rekord İslandiya yığmasına məxsus idi. Təxminən 350 min əhalisi olan ölkənin komandası DÇ-2018-də fərqlənmişdi. Kurasaonun ərazisi 444 kvadratmetr, əhalisinin sayı isə 186 min nəfərdir. Bir sözlə, bu ölkənin ərazisi təxminən Bakı şəhərinin yarısından da kiçikdir. Əhalisinin sayı isə təxminən Azərbaycanın orta ölçülü rayonlarından biri qədərdir.

Manuel Noyer – Almaniya millisinin ən yaşlısı!

15 June 2026 at 12:00

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Kurasao ilə oyunda start heyətdə meydana çıxıb.

Arena.az xəbər verir ki, bununla da o, Avropa və dünya çempionatlarında oynamış ən yaşlı almaniyalı futbolçuya çevrilib.

Hazırda Noyer 40 yaş 79 günlüyündədir. Bundan əvvəl, milli komandanın böyük turnirlərdə ən yaşlı oyunçusu 39 yaş 91 günlüyündə AÇ-2000-də Portuqaliya yığmasına qarşı oyunda iştirak etmiş Lotar Matteus idi.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 598 oyun, 499 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 13 dəfə Almaniya çempionu, 7 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Noyer 2009-cu ilin iyununda debüt etdiyi Almaniya yığmasının heyətində ümumilikdə 125 oyun keçirib, 119 qol buraxıb, 50 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Niderland millisi məğlubiyyətsiz seriyasını 13-ə çatdırdı

15 June 2026 at 11:00

Futbol üzrə Niderland millisi dünya çempionatlarının final mərhələsindəki məğlubiyyətsizlik seriyasını 13 matça çatdırıb.

Arena.az xəbər verir ki, Niderland milli komandası ötən gün dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin ilk turu çərçivəsində Yaponiya ilə qarşılaşıb.

Tərəflər bu oyundan məhsuldar heç-heçə (2:2) ilə ayrılıblar. Nəticədə “portağallar” mundiallardakı məğlubiyyətsizlik seriyasını 13 matça çatdırıblar.

B, komandanın sözügedən turnirdə 1965/1966 mövsümündən bəri qeydə alınmış ən uzun seriyasıdır.

Niderland millisi sonuncu dəfə dünya çempionatında 2010-cu ilin final matçında İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Niderland milli komandası iyunun 20-də İsveç yığması ilə qarşılaşacaq. Bu qrupda Tunis yığması da yer almaqdadır.

ABŞ, Kanada və Meksikanın birgə evsahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.

Qrem Potter: “Tunisə daha çox qol vura bilərdik”

15 June 2026 at 10:00

İsveç millisinin baş məşqçisi Qrem Potter dünya çempionatının qrup mərhələsi çərçivəsində Tunis yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş İsveç – Tunis oyunu Avropa təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrem Potter oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm oyun idi. Beş qol vurduq, meydanda çox bütöv və möhkəm göründük. Hətta daha çox qol vura bilərdik. Bütün təriflər oyunçularıma məxsusdur. Onlar fantastik idilər. Təbii ki, hələ də inkişaf etdirilməli olan məqamlar var və bu da bizim üçün vacibdir. Lakin bu gecə qələbənin dadını çıxaracağıq, sonra isə bərpa olunub növbəti oyuna hazırlaşacağıq”.

Tunis yığmasının baş məşqçisi Sabri Lyamuşi isə fərdi xətalara görə cəzalandırıldıqlarını söyləyib:

“Bu, çox böyük bir məğlubiyyətdir. Buraxılan qollara və fərdi səhvlərə nəzər salsaq, bu səviyyədə fərdi xətalar etdiyiniz zaman dərhal cəzalandırılırsınız. Fəsadlar göz qabağındadır. Rəqib çox güclü hücum xəttinə sahib idi və hər bir boşluqdan maksimum istifadə etdi. İndi dərhal bu oyundan dərslər çıxarmalıyıq. Qrupda hələ iki qarşılaşmamız var və mübarizəni davam etdirmək üçün bu səhvləri təcili şəkildə aradan qaldırmalıyıq”.

DÇ-2026: İsveç darmadağınla başladı

15 June 2026 at 09:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İsveç və Tunis yığmaları üz-üzə gəliblər. Monterreydə keçirilmiş F qrupunun matçında avropalılar 5:1 hesablı qələbəyə seviniblər. İsveçin qollarını dubla imza atmış Yasin Ayari, Aleksandr İsak, Viktor Dyökereş və Mattias Svanberq vurublar. Tunisin yeganə qolu Omar Rekikin aktivinə yazılıb.

Qeyd edək ki, bu qrupun Niderland – Yaponiya oyunu 2:2 hesabı ilə yekunlaşıb.

DÇ-2026
F qrupu
15 iyun

İsveç – Tunis 5:1
Qollar: Yasin Ayari, 7; 90+6. Aleksandr İsak, 30. Viktor Dyökereş, 59, Mattias Svanberq, 86 – Omar Rekik, 43.

Emerse Fae: “Komandanın göstərdiyi xarakterdən razıyam”

15 June 2026 at 07:00

Kot-d’İvuar millisinin baş məşqçisi Emerse Fae dünya çempionatının qrup mərhələsində Ekvador yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş Kot-d’İvuar – Ekvador oyunu Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Emerse Fae oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Ekvador çox keyfiyyətli komandadır və bunu oyunun gedişində gördük. Futbolçularım matç ərzində diqqətli oynadılar və oyun planına sadiq qaldılar. Səbirli olmağımız vacib idi və sonda bunun bəhrəsini gördük. Qələbədən və komandanın göstərdiyi xarakterdən razıyam. Turnirə uğurlu başlamaq bizim üçün böyük əhəmiyyət daşıyır”.

Ekvador millisinin baş məşqçisi Sebastian Bekkaseçe də məğlubiyyətə baxmayaraq, matçdan razı qaldığını bildirib:

“Komandamın mübarizəsindən razı qalsam da, nəticə bizi məyus etdi. Oyunda qol vurmaq üçün kifayət qədər imkan yaratdıq, lakin son nöqtəni qoya bilmədik. Belə səviyyəli turnirlərdə buraxılan kiçik səhvlər baha başa gəlir. İndi bu matçı unutmalı və növbəti qarşılaşmaya köklənməliyik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərə biləcəyimizə inanıram”.

DÇ-2026: Ekvador ilk oyunda məğlub oldu

15 June 2026 at 05:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Kot-d’İvuar və Ekvador yığmaları üz-üzə gəliblər. Filadelfiyada (ABŞ) keçirilmiş E qrupunun matçında cəmi bir qol qeydə alınıb. Oyun Kot-d’İvuar yığmasının qələbəsi ilə yekunlaşıb. Aftika təmsilçisi qələbə qolunu 90-cı dəqiqədə vurub. “Mançester Yunayted”in hücumçusu Amad Diallo diqqət mərəzinə düşüb.

Xatırladaq ki, qrupun ilk matçında Almaniya ilə Kurasao yığmaları üz-üzə gəliblər. Qarşılaşma Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Kot-d’İvuar seçməsi 2-ci turda, iyunun 20-də Almaniya, 3-cü turda isə Kurasao (25 iyunda) ilə qarşılaşacaq. Ekvador millisi isə 2-ci turda Kurasao (21 iyun), 3-cü turda Almaniya (25 iyun) ilə üz-üzə gələcək.

DÇ-2026
E qrupu
15 iyun

Kot-d’İvuar – Ekvador 1:0
Qol: Amad Diallo, 90.

Kuman: “Qələbəni əldən vermək məyusedicidir”

15 June 2026 at 03:00

Niderland millisinin baş məşqçisi Ronald Kuman dünya çempionatının qrup mərhələsində Yaponiya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş Niderland – Yaponiya matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Ronald Kuman matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Matça yaxşı başladıq və oyuna nəzarət bizdə idi. Lakin ikinci hissədə ritmi bir qədər itirdik və bu da rəqibə hesabı bərabərləşdirmək imkanı verdi. Yaponiya yaxşı təşkil olunmuş komandadır və bunu meydanda göstərdi. Qələbəni əldən vermək məyusedicidir, amma komandanın ümumi performansında müsbət məqamlar da var”.

Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu isə bərabərliyi belə şərh edib:

“Çətin oyun oldu. İlk hissədə rəqib üstünlük qazansa da, futbolçularım mübarizədən qopmadılar. İkinci hissədə göstərilən reaksiya və bərabərlik qolu komandanın xarakterini göstərdi. Güclü rəqibə qarşı geridönüş etmək bizim üçün vacib idi və bu nəticə bizə inam verir”.

DÇ-2026: Niderland – Yaponiya matçında heç-heçə

15 June 2026 at 02:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Niderland və Yaponiya yığmaları üz-üzə gəliblər.
Arlinqtonda (ABŞ, Texas) keçirilən F qrupunun matçında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.

Avropa təmsilçisinin heyətində Vircil van Deyk və Krisensio Sammervill fərqləniblər. Asiyalıların qollarını isə Keito Nakamura və Daiçi Kamada vurublar.

Bu qrupun digər oyunu bu gün İsveç və Tunis komandaları arasında keçiriləcək.

DÇ-2026
F qrupu
15 iyun

Niderland – Yaponiya 2:2
Qollar: Vircil van Deyk, 50. Krisensio Sammervill, 64 – Keito Nakamura, 57. Daiti Kamada, 88.

Növbəti oyunların afişası:

E qrupu
03:00. Kot-d’İvuar – Ekvador

F qrupu
06:00. İsveç – Tunis

H qrupu
20:00. İspaniya – Kabo Verde

G qrupu
23:00. Belçika – Misir

Nagelsman: “Bunu bacardığımız üçün sevinirik”

15 June 2026 at 01:00

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman dünya çempionatının qrup mərhələsində Kurasao yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş Almaniya – Kurasao matçında Avropa təmsilçisi 7:1 hesablı qələbəyə sevinib.

Nagelsman matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqib hesabı bərabərləşdirəndən sonra oyuna yenidən tam nəzarəti ələ almağımız üçün bir neçə dəqiqə lazım oldu. Kurasao da yaxşı futbol oynaya bilir, bunu gördük və qrupun növbəti mərhələsində onların necə çıxış edəcəyini maraqla izləyəcəyəm. Yeddi qol vurmağımızdan və ümumilikdə göstərdiyimiz oyundan çox razıyam. Turnirə qələbə ilə başlamaq həmişə vacibdir. Bunu bacardığımız üçün sevinirik”.

Kurasao yığmasının baş məşqçisi Dik Advokat isə uduzduqları görüşü belə şərh edib:

“Dünyanın ən güclü komandalarından birinə qarşı oynayırdıq. Hesab ağır olsa da, futbolçularım utanmalı deyillər. Bəzi qolları çox asan buraxdıq və belə səhvlər Almaniya kimi rəqib tərəfindən dərhal cəzalandırılır. Qarşıda hələ iki oyunumuz var və biz bu dünya çempionatından zövq almağa davam etməliyik. Hələ də özümüzü göstərmək və müsbət nəticələr qazanmaq şansımız var. Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”.

“Turan Tovuz” hazırlığa Ankarada start verdi

14 June 2026 at 23:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bürünc mükafatçısı “Turan Tovuz” yay təlim-məşq toplanışına start verib.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, komanda bu gün hazırlığın ilk mərhələsinə start verib. Komanda Ankaranın Qızılcahamam bölgəsində məskunlaşıb. Tovuz təmsilçisinin Türkiyə toplanışı düz bir – iyulun 14-nə qədər davam edəcək.

Xəbərdə o da vurğulanır ki, hazırlıq prosesinin növbəti mərhələləri və yoxlama oyunları haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Turan Tovuz” ötən mövsüm 33 oyuna topladığı 59 xalla Premyer Liqada 3-cü yeri tutub. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 17 qələbə qazanıb, 8 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Əyalət təmsilçisi reqlamentə əsasən Avropa Konfrans Liqasına vəsiqə qazansa da, məlum səbəblərdən avrokuboklardan kənarlaşdırılıb.

Voleybol millimiz İspaniyaya məğlub oldu

14 June 2026 at 23:30

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa Liqasının cari mövsümündə növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya yığması ilə üz-üzə gəlib.

İspaniyada təşkil edilmiş ikinci turun son matçında ev sahibi olan komanda qalib gəlib. Millimiz bu görüşdə 1:3 hesabı ilə məğlub olub.

Beləliklə, millimiz ikinci turu bir qələbə və bir məğlubiyyətlə başa vurub. Bu mərhələdə yığmamız Şimali Makedoniya (3:0) və İspaniya (1:3) milliləri ilə qarşılaşıb.

Qeyd edək ki, üçüncü turun oyunları 19-21 iyun tarixlərində Şimali Makedoniyada keçiriləcək. Bu mərhələdə voleybol yığmamızın rəqibləri İsrail və İsveçrə yığmaları olacaq.

Avropa Liqası (qadınlar)
14 iyun

İspaniya – Azərbaycan 3:1 (25:19, 22:25, 25:19, 25:23)
İspaniya, Alikante.

DÇ-2026: Almaniya millisi 7:1-lə başladı

14 June 2026 at 23:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Almaniya və Kurasao yığmaları üz-üzə gəliblər. Hyustondakı (ABŞ, Texas) NRG stadionunda keçirilən E qrupunun matçında avropalılar 7:1 hesablı qələbəyə seviniblər.

Bundestimin qollarını Feliks Nmeça, Niko Şlotterbek, Kay Haverts, Camal Musiala, Nataniel Braun və Deniz Undav vurublar. Dünya çempionatının debütantlarından olan Kurasaonun yeganə qolunu isə Livano Komenensiya vurub.

Bu qrupun digər oyunu bu gecə saat 03:00-da Kot-d’İvuar və Ekvador komandaları arasında keçiriləcək. Bu oyundan öncə isə Niderland – Yaponiya görüşü baş tutacaq. Sözügedən qarşılaşmaya düz bir saat sonra (00:00) start veriləcək.

DÇ-2026
E qrupu
14 iyun

Almaniya – Kurasao 7:1
Qollar: Feliks Nmeça, 6. Niko Şlotterbek, 38. Kay Haverts, 45+5-pen; 88. Camal Musiala, 47. Nataniel Braun, 68. Deniz Undav, 78 – Livano Komenensiy, 21.

Məhəmməd Muradlı beynəlxalq turnirdə birinci oldu

14 June 2026 at 22:00

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Özbəkistanda təşkil edilmiş “UzChess Cup” ənənəvi beynəlxalq turnirinin qalibi olub.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Özbəkistanda təşkil olumuş ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır. Son tur ərəfəsində “Challenge” bölməsində qalib məlum olub.

Səkkiz turda maksimum xal toplamış Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan Məhəmməd sabah son turda Özbəkistan şahmatçısı Cahongir Vaxidovla mübarizə aparacaq. Amma Muradlı bu görüşün nəticəsindən asılı olmayaraq, yarışda birinci pilləni qoruyacaq.

Formula 1: Hamilton 2 illik həsrəti bitirdi

14 June 2026 at 20:00

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (7-ci qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Barselonada təşkil olunub.

Bundan əvvəlki Yaponiya, Çin, Mayami, Kanada və Monako qran-prilərində qalib olmuş “Mersedes”in gənc pilotu Kimi Antonellinin qələbə seriyası qırılıb. O, bu yarışda sona 4 dövrə qalmış texniki səbəblərindən yarışı dayandırıb.

Barselona-Kataloniya qran-prisi Lyuis Hamiltonun qələbəsi ilə yekunlaşıb. Bununla da britaniyalı sürücü “Ferrari”nin heyətində ilk qələbəsini qazanıb. Hamilton sonuncu dəfə 2 il əvvəl Belçikada birinci olmuşdu.

Barselonada ikinci yeri “Mersedes”in digər sürücüsü Corc Rassel tutub. 3-cü yerdə isə daha bir britaniyalı Lando Norris qərarlaşıb.

Qeyd edək ki, 1968-ci ildən sonra ilk dəfə fəxri kürsüdə 3 britaniyalı pilot olub.

Bu mərhələdən sonra Hamiton Antonelli ilə fərqi 41 xala endirib.

Beləliklə, geridə qalmış 7 mərhələdən sonra Kimi Antonelli 156 xalla vahid liderdir. İkinci yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (115) qərarlaşıbsa, ilk üçlüyü Kimi Antonellinin komanda yoldaşı Corc Rassel (106) qapayır.

Mühəndislər Kubokunda “Mersedes” 262 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 190 xalla ikinci, “Maklaren” isə 141 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 7-ci qran-prisi Barselonada keçiriləcək. Bu yarış iyunun 14-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 156
  2. Luis Hamilton (Ferrari) – 115
  3. Corc Rassell (Mersedes) – 106
  4. Şarl Lekler (Ferrari) – 75
  5. Lando Norris (Maklaren) – 73
  6. Oskar Piastri (Maklaren) – 63
  7. Maks Ferstappen (Red Bull) – 55
  8. Pyer Qasli (Alpin) – 41
  9. İsak Hacar (Red Bull) – 34
  10. Liam Louson (Rasinq Bulls) – 28
  11. Oliver Berman (Haas) – 18
  12. Franko Kolapinto (Alpin) – 16
  13. Arvid Linblad (Rasinq Bulls) – 13
  14. Karlos Sayns (Uilyams) – 6
  15. Aleksander Albon (Uilyams) – 5
  16. Esteban Okon (Haas) – 3
  17. Qabriel Bortoleto (Audi) – 2
  18. Fernando Alonso (Aston Martin) – 1
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Serxio Peres (Kadillak) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 262
  2. Ferrari – 190
  3. Maklaren – 141
  4. Red Bull – 89
  5. Alpin – 57
  6. Rasinq Bulls – 41
  7. Haas – 21
  8. Uilyams – 11
  9. Audi – 2
  10. Aston Martin – 1
  11. Kadillak – 0

Ceyhun Bağırzadə “Şamaxı”da – Rəsmi

14 June 2026 at 21:00

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandasının mərkəz müdafiəçisi Ceyhun Bağırzadə bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Əyalət təmsilçisi yeni mövsümün heyətini formalaşdırmaq üçün transfer çalışmalarını davam etdirir. “Şamaxı” bu dəfə Ceyhun Bağırzadəni transfer edib. Azərbaycan U-21 millisinin üzvü növbəti iki mövsümü məhz bu komandada keçirəcək.

Ceyhun Bağırzadə “Neftçi”nin yetirməsidir. O, “Qəbələ”nin əvəzedici komandasına keçənə qədər “Karvan”da da forma geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Uğur Cahangirov, Emin Rüstəmov və Sənan Muradlını da heyətinə qatmışdı. Abdulla Seydəhmədov və Həbib İsmayılovla da yeni müqavilə bağlanmışdı. Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov, Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov, Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike, Ravil Qafarov və Dioqo Balau isə komandanı tərk ediblər.

Arda Turan – Ukraynada mövsümün ən yaxşı məşqçisi!

14 June 2026 at 14:00

Donetsk “Şaxtyor”unu çalışdıran Arda Turan Ukrayna Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı məşqçisi adına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Klublar arasında keçirilən ənənəvi sorğunun nəticələrinə əsasən, birinci yeri türkiyəli mütəxəssis tutub. İkinci pillədə LNZ-nin çalışdırıcısı Vitali Ponomaryov qərarlaşıb. İlk üçlüyü isə “Polissye”nin baş məşqçisi Ruslan Rotan tamamlayıb.


Xatırladaq ki, Arda Turan 2025/2026-cı illər mövsümündə “Şaxtyor”u Ukrayna çempionu edib. Bundan başqa, komanda Avropa Konfrans Liqasında yarımfinala qədər irəliləyib.

Arda 2025-ci ilin iyul ayından “Şaxtyor”a rəhbərlik edir. 39 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 51 oyuna çıxarıb, 32 qələbə, 11 heç-heçə, 8 məğlubiyyət görüb.

Türkiyəli məşqçi “Şaxtyor”dan öncə vətənində “Eyüpspor”u da çalışdırıb.

Kristian Avram yenidən “Petrokub”da!

14 June 2026 at 13:00

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”dan ayrılmış moldovalı qapıçı Kristian Avram özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, təcrübəli qolkiper bundan sonra ölkəsində çıxış edəcək.

O, keçmiş klublarından olan “Petrokub”la müqavilə imzalayıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, “Petrokub” 2025/2026-cı illər mövsümündə Moldova çempionu olub və UEFA Çempionlar Liqasında çıxış edəcək.

Kristian Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edirdi. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 102 oyuna 128 qol buraxıb, 32 “quru” matç keçirib.

Moldova yığmasının üzvü daha öncə də “Petrokub”da çıxış edib. O, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.

Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 16 oyuna çıxıb. O, bu oyunlarda 39 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

Sezar Henrike “Şamaxı”nı Ermənistan klubuna dəyişdi

14 June 2026 at 12:00

2025/2026-cı illər mövsümü bitən kimi “Şamaxı”dan ayrılmış Sezar Henrike Dias Santos bundan sonra karyerasını Ermənistanda davam etdirəcək.

Arena.az xəbər verir ki, braziliyalı müdafiəçi “Alaşkert”lə müqavilə imzalayıb.

Bu barədə Ermənistan klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə razılaşıblar.

Xatırladaq ki, Sezar Henrike Dias Santos 2025-ci ilin iyul ayından formasını geyindiyi “Şamaxı”da cəmi 33 oyun keçirib. Mərkəz müdafiəçisi bu görüşlərdə 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. Onun Azərbaycan klubu ilə müqaviləsinin müddəti bu yay çatmışdı və tərəflər yeni sözləşmə imzalamamışdılar.

“İtuano”nun (4 oyun) yetirməsi olan Sezar Henrike Dias Santos ölkəsində “Brazil Pelotas” (6 oyun, 1 qol) və “Kaşias”ın (32 oyun, 1 qol) da formasını geyinib.

Montella: “Növbəti oyunda daha yaxşısını edəcəyik”

14 June 2026 at 11:00

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella dünya çempionatında Avstraliya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Kanadada baş tutmuş görüş qardaş ölkə yığmasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Montella matçdan sonra təşkil edilmiş mətbuat konfransında oyunun gözlənildiyindən fərqli keçmədiyini bildirib:

“Oyun taktiki olaraq gözlədiyimizdən fərqli keçmədi. Sadəcə, rəqib əks-hücumlardan yaxşı yararlandı. İki qol buraxdıq, çox üzgünük. Komanda ruhunu meydana əks etdirdik, ürəklə oynadıq. Buna davam etsək, istədiyimiz nəticələri almağa başlayarıq. Növbəti oyunda daha yaxşısını edəcəyik”.

Avstraliya yığmasının baş məşqçisi Toni Popoviç isə oyunun belə nəticələnməsinə görə çox sevindiyini bildirib:

“Burada baş məşqçi kimi olmağımdan qürur duyuram. Komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Heyətin işi və məşqçi skamyasında qəbul edilən doğru qərarlarla qürur duyuram. Mən onları istiqamətləndirməyə, oyunçuları dəstəkləməyə çalışdım və onlar özlərini mükəmməl göstərdilər”.

DÇ-2026: Türkiyə millisi Avstraliyaya məğlub oldu

14 June 2026 at 10:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Avstraliya və Türkiyə yığma komandaları üz-üzə gəliblər. Kanadanın “BC Place Vancouver” stadionunda keçirilmiş D qrupunun matçında “ay-ulduzlular” rəqibinə 0:2 hesabı ilə məğlub olublar.

Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqləniblər.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub etmişdi.

Bu gün həm də Almaniya – Kurasao (E qrupu) və Niderland – Yaponiya (F qrupu) görüşləri baş tutacaq.

DÇ-2026
B qrupu
14 iyun

Avstraliya – Türkiyə 2:0
Qollar: Nestori İrankunda, 27. Konnor Metkalf, 75.

Stiv Klark: “Əzmkarlıq bu komandanın özündə var”

14 June 2026 at 09:00

Futbol üzrə Şotlandiya milli komandasının baş məşqçisi Stiv Klark dünya çempionatının qrup mərhələsində Haitiyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bostonda baş tutmuş görüşündə avropalılar 1:0 hesablı qələbəyə seviniblər.

Stiv Klark qazandıqları qələbə barədə bunları söyləyib:

“Oyundan əvvəl futbolçumuz Endryu Robertsona bildirdim ki, qələbə qazanmaq vaxtıdır. Azarkeşlərimiz də narahat idilər. Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq. Şükürlər olsun ki, qalib gəldik. Əzmkarlıq bu komandanın özündə var”.

Haiti yığmasının baş məşqçisi Sebastyen Minye isə bunları söyləyib:

“Futbolçuların bu gecə göstərdikləri oyunla qürur duyuram. Çox yaxşı oyun idi, yaxşı futbol nümayiş etdirdik. Haradan gəldiyimizi bildiyimiz zaman çətinliklərin öhdəsindən gələ bildik, amma məğlub olmağımız məyusedicidir. Bəzən qərar qəbul etməkdə zəif idik. Qalib gəlmək, növbəti mərhələyə vəsiqə qazanmaq istəyiriksə, qol vurmalıyıq”.

DÇ-2026: Şotlandiya qələbə ilə başladı

14 June 2026 at 08:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Haiti və Şotlandiya yığmaları üz-üzə gəliblər. Boston stadionunda keçirilmiş C qrupunun matçında avropalılar 1:0 hesablı qələbə qazanıblar. Yeganə qolu 29-cu dəqiqədə Con Makqinn rəqib qapısından keçirib.

Qeyd edək ki, bu qrupun Braziliya – Mərakeş oyunu 1:1 hesabı ilə yekunlaşmışdı.

Bu gün həm də Avstraliya – Türkiyə (D qrupu), Almaniya – Kurasao (E qrupu) və Niderland – Yaponiya (F qrupu) görüşləri baş tutacaq.

DÇ-2026
B qrupu
14 iyun

Haiti – Şotlandiya 0:1
Qol: Con Makqinn, 29.

Ançelotti Mərakeşlə heç-heçədən razı qalıb

14 June 2026 at 07:00

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-da Mərakeşlə heç-heçə etdikləri oyunun nəticəsindən razı qalıb.

Arena.az xəbər verir ki, bunu təcrübəli mütəxəssis sözügedən oyundan sonra keçirilmiş mətbuat konfransında bildirib.

Bu komandaların Nyu-Cersidə (Nyu-York, ABŞ) baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 1:1. Karlo Ançelotti bu qarşılaşmanı belə şərh edib:

“Bəli, nəticədən razıyam. Əlbəttə, oyuna daha yaxşı başlamağa ümid edirdik, amma Mərakeş güclü komandadır. İndi növbəti matça köklənməliyik. Fikrimcə, matça yaxşı başlamadıq. Komanda bir qədər gərgin idi və bir neçə vacib ikili mübarizədə uduzduq. İlk hissə bizim üçün yaxşı keçmədi”.

Mərakeş yığmasının baş məşqçisi Məhəmməd Uahbi isə oyunsonrası mətbuat konfransında bu görüş üçün hazırladıqları planı düzgün icra etdiklərini söyləyib:

“Hazırladığımız planı icra etdik, amma qarşımızda Karlo Ançelotti kimi mütəxəssis yer almışdı. Buna görə işimiz asan deyildi. Qalib gəlmək istəyirdik və futbolçular da qələbəni istəyirdilər”.

DÇ-2026: Braziliya heç-heçə ilə başladı

14 June 2026 at 05:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Braziliya və Mərakeş yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu-York, ABŞ) “Metlayf” stadionunda keçirilən C qrupunun matçında qalib müəyyənləşməyib – 1:1. Afrikalıların heyətində 21-ci dəqiqədə İsmael Saibari fərqlənib. “Sambaçılar”ın bərabərlik qolunu isə 32-ci dəqiqədə Vinisius vurub.

Bu qrupun digər oyunu bu gün Haiti və Şotlandiya komandaları arasında keçiriləcək. Bu gün həm də Avstraliya – Türkiyə (D qrupu), Almaniya – Kurasao (E qrupu) və Niderland – Yaponiya (F qrupu) görüşləri baş tutacaq.

DÇ-2026
B qrupu
14 iyun

Braziliya və Mərakeş 1:1
Qollar: Vinisius, 32 – Saibari, 21.

Lopeteqi sevinc, Yakın acı içində

14 June 2026 at 03:00

Futbol üzrə Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi dünya çempionatının qrup mərhələsində İsveçrəyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında keçirilmiş oyunda hesabı İsveçrə yığması açsa da, Qətər millisi son anda bərabərliyi təmin edib – 1:1.

Xulen Lopeteqi bərabərliklə başa çatmış qarşılaşmadan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Komandamla fəxr edirəm. Oyundan əvvəl futbolçularıma demişdim ki, xal qazanmasaq belə, bu gün meydanda nümayiş etdirdikləri əzmkarlıq və intizamla fəxr edəcəyəm. Xoşbəxtlikdən, qolumuzu vurduq və hər şey yaxşı yekunlaşdı. Bu gün bir qədər də şans yanımızda idi. Amma həyatda və idmanda şans qazanmaq üçün əvvəlcə inanmalı və çox çalışmalısan. Buna görə də futbolçularım adına çox sevinirəm”.

İsveçrə millisinin baş məşqçisi Murat Yakın da bu qarşılaşmanı şərh edib:

“Əziyyətimizin qarşılığını ala bilmədik. Bu, həqiqətən acıvericidir. Lazımı nəticəni göstərə bilmədik. Futbolda “qol vurmayana vurarlar” prinsipi yenə öz sözünü dedi. Rəqib komanda çox yaxşı müdafiə olunurdu. Matç boyunca üstün olan tərəf idik. Sadəcə son saniyələrdə düşüncəsiz çıxış etdik və qapımızda qol gördük”.

DÇ-2026: Qətər İsveçrədən xal aldı

14 June 2026 at 01:05

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında İsveçrə və Qətər yığmaları üz-üzə gəliblər. “San Fransisko Bay Area” stadionunda təşkil edilmiş B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.

Xatırladaq ki, bu qrupun Kanada – Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşmışdı.

DÇ-2026
B qrupu
13 iyun

İsveçrə – Qətər 1:1
Qollar: Embolo, 17-pen – Kuxi, 90+4.

İyunun 14-də mundialda növbəti oyunlar keçiriləcək. Yaxın saatlarda beşqat dünya çempionu Braziliya millisi Mərakeş yığmasını sınağa çəkəcək. Bu qrupun digər oyununda Haiti Şotlandiya ilə üz-üzə gələcək.

Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi oyunlardan biri Türkiyə və Avstraliya yığmaları arasında baş tutacaq. Almaniya millisi mundialdakı ilk oyununda Kurasao ilə, Niderland isə Yaponiya ilə qarşılaşacaq.

C qrupu
02:00. Braziliya – Mərakeş
05:00. Haiti – Şotlandiya

D qrupu
08:00. Avstraliya – Türkiyə

E qrupu
21:00. Almaniya – Kurasao

F qrupu
00:00. Niderland – Yaponiya

Marko Silva – “Benfika”nın yeni baş məşqçisi

13 June 2026 at 20:00

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Fulhem”dən ayrılan Marko Silva “Benfika”nın baş məşqçisi təyin edilib.

Arena.az bu barədə sözügedən Portuqaliya klubun rəsmi saytına istinadən məlumat verir.

48 yaşlı portuqal mütəxəssislə müqavilənin müddəti 3 illikdir. O, 2029-cu ilin 30 iyununadək “Benfika”nın sükanı arxasında çalışacaq. Silva bu postda bir neçə gün öncə Madrid “Real”ına baş məşqçi təyin edilmiş həmyerlisi Joze Mourinyonu əvəz edib.

Xatırladaq ki, Marko Silva məşqçilik karyerasına 2011-ci ildə Lissabon “Eştoril”ində başlayıb. Ardınca Lissabon “Sportinq”ini, Yunanıstan “Olimpiakos”unu çalışdırıb. Daha sonra Silva İngiltərəyə üz tutub və “Hall Siti”, “Uotford” və “Everton” kimi komandalarla işləyib. Portuqal mütəxəssis 2021-ci ilin iyul ayından “Fulhem”i çalışdırırdı.

“Fulhem” Marko Silvanın rəhbərliyi altında bütövlükdə 229 oyuna çıxıb. Premyer Liqa təmsilçisi bu görüşlərdə 104 qələbə qazanıb, 42 heç-heçə edib və 83 məğlubiyyətə üzülüb.

Silva “Eştoril” ilə Portuqaliya Sequndasını qazanıb (2011/2012). “Sportinq”lə Portuqaliya Kubokunun qalibi olub (2014/2015). “Olimpiakos”la Yunanıstan Super Liqasında çempionluğu bayram edib (2015/2016). 2021/2022 mövsümündə isə o, “Fulhem”lə Çempionşipi qazanaraq, “bağçılar”ı Premyer Liqaya qaytarmışdı.

Voleybol millilərimizdən bir qələbə, bir məğlubiyyət

13 June 2026 at 23:00

Azərbaycanın qadınlardan və kişilərdən ibarət voleybol üzrə milli komandaları bu gün Avropa Liqası çərçivəsində növbəti oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, kişi voleybolçulardan ibarət yığmamız Rumıniyada təşkil edilmiş ikinci turun son matçında İspaniya millisi ilə üz-üzə gəlib.

Komandamız bu görüşdə 0:3 hesabı ilə məğlub olub.

Beləliklə, milli komandamız Avropa Liqasının ikinci turunu başa vurub. Bu mərhələdə yığmamız Rumıniya və İspaniya milliləri ilə qarşılaşıb. Hər iki oyun rəqiblərin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, üçüncü turun oyunları 19-21 iyun tarixlərində Bakıda keçiriləcək. Bu mərhələdə komandamızın rəqibləri Macarıstan və Portuqaliya yığmaları olacaq.

Qadınlardan ibarət komandamız isə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib. İspaniyada təşkil edilmiş qarşılaşma millimizin qələbəsi ilə bitib – 3:0

Avropa Liqası
13 iyun

Qadınlar

Azərbaycan – Şimali Makedoniya 3:0 (25:13, 25:15, 25:18)
İspaniya, Alikante.

Kişilər

İspaniya – Azərbaycan 3:0 (25:17, 25:16, 25:20)
Rumıniya, Mioveni.

“Şamaxı” Azər Bağırovun köməkçilərini açıqladı

13 June 2026 at 22:00

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) mübarizə aparan “Şamaxı” komandasının yeni məşqçi heyəti müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi Azər Bağırova məşqçilər Araz Bağırov, Rəşad Hüseynov, Sabir Hacıəliyev və qapıçı hazırlığı üzrə məşqçi Davud Kərimi kömək edəcəklər.

Xatırladaq ki, Azər Bağırov əyalət təmsilçisinə bu yay “Kəpəz”dən ayrılandan sonra baş məşqçi təyin edilib. O, bu postda Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasovu əvəz edib. Ayxan Abbasovun köməkçiləri də klubu tərk etdikləri üçün Azər Bağırov da köməkçi məşqçi heyətini yenidən qurmalı olub.

“Şamaxı” geridə qalmış mövsümdə 38 xalla 8-ci yeri tutub. Komanda 33 oyunda 9 qələbə, 11 heç-heçə, 13 məğlubiyyət görüb.

Ralf Ranqnik daha 2 il Avstiya millisində!

13 June 2026 at 21:00

Futbol üzrə Avstriya milli komandasının baş məşqçisi Ralf Ranqnik dünya çempionatı (DÇ-2026) öncəsi müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, millinin baş məşqçisi Ralf Ranqniklə müqavilənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti yenicə başlamış DÇ-2026-nın sonunda bitəcəkdi. Bununla federasiya rəhbərliyi Ranqnikə bu mundial öncəsi dəstəyini nümayiş etdirib.

Xatırladaq ki, avstriyalılar ABŞ, Kanada və Meksikada təşkil edilmiş bu mundialın qrup mərhələsində İordaniya, Argentina və Əlcəzair yığmalarına qarşı mübarizə aparacaqlar.

67 yaşlı Ralf Ranqnik 2022-ci ildən bəri Avstriya milli komandasına rəhbərlik edir. O, əvvəllər iki dəfə (2015-2016 və 2018-2019) Almaniyanın “Leypsiq” komandasını çalışdırıb. 2012-ci ilin iyulundan 2019-cu ilin iyununa qədər məşqçilik fasilələri ilə Ranqnik “Red Bull”da idman və klub inkişafı şöbəsinə rəhbərlik edib. Onun rəhbərliyi dövründə “Leypsiq” Almaniya çempionatında bürünc medal qazanıb və Almaniya Kubokunun finalına çıxıb.

Ranqnik “Şalke”, “Hoffenhaym”, “Hannover” və “Ştutqart”da da baş məşqçi olub. O, “Şalke” ilə Almaniya Kubokunu və Almaniya çempionatının gümüş medallarını qazanıb. 2021-ci ilin fevral-noyabr aylarında Ranqnik Moskva “Lokomotiv”ində çalışıb. 2021/2022-ci illər mövsümündə isə o, “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi vəzifəsini icra edib.

Martin Anselmi – “Elçe”nin yeni baş məşqçisi!

13 June 2026 at 19:00

Argentinalı futbol mütəxəssisi Martin Anselmi İspaniya La Liqasında mübarizə aparan “Elçe” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu haqda İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssislə 1 illik – 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Martin Anselmi daha əvvəl Çilinin “Union La Kalera”, Kolumbiyanın “İndependyente del Valye”, Meksikanın “Krus Asul”, Portuqaliyanın “Portu” və Braziliyanın “Botafoqo” komandalarına rəhbərlik edib.

Anselmi “Elçe”nin baş məşqçisi postunda mövsüm bitən kimi istefaya göndərilmiş ispan mütəxəssis Eder Sarabiyanı əvəz edib. 45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilmişdi. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.

Eder Sarabiya 2024-cü ilin iyun ayından “Elçe”ni çalışdırırdı. Komanda onun rəhbərliyi altında La Liqanın başa çatmış mövsümündə 43 xalla 15-ci pillədə tamamlayıb.

Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi 88 oyunda 38 qələbə qazanıb, 24 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb.

Sarabiya daha öncə “Andorra”da və “Vilyarreal”ın C komandasında da baş məşqçi olub, eləcə də “Barselona”, “Betis” və “Las Palmas”da köməkçi kimi çalışıb.

Ceymi Vardi “Kremoneze”dən ayrıldı

13 June 2026 at 18:00

Futbol üzrə İngiltərə milli komandasının sabiq üzvü, 39 yaşlı mərkəz hücumçusu Ceymi Vardi İtaliyanın “Kremoneze” klubundan ayrılıb.

Arena.az xatırladır ki, “Kremoneze” 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən İtaliya A Seriyasından aşağı dəstəyə – B Seriyasına yuvarlanıb.

Bu üzdən də Vardi “Kremoneze”ni azad agent qismində tərk etməyə qərar verib. Klub rəhbərliyi də veteran ulduzu ilə mövsümün sonunda başa çatmış müqavilənin müddətini uzatmaq istəməyib.

Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu, karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun”, “Flitvud Taun” və “Lester Siti”də də çıxış edib.

Vardi 13 il “Lester Siti”in uğurları üçün çalışıb və bu klubun əfsanəsinə çevrilib. Veteran kapitanın “tülkülər”in heyətində çıxışının ümumi mənzərəsi 500 oyun, 200 qol, 71 məhsuldar ötürmədən ibarətdir.

Vardi 2025-ci ilin yayında qoşulduğu “Kremoneze”nin heyətində bütövlükdə 29 oyuna çıxıb, 7 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Vardi 2015-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

U-16 Qızlar Liqasının qalibi “Ulduz” oldu!

13 June 2026 at 17:00

AFFA tərəfindən 16 yaşadək futbolçular arasında təşkil edilmiş U-16 Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin meydançasında sonuncu turun oyunu baş tutub.

26-cı turun son qarşılaşmasında “Ulduz” “Marxal” üzərində qələbə qazanıb. Beləliklə, 72 xal toplamış “Ulduz” mövsümü çempion kimi, 63 xala malik “Təhsil” ikinci, 60 xalla “Sumqayıt” üçüncü pillədə başa vurub.

Matçın ardından mükafatlandırma mərasimi keçirilib. Çempionatda 3-cü yeri tutmuş “Sumqayıt” bürünc, 2-ci pillənin sahibi “Təhsil” gümüş medallarla təltif olunub. Çempion “Ulduz” isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 50 qol yazdıran “Ulduz”un futbolçusu Zəhra Abdullayeva U-16 Qızlar Liqasında ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. Mövsümün ən yaxşı oyunçusu isə “Təhsil”in üzvü Nuray Əzizova seçilib.

Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, texniki direktor Emrah Aykurt və qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov təqdim ediblər.

Kapello İtaliyada ən yaxşı futbol oynayan komandanı açıqladı

13 June 2026 at 16:00

79 yaşlı italyan mütəxəssis, keçmiş məşqçi Fabio Kapello İtaliyada ən yaxşı futbol sərgiləyən komandanın hansı olduğuna dair sualı cavablandırıb.

Arena.az xəbər verir ki, təcrübəli məşqçi bu haqda qənaətini “Komo” üzərində cəmləyib:

“Bu komanda İtaliya A Seriyasında ən yaxşı futbolu göstərir. Gözəl oyun haqda danışdıqda, dərhal Sesk Fabreqasın komandası haqda düşünürəm”, deyə Kapello 39 yaşlı ispan mütəxəssisin də işini vurğulayıb.

Xatırladaq ki, Sesk Fabreqasın çalışdırdığı “Komo” İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümündə 71 xalla 4-cü yeri tutaraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Bu komanda geridə qalmış mövsümdə 38 oyunda 20 qələbə qazanıb, 11 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb. Top fərqi də diqqət çəkir – 65:29.

Kilian Mbappe PSJ-nin uğurlarından danışdı

13 June 2026 at 15:00

PSJ-nin keçmiş oyunçusu, hazırda “Real”da çıxış edən fransalı hücumçu Kilian Mbappe Paris klubunun uğurlarına münasibət bildirib.

Arena.az xəbər verir ki, ulduz futbolçu müvafiq sualı belə cavablayıb:

“Əlbəttə, milli komandamızın məşq düşərgəsində ikən, PSJ-nin bütün oyunçularını təbrik etmişəm. Onlar özlərini fantastik formada təzahür etdirdilər. PSJ hazırda ən yaxşı formada olan komandadır”.

Xatırladaq ki, Fransanın daxili yarışlarında ağalıq etməsi ilə yanaşı, PSJ Mbappenin Paris klubundan ayrılıb “Real”a keçməsindən sonra ardıcıl surətdə iki dəfə, qitnin ən nüfuzlu klub yarışı – UEFA Çempionlar Liqasnı qazanıb.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe 2025/2026-cı illər mövsümündə “Real”ın heyətində 44 oyuna çıxıb, 42 qol vurub, 7 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 103 oyun, 86 qol, 12 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 98 oyun keçirib, 56 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Totti “Yuventus”un türk ulduzu haqda fikrini açıqladı

13 June 2026 at 14:00

“Roma”nın sabiq kapitanı və keçmiş hücumçusu Françesko Totti “Yuventus”un 21 yaşlı türk ulduzu Kenan Yıldız haqda fikrini açıqlayıb.

Arena.az xəbər verir ki, İtaliya futbolunu əfsanəsi bunları söyləyib:

“Mənim üçün əsl “on nömrə”lər başqadırlar: o, “doqquz yarımlıq” kimidir! Kenan texnikalı, müasir və hücumameyilli oyunçudur, amma əsl “on nömrə”lərlə müqayisədə onun təxəyüllü azacıq əskikdir”, deyə Totti vurğulayıb.

Xatırladaq ki, Kenan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. Türk futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent qismində qoşulub. 2023-cü ildən Turin təmsilçisinin əsas komandasına cəlb edilmiş türk hücumçu meydana çıxdığı 131 oyunda 27 qola imza atıb və 21 məhsuldar ötürmə verib.

Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında 28 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı türk hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Tərlan Quliyev daha bir il “Şəfa”da! – Rəsmi

13 June 2026 at 13:00

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” kapitanı Tərlan Quliyev ilə müqavilə müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, təcrübəli müdafiəçi yeni 1 illik sözləşməyə imza atıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatmışdı.

34 yaşlı futbolçu 2025-ci ilin yanvarından komandanın formasını geyinir. O, iki mövsüm ərzində “Şəfa”nın İkinci Liqadan Premyer Iiqaya qədər yüksəlməsində əsas pay sahiblərindən biri olub.

Tərlan Quliyev daha öncə “Şamaxı”, “Neftçi”, “Kəpəz”, “Turan Tovuz”, “Sumqayıt”, “Qarabağ” və “İmişli”də də çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi vaxtilə Azərbaycanın U-19, U-21 yığmalarında oynayıb, əsas millimizdə isə 7 oyun keçirib.

“Şəfa” bu yay Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov və Murad Musayevi heyətinə qatıb, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzade ilə yollarını ayırıb.

“Vitinya PSJ-də əvəzedilməzdir”

13 June 2026 at 12:00

Futbol üzrə Portuqaliya milli komandasının və Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Vitinya İspaniya nəhəngi “Real”a satılmayacaq.

Arena.az xəbər verir ki, ulduz futbolçunun agenti və həmvətəni Jorje Mendes müştərisinin “Real”a mümkün keçidi ilə bağlı sualı cavablayıb:

“Vitinya heç vaxt digər klub üçün seçim olmayıb. O, PSJ-də əvəzedilməzdir. Onu Parisdə hər şey qane edir”, deyə Mendes vurğulayıb.

Xatırladaq ki, Vitinya peşəkar karyerasına “Portu”da başlayıb. İngiltərənin “Vulverhempton” klubunda da oynamış 24 yaşlı portuqaliyalı futbolçu PSJ-yə 2022-ci ilin iyulunda 41,5 milyon avro müqabilində keçib. Yarımmüdafiəçinin Fransa nəhəngi ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Portuqal futbolçu PSJ-nin heyətində bütövlükdə 203 oyuna çıxıb, 26 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi 2022-ci ildə debüt etdiyi Portuqaliya millisinin heyətində 38 oyun keçirib, 4 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Florentino Peres: “Nə qədər mən “Real”dayam…”

13 June 2026 at 11:00

İspaniya nəhəngi sayılan Madrid “Real”ının prezidenti Florentino Peres dünya futbolunun gələcəyinə dair açıqlaması ilə gündəmə gəlib.

Arena.az Peresin müvafiq açıqlamasını təqdim edir:

“Futbolda hər şey böyük pulların əldə edilməsinə doğru gedir”, deyə Peres vurğulayıb.

Florentino Peres verdiyi vədlə də diqqət çəkib. Peresin müvafiq bəyanatını təqdim edirol:

“Nə qədər ki, mən “Real”ın prezidentiyəm, dünyanın ən yaxşı oyunçuları bu komandada oynayacaqlar”, deyə Peres vurğulayıb.

Xatırladaq ki, Florentino Peres bu ayın əvvəlində baş tutmuş növbəti prezident seçkilərində yenidən qalib gələrək, ardıcıl səkkizinci dəfə, “Real”ın rəhbəri seçilib. O, səslərin 64,1%-ni toplayaraq, yeganə rəqibi Enrike Rikelme üzərində üstünlük saxlayıb. Peres “kral klubu”na rəhbərliyini 2030-cu ilə qədər davam etdirəcək.

Peres 2000-ci ildən bəri “Real”a rəhbərlik edir. Onun prezidentliyi dövründə Madrid təmsilçisi həm futbol, həm də basketbol komandaları ilə çoxsaylı titullar qazanıb.

“Maykl Olise 500 milyon avroya da satılmayacaq!”

13 June 2026 at 10:00

Futbol üzrə Fransa yığmasının və Almaniya çempionu “Bayern”in cinah hücumçusu Maykl Olise Madrid “Real”ına satılmayacaq.

Arena.az xəbər verir ki, Münhen klubunun rəhbərlərindən adı açıqlanmayan biri, Olisenin adının İspaniya nəhəngi “Real”a mümkün keçidddə hallandırılmasını kəskin cavablayıb:

“O, hətta 200 milyon avro müqabilində də getməyəcək. Olise – çox qiymətlidir, biz onu 500 milyon avro məbləğə də satmayacağıq. Düzünü desəm, “Real”ın, onun bir ayağı müqabilində özünə, barı 150 milyon avro məbləği rəva görə biləcəyinə də əmin deyiləm”, deyə “Bayern”in adı açıqlanmayan rəhbəri vurğulayıb.

Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində bütövlükdə 107 oyuna çıxıb, 42 qol və 54 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 17 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Poçettino: “Hələ heç nə etməmişik”

13 June 2026 at 09:00

Futbol üzrə ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Paraqvaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində ABŞ və Paraqvay yığmaları arasında keçirilmiş oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Poçettino matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox qürur duyuram. Oyunçular və məşqçilər heyəti belə oyuna görə böyük tərifə layiqdirlər. Bu, yalnız başlanğıcdır. Hələ heç nə etməmişik. Sadəcə, ilk görüşdə qalib gəlmişik. Ağıllı olmalı və bu istiqamətdə davam etməliyik”.

Poçettinonun sözlərinə görə, böyük turnirlərdə birinci qarşılaşmalar çətin keçir:

“Dünya çempionatına ev sahibliyi edən komandadan da gözləntilər yüksək olur. Amma biz təzyiqin öhdəsindən gələ bildik. Qarşılaşmanın ilk 45 dəqiqəsi inanılmaz idi. Bu səviyyədə oynayan komanda tapmaq çətindir. Mən çox xoşbəxtəm və qürur duyuram”.

Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro da matçdan sonra açıqlama verib. 63 yaşlı mütəxəssis ABŞ yığmasına məğlubiyyətə belə şərh verib:

“Mundialda emosiyaları kənara qoymaq lazımdır. Rəqib layiqli qələbə qazandı. Onlar bizi texniki, taktiki və fiziki cəhətdən üstələdilər. Bu yarışda irəliləmək istəyiriksə, daha yaxşı oynamalıyıq”.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil edilmiş DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026: ABŞ Paraqvayı darmadağınla yendi

13 June 2026 at 08:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Dünya çempionatına ev sahibliyi edən ölkələrdən biri – ABŞ millisi Paraqvay yığması ilə üz-üzə gəlib. Los Anceles stadionunda keçirilən D qrupunun matçında ev sahibləri 4:1 hesablı qələbəyə seviniblər. Bu, yenicə başlamış DÇ-2026-da ilk darmadağın kimi tarixə düşüb.

Amerikalıların qollarını dubla imza atmış Folarin Baloqan və Covanni Reyna vurublar. Bir qolu isə rəqib futbolçu öz qapısından keçirib. Paraqvayın heyətində isə Maurisio fərqlənib.

ABŞ millisi Paraqvayı məğlub etməkklə 96 illik həsrətinə də son qoyub. Belə ki, sözügedən komanda 96 il sonra ilk dəfə mundialda 3 və daha artıq qolla qalib gəlib. Amerikalılar sonuncu dəfə 1930-cu ildə Belçikanı (3:0) və Paraqvayı (3:0) məğlub etmişdilər. O vaxtdan bəri, 96 il ərzində bu günə qədər milli komanda heç vaxt dünya kubokunda 3 qoldan çox fərqlə qalib gəlməmişdi.

Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 14-də, saat 08:00-da Avstraliya və Türkiyə yığmaları arasında keçiriləcək.

DÇ-2026
D qrupu
13 iyun

ABŞ – Paraqvay 4:1
Qollar: Damyan Bobadilya, 7-öz qapısına. Folarin Baloqan, 31; 45+5. Covanni Reyna, 90+8 – Maurisio, 73.

DÇ-2026: Kanada heç-heçə ilə başladı

13 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Dünya çempionatına ev sahibliyi edən ölkələrdən biri olan Kanada Bosniya və Herseqovina ilə qarşılaşıb. Toronto stadionunda keçirilmiş B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb. Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.

Kanada millisi Bosniya və Hersoqovina ilə heç-heçə sayəsində ilkə imza atıb. Belə ki, sözügedən komanda tarixində ilk dəfə olaraq dünya çempionatının matçında xal qazanıb. Buna qədər Kanada millisi iki dəfə – 1986 və 2022-ci illərdə dünya çempionatında çıxış etsə də, hər iki halda komanda qrupda keçirdiyi 3 oyunun 3-də də məğlubiyyət acısı yaşamışdı.

Kanada yığması DÇ-1986-da Fransa (0:1), Macarıstan (0:2) və SSRİ-yə (0:2), DÇ-2022-də isə Belçika (0:1), Xorvatiya (1:4) və Mərakeşə (1:2) uduzub.

Bu qrupun digər oyunu iyunun 13-də (saat 23:00) Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.

Xatırladaq ki, tarixdə ilk dəfə üç ölkənin birgə ev sahibliyi etdiyi və 48 milli komandanın mübarizə apardığı bu dünya çempionatı iyulun 19-da başa çatacaq.

DÇ-2026
B qrupu
12 iyun

Kanada – Bosniya və Herseqovina 1:1
Qollar: Kayl larin, 78 – Yovo Lukiç, 21.

İyunun 13-də daha iki qarşılaşma baş tutacaq. Meksika və Kanada yığmalarından sonra sonuncu meydan sahibi ABŞ millisi də bu gün ilk oyununa çıxacaq. Sözügedən komanda Paraqvay yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Günün digər oyunu Qətər və İsveçrə yığmaları arasına baş tutacaq. Bu oyuna saat 23:00-da start veriləcək.

D qrupu
05:00. ABŞ – Paraqvay

B qrupu
23:00. Qətər – İsveçrə

Junior Almeyda “Sabah”da!

12 June 2026 at 23:30

Portuqaliyanın “Maritimo” klubunun braziliyalı mərkəz müdafiəçisi Junior Almeyda bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “bayquşlar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, son ölkə çempionu olan “Sabah” bu gün heyətini yeni futbolçu ilə gücləndirib. Braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Almeyda Portuqaliyanın “Maritimo” klubundan transfer edilib. Transferin digər detalları barədə məlumat verilməyib.

Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanquense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimo” (2024-2026) komandalarında oynayıb. Junior Almeyda 2024-cü ilin yayından etibarən formasını geyindiyi Portuqaliya klubunun heyətində 45 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, “Sabah” daha öncə Eyden Makkarti və Yunes Laşaabı da transfer etmiş, Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç və Tellur Mütəllimovla yeni müqavilə bağlamışdı. Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev və Nicat Mehbalıyev isə paytaxt klubunu tərk ediblər.

Kennet Ayxhorn “Bayer”də – 9 milyonluq transfer

12 June 2026 at 23:00

Almaniyanın “Herta” klubunun 16 yaşlı alman dayaq yarımmüdafiəçisi Kennet Ayxhorn bundan sonra “Bayer”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Leverkuzen klubunun rəsmi saytına istinadən xəbər verir.

Keçid “əczaçılar”a 9 milyon avro məbləğ müqabilində başa gəlib. Tərəflərin müqavilə müddəti ilə bağlı məlumat hələ açıqlanmayıb.

Vurğulayaq ki, yeniyetmə Ayxhorn alman futbolunun ən səmərəli istedadlarından hesab edilir və bir “dayaqçı” olaraq, tərəqqi imkanları yüksək qiymətləndirilir.

Kennet Ayxhorn “Herta”nın yetirməsidir. O, 2025-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Yeniyetmə futbolçu bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 2 qol da vurub.

Almaniyanın U-15 və U-16 yığmalarında oynamış futbolçu 2025-ci ildən U-17-yə dəvət alır.

“Transfermarkt” internet-portalı 16 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

İnyasio Abate – “Torino”nun yeni baş məşqçisi!

12 June 2026 at 21:00

İtaliya yığmasının və “Milan”ın keçmiş cinah müdafiəçisi İnyasio Abate A Seriyasında mübarizə aparan “Torino”ya baş məşqçi təyin edilib.

Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Turin klubunun yaydığı məlumata görə, 39 yaşlı mütəxəssislə 2 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Abate “Torino”nun “sükanı arxası”nda 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış Roberto D’Aversanı əvəz edib. 50 yaşlı italyan mütəxəssis bu ilin fevral ayından sözügedən komandaya rəhbərlik edirdi. “Torino” ötən mövsüm A Seriyasını 12-ci pillədə başa vurub. Bu üzdən də klub rəhbərliyi yeni baş məşqçi təyinatına üstünlük verib.

İnyasio Abate futbolçu karyerası ərzində “Milan”, “Napoli”, “Pyaçentsa”, “Modena”, “Empoli” kimi klublarla yanaşı, “Torino”nun da formasını geyinib. İtaliya millisinin sabiq üzvü məşqçilik fəaliyyətinə “Milan”ın aşağı yaş qruplarında başlayıb, daha sonra “Ternana”ya rəhbərlik edib. O, son olaraq B Seriyası təmsilçisi “Yuve Stabiya”nı çalışdırıb.

Raul Ximenes yenidən “Vulverhempton”da – Rəsmi

12 June 2026 at 20:00

2025/2026-cı illər mövsümü bitən kimi “Fulhem”dən ayrılmış meksikalı hücumçu Raul Ximenes sabiq klubu “Vulverhempton”a qayıdıb.

Arena.az bu barədə “Vulverhempton”un rəsmi saytına istinadən xəbər verir.

35 yaşlı hücumçu köhnə-yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. O, “Vulverhempton”a azad agent kimi qoşulub.

Raul Ximenes Meksikanın “Amerika” klubunun məzunudur. Ximenes karyerası ərzində Madrid “Atletiko”su, “Benfika”, “Vulverhempton” və “Fulhem”də çıxış edib.

“Fulhem” Ximenesi 2023-cü ilin iyul ayında “Vulverhempton”dan 6,4 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “bağçılar”ın düşərgəsinə qatmışdı. Meksikalı futbolçu “Fulhem”in heyətində 115 oyuna çıxıb, 31 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

2018-2023-cü illər aralığında “Vulverhempton”da çıxış etmiş təcrübəli vinger “canavarlar”ın heyətində keçirdiyi 166 oyunda 57 qol vurub, 23 assist edib.

Raul Ximenes 2013-cü ilin yanvar ayında debüt etdiyi Meksika yığmasının heyətində 127 oyuna çıxıb, 46 qol vurub və 16 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 35 yaşlı meksikalı hücumçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, “Vulverhempton” 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Premyer Liqanı tərk edib və növbəti mövsümü Çempionşipdə keçirəcək. Klub rəhbərliyi bu səbəbdən 43 yaşlı uelsli mütəxəssis Robert “Rob” Edvardsla yollarını ayırıb. Edvards “canavarlar”ın sükanı arxasında uğursuz fəaliyyəti səbəbindən istefaya göndərilib.

Uill Still “Oser”də – Rəsmi

12 June 2026 at 19:00

Belçikalı 33 yaşlı futbol mütəxəssisi Uill Still Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Oser” komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Gənc mütəxəssislə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb. Anlaşmada müddətin əlavə bir il uzadılma bəndi də yer alıb. Still yay hazırlıq dövrünün başlanğıcından etibarən bu komandaya rəhbərlik edəcək.

Xatırladaq ki, Uill Still məşqçilik karyerasına Belçikada başlayıb, daha sonra “Reyms”də köməkçi məşqçi kimi fəaliyyət göstərib. Qısa müddət sonra isə o, bu komandada baş məşqçi vəzifəsinə yüksəlib. Still 30 yaşında Avropanın beş aparıcı çempionatında çalışan ən gənc məşqçi kimi tarixə düşüb.

Still, xüsusilə, yüksək pressinqə və hücum futboluna əsaslanan oyun üslubu ilə tanınır. Onun rəhbərliyi altında “Reyms” 19 oyunluq məğlubiyyətsiz seriya nümayiş etdirib və müxtəlif mövsümlərdə Fransa çempionatını 11-ci və 9-cu pillələrdə başa vurub. Daha sonra “Lans”da çalışmış mütəxəssis uğurlu nəticələrini davam etdirib, son olaraq isə “Sauthempton”da fəaliyyət göstərib.

“Oser” ötən mövsüm Fransa çempionatını turnir cədvəlinin 15-ci pilləsində başa vurub. Elitadakı yerini çətinliklə qorumuş komanda məhz bu səbəbdən Kristof Pelissyeni istefaya göndərmişdi.

Voleybol millimiz Rumıniya yığmasına səfərdə uduzdu

12 June 2026 at 22:00

Kişilərdən ibarət voleybol üzrə Azərbaycan yığma komandası bu gün Avropa Liqasının yeni mövsümündə növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya yığması ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunur.

Azərbaycanın voleybol millisi növbəti oyununu sabah İspaniya yığma komandasına qarşı keçirəcək.

Alberto Akvilani – “Sassuolo”nun yeni baş məşqçisi!

12 June 2026 at 18:00

İtaliya milli komandasının, “Roma” və “Fiorentina”nın sabiq yarımmüdafiəçisi Alberto Akvilani “Sassuolo”nun baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

41 yaşlı mütəxəssis bu vəzifədə bir neçə gün öncə “Sassuolo”nu tərk etmiş Fabio Qrossonu əvəz edib. Hansı ki, o, bu klubdan ayrılan kimi “Fiorentina”ya baş məşqçi təyin edilib.

Qeyd edək ki, “Sassuolo” İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünü 49 xalla 11-ci pillədə tamamlayıb. Sözügedən kollektiv 38 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.

Alberto Akvilani isə daha əvvəl İtaliyada “Fiorentina”, “Piza” və “Katanzaro” komandalarını çalışdırıb. O, sonuncu iş yeri olan “Katanzaro”nu məhz “Sassuolo”dan aldığı dəvətə görə tərk edib. Gənc mütəxəssis yeni klubu ilə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

“Karvan” Samuel Durrantla da vidalaşdı

12 June 2026 at 17:00

2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Azərbaycan Premyer Liqasını tərk etmiş “Karvan” daha bir futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müdafiəçi Samuel Durrantın müqaviləsinin müddəti başa çatıb və o komandanı tərk edib. Futbolçu geridə qalmış mövsüm ərzində 28 oyuna çıxıb və 1 qol ilə yadda qalıb.

Yevlax klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Samuel Durrant 2025-ci ilin yayından Yevlax klubunun uğurları üçün çalışırdı.

“Karvan” daha öncə Emin Rüstəmov, Şakil Sno, Coy Slayd Mikels, Qavi Tompson, Pedro Mateus, Kayl Spens, Moise Nqvisani, Olavale Doyeni və İmani Barkerlə də yollarını ayırmışdı. Yevlax təmsilçisi baş məşqçisi Xaqani Məmmədovla da vidalaşmışdı.

Sözügedən komanda Premyer Liqaya 2025/2026-cı illər mövsümünün əvvəlində yüksəlsə də, elitadakı yerini qoruya bilməyib. Bu üzdən də klubun legionerlərini yola salıb, Birinci Liqada daha çox yerli futbolçulara güvənəcəyi gözlənilir.

Gilyermo Oçoa DÇ-2026-dan sonra milli karyerasını bitirəcək

12 June 2026 at 16:00

Futbol üzrə Meksika millisinin qapıçısı Gilyermo Oçoa ötən gün start götürmüş dünya çempionatından sonra yığma karyerasını bitirəcək.

Arena.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə özü məlumat yayıb.

O, son illərdə dünya çempionatında oynamaq məqsədilə ailəsindən uzaqda çıxış etdiyini və bunun həm özü, həm də yaxınları üçün çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, Oçoa DÇ-2026-da meydana çıxacağı halda ölkəsinin 6 fərqli mundialda oynayan ilk ən yaşlı futbolçusu kimi tarixə düşəcək. İyulun 13-də 41 yaşı tamam olacaq qapıçı Meksika millisinin heyətində indiyədək 153 oyun keçirib və 63 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Oçoa klub karyerası ilə bağlı hələ yekun qərar verməyib. O, 2025-ci ilin sentyabr ayından Kipril AEL (Limassol) klubunda çıxış edir. Təcrübəli qapıçı bu komandanın heyətində 26 oyuna çıxıb, 40 qol buraxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.

Oçoa karyerası ərzində “Amerika”, “San Luis”, “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standard” (Lyej), “Tiqrilyos”, “Salernitana”, “Avs” kimi klublarda da oynayıb.

Oçoa 2005-ci ildən dəvət aldığı Meksika millisinin heyətində 153 oyun keçirib, 154 qol buraxıb, 63 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 41 yaşlı qolkiperin transfer dəyərini 250 min avro məbləğində qiymətləndirir.

Kənan Feyziyev 6-9 ay futbol oynamayacaq

12 June 2026 at 15:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) və “Sumqayıt”ın mərkəz müdafiəçisi Kənan Feyziyev əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 32-ci turunda, “Zirə” ilə matçın gedişində zədələnmiş gənc müdafiəçinin Türkiyənin paytaxtı Ankaradakı əməliyyatı uğurlu keçib. Ön çarpaz bağ və menisk əməliyyatı keçirmiş Feyziyevin təxminən 6-9 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Xatırladaq ki, Kənan Feyziyev “Sumqayıt”ın yetirməsidir. O, 2025-ci ildən əsas komandaya cəlb edilir. 19 yaşlı müdafiəçi indiyə qədər əsas komandanın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Feyziyev 2024-cü ildən Azərbaycanın U-19 yığmasında forma geyinir. O, millinin heyətində 6 oyuna çıxıb, 1 qol da vurub.

Koubek: “Futbol keyfiyyəti və ustalıqda rəqib bizdən üstün idi”

12 June 2026 at 14:00

Çexiya yığmasının baş məşqçisi Miroslav Koubek DÇ-2026-nın qrup mərhələsində Cənubi Koreyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, futbol üzrə dünya çempionatının qrup mərhələsinin ilk turu çərçivəsində Çexiya və Cənubi Koreya yığmaları arasında keçirilmiş oyun asiyalıların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Koubek matçdan sonra təşkil edilmiş mətbuat konfransında məğlubiyyətə belə şərh verib:

“Hər iki komanda öz oyun üslubuna sadiq qaldı. Bizim də güclü tərəflərimiz və yaxşı oyun epizodlarımız oldu. Rəqib komanda hava toplarındakı çıxışımız qarşısında çətinlik çəkirdi. Ancaq futbol keyfiyyəti və texniki ustalıq baxımından onlar daha üstün idilər”.

Cənubi Koreya yıığmasının baş məşqçisi Hon Myonq Bo isə qələbələrini belə şərh edib:

“Bu, bizim ilk oyunumuz idi və həqiqətən çox çətin keçdi. Qələbənin özü məni sevindirir. Amma bundan da önəmlisi odur ki, futbolçularımız geri düşdükləri vəziyyətdə təslim olmadılar və qələbə qazandılar. Komandamızın qalib gəlmək gücündə olduğuna əmin idim. Hesab 1:1 olarkən futbolçulara dedim ki, hər zaman oynadığınız kimi oynayın”.

Murad Musayev “Şəfa”da!

12 June 2026 at 13:00

2026/2027-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” heyətini Murad Musayev ilə gücləndirib.

Arena.az bu barədə Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

Murad Musayev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Müdafiəçi 2012/2013-cü illər mövsümündə məhz bu komandanın heyətində Azərbaycan Premyer Liqasında debüt edib. Musayev “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb, 4 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub. Murad “Qəbələ” ilə 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub.

31 yaşlı futbolçu karyerası ərzində “Zirə”, “Şüvəlan” və “Səbail”in formasını da geyinib.

“Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev və Arsen Ağcabəyovla da güclənmişdi. Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Amir Ebrahimzade isə komandanı tərk ediblər.

DÇ-2026-nın açılış oyununda yeni dünya rekordu!

12 June 2026 at 12:00

ABŞ, Meksika və Kanadada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatının (DÇ-2026) açılış matçı rekord göstərici ilə yadda qalıb.

Arena.az xəbər verir ki, ilk dəfə bir mundialın açılış oyununda baş hakim futbolçulara 3 qırmızı vərəqə göstərib.

Rekord göstərici Meksika – CAR qarşılaşmasına təsadüf edib. Qarşılaşmada ilk qırmızı vərəqə 49-cu dəqiqədə göstərilib. CAR millisinin futbolçusu Sfifelo Sithole rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə meydandan kənarlaşdırılıb.

84-cü dəqiqədə VAR sisteminin müdaxiləsindən sonra braziliyalı hakim Vilton Sampayo kobud oyuna görə Tembe Zvaneyə qırmızı vərəqə göstərib. Bununla da Afrika təmsilçisi oyunu 9 nəfərlə davam etdirməli olub.

90+2-ci dəqiqədə isə növbəti qırmızı vərəqə qeydə alınıb. Meksika millisinin müdafiəçisi Sezar Montes rəqibin aşkar qol imkanından məhrum etdiyinə görə meydandan qovulub.

Beləliklə, dünya çempionatlarının açılış oyunlarında göstərilən qırmızı vərəqələrin sayı üzrə yeni rekord müəyyənləşib. Əvvəlki rekord 1990-cı ildə Argentina və Kamerun yığmaları arasında keçirilmiş açılış matçında qeydə alınmışdı. Həmin görüşdə Kamerun millisinin iki futbolçusu qırmızı vərəqə almışdı.

Xatırladaq ki, DÇ-2026-nın açılış matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xavyer Aqirre: “İlk hissədə elə də yaxşı oynamadıq”

12 June 2026 at 07:00

Meksika yığmasının baş məşqçisi Xavyer Aqirre DÇ-2026-nın qrup mərəhləsində Cənubi Afrika millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, mundialın açılış oyununda Meksika yığması Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabıyla qalib gəlib.

Xavyer Aqirre matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazanmaq hər zaman gözəldir. Lakin etiraf etmək lazımdırsa, ilk yarıdakı çıxışımızı bəyənmədim. Bununla belə, qalibiyyət bizimdir. Növbəti matçlara baxacağıq”.

CAR millisinin baş məşqçisi Hüqo Bros da sözügedən matçdan sonra fikirlərini bölüşüb. O, məğlubiyyətə baxmayaraq, komandasının yaxşı oynadığını söyləyib:

“Məncə, komandam pis çıxış etmədi. Bəzi epizodlarda Meksikaya oynamaq imkanı vermədik. Onlar boşluq tapa bilmirdilər. Belə olduqda hər şey yaxşı gedirdi. Növbəti qarşılaşmaya daha ciddi hazırlaşacağıq. Topu özümüzdə daha çox saxlamalıyıq. Bunun üzərində daha çox çalışacağıq”.

Premyer Liqa: 2025/26 mövsümünün ən yaxşı oyunu bəlli oldu

12 June 2026 at 11:00

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) artıq geridə qalmış 2025/2026-cı illər mövsümünün ən yaxşı oyunu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən bu ada “Arsenal” – “Mançester Yunayted” qarşılaşması layiq görülüb. Londondakı “Emireyts” stadionunda keçirilmiş və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmış bu görüş səslərin 50 faizini toplayıb.

Sözügedən matç səsvermədə “Mançester Yunayted” – “Bornmut” (4:4) və “Mançester Siti” – “Fulhem” (5:4) oyunlarını geridə qoyub.

Xatırladaq ki, mövsümün sonunda “Arsenal” 85 xalla Premyer Liqa çempionu olub. “Mançester Yunayted” isə 71 xalla üçüncü yeri tutub. Gümüş medallar 78 xalla ikinci yeri tutmuş “Mançester Siti”yə qismət olub.

DÇ-2026: Çexiya Cənubi Koreyaya məğlub oldu

12 June 2026 at 08:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanadada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Meksikada keçirilən A qrupunun ikinci oyununda Cənubi Koreya millisi Çexiya yığması ilə qarşılaşıb. Görüş asiyalıların qələbəsiylə başa çatıb. Hesabı çexlərin açmasına baxmayaraq, Cənubi Koreya millisi yekunda əzmkar qələbəni bayram edib.

Bu matçda Çexiya millisi 20 ildən sonra dünya çempionatında qol vurub. Miroslav Koubekin baş məşqçisi olduğu kollektiv qarşılaşmanın 59-cu dəqiqəsində müdafiəçi Ladislav Kreyçinin baş zərbəsi ilə hesabı açıb. Bu, Çexiyanın 20 ildən sonra mundiallarda ilk qoludur. Çexiya yığması son olaraq 2006-cı ildə baş tutan turnirdə fərqlənmişdi. Komanda həmin vaxt ABŞ-ni üç cavabsız qolla üstələmişdi.

Cənubi Koreya millisi dünya çempionatlarında Avropa komandaları üzərində ardıcıl 3-cü qələbəsini qazanıb. Sözügedən komanda DÇ-2022-də Portuqaliyaya 2:1, DÇ-2018-də isə Almaniyaya 2:0 hesabı ilə qalib gəlib. Hər iki qarşılaşma qrup mərhələsində baş tutub.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

DÇ-2026
A qrupu
12 iyun

Cənubi Koreya – Çexiya 2:1
Qollar: İnbom, 67. Oh, 80 – Kreyçi, 59.

Xose Bordalas “Xetafe” ilə yeni müqavilə imzaladı

12 June 2026 at 10:00

2026/2027-ci illər mövsümündə İspaniyanı Konfrans Liqasında təmsil edəcək “Xetafe”də baş məşqçi Xose Bordalas ilə yeni müqavilə imzalanıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

62 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalandığı diqqətə çatdırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu yay başa çatırdı. Amma yeni müqaviləyə əsasən, ispan mütəxəssis 2028-ci ilin 30 iyununadək “Xetafe”də qalmalıdır.

Xatırladaq ki, Xose Bordalas 2023-cü ildən “Xetafe”yə rəhbərlik edir. O, daha öncə 2016-2021-ci illər aralığında da bu komandanın baş məşqçisi olub. Həmin vaxt Bordalas bu komandanı 212 oyuna çıxarıb. Xetafelilər bu görüşlərdə 83 qələbə qazanıb, 60 heç-heçə edib və 69 məğlubiyyətə üzülüblər. İndiki fəaliyyəti dövründə isə ispan məşqçi bu komanda ilə 133 oyun keçirib, 48 qələbə, 30 heç-heçə, 55 məğlubiyyət görüb.

Bordalas, “Valensiya”, “Alaves”, “Alkorkon”, “Elçe”, “Alkoyano”, “Herkules”, “Alikante”, “Novelda”, “Eldense”, “Benidorm” kimi komandaları da çalışdırıb.

Besnik Hasi – “Amedspor”un yeni baş məşqçisi!

12 June 2026 at 09:00

Albaniyalı futbol mütəxəssisi Besnik Hasi Türkiyə Super Liqasına vəsiqə qazanmış “Amedspor” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, baş məşqçi postunda Mesut Bakkalı əvəz edib.

Mesut Bakkal bu ilin fevral ayından “Amedspor”a rəhbərlik edirdi. Amma mövsümün sonunda klub rəhbərliyi təcrübəli mütəxəssislə yollarını ayırmışdı.

Besnik Hasi isə son olaraq Belçikanın “Anderlext” komandasına rəhbərlik edib. O, məşqçiliyə də elə 2008-ci ildə “Anderlext”də başlayıb. Amma 2016-cı ildə bu klubdan ayrılmış Hasi “Legiya” (Varşava), “Olimpiakos”, “Əl-Raed”, “Əl-Əhli, “Mexelen” kimi komandaları da çalışdırıb.

Hasi “Anderlext”ə 2025-ci ilin mart ayında qayıtsa da, bu ilin fevralında qovulmuşdu. Albaniyalı məşqçi həmin dövrdən bəri işsiz idi.

Joze Mourinyo yenidən “Real”da! – Rəsmi

12 June 2026 at 02:00

Portuqaliyalı futbol mütəxəssis Joze Mourinyo “Benfika” klubundan ayrılaraq İspaniya nəhəngi “Real”a (Madrid) baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

63 yaşlı portuqaliyalı mütəxəssislə 2029-cu ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Mourinyo komandaya iyunun 13-də qoşulacaq.

Məlumata görə, “Benfika”dan ayrılan məşqçi üçün Madrid klubu 15 milyon avro sərbəstqalma məbləği ödəyib.

Xatırladaq ki, Joze Mourinyo daha öncə 2010-2013-cü illərdə də “Real”a rəhbərlik edib. Həmin vaxt o, Madrid təmsilçisi ilə İspaniya La Liqasını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıb.

Mourinyo məşqçilik karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” və “Fənərbağça”nı da çalışdırıb.

DÇ-2026 Meksikanın qələbəsi ilə başladı

12 June 2026 at 01:05

Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanadada təşkil olunmuş futbol üzrə sayca 23-cü dünya çempionatına (DÇ-2026) bu gün start verilib.

Arena.az xəbər verir ki, mundialın açılış oyununda meydan sahiblərindən olan Meksika yığması Cənubi Afrika Respublikası ilə üz-üzə gəlib.

Qarşılaşma Mexikodakı məşhur “Asteka” stadionunda baş tutub. Braziliyalı hakim Vilton Sampayonun idarə etdiyi görüş meksikalıların inamlı qələbəsi ilə yekunlaşıb. Sampayo meydan sahiblərinin bir, afrikalıların isə 2 futbolçusunu meydandan qovub.

Dünya çempionatının ikinci yarış günündə daha iki qarşılaşma baş tutacaq. Bu gün səhər saatlarında Cənubi Koreya yığması Çexiya ilə qarşılaşacaq. Günün digər oyununda Kanada millisi Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.

DÇ-2026
A qrupu
11 iyun

Meksika – CAR 2:0
Qollar: Xulian Kinyones, 9. Raul Ximenes, 67.
Qırmızı vərəqələr: Sezar Montes, 90+2 – Yaya Sizole, 49. Zemba Zvane, 84.
Baş hakim: Vilton Sampayo (Braziliya)
Mexiko. “Asteka” stadionu.

12 iyun

A qrupu
06:00. Cənubi Koreya – Çexiya

B qrupu
23:00. Kanada – Bosniya və Herseqovina

Divayn Mukasa “Mançester Siti” ilə yeni müqavilə imzaladı

11 June 2026 at 23:30

İngiltərə Premyer Liqasının gümüş mükafatçısı “Mançester Siti” gənc mərkəz yarımmüdafiəçisi Divayn Mukasa ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Divayn Mukasa 2023-cü ildə “Vest Hem”dən “Mançester Siti”yə keçib. O, başa çatan mövsümü “Lester Siti”də icarə əsasında oynayıb. Mukasa Çempionşipdə 15 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib. Gənc futbolçu “şəhərlilər”in əsas komandasında da 6 oyun keçirib, 2 qola imza atıb.

Mukasa İngiltərənin U-16, U-17, U-18 yığmalarında forma geyinib, 2025-ci ildən də U-19-da çıxış edir.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Yunes Laşaab “Sabah”da!

11 June 2026 at 23:00

Futbol üzrə Fransa çempionatında mübarizə aparan “Lill” klubunun sol vingeri Yunes Laşaab bundan sonra “sabah”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Fransalı vinger Yunes Laşaab bundan sonra bu komandanın uğurları üçün çalışacaq. O, “Lill” klubundan 1 illik icarəyə götürülüb. Müqavilədə satınalma şərtinin olub-olmadığı açıqlanmır. Keçidin maliyyə detalları barədə də məlumat verilmir.

Laşaab “Lill” klubunun yetirməsidir. 21 yaşlı futbolçu karyerası ərzində bu klubun əsas və ikinci komandalarında çıxış edib. O, əsas komandanın heyətində cəmi 3 matça çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Sabah”ın yeni vingeri Fransada dünyaya göz açsa da, Əlcəzair vətəndaşlığını da daşıyır.

“Sabah” daha öncə CAR klubu “Kayzer Çifs”dən Eyden Makkartini də transfer etmişdi. Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç və Tellur Mütəllimovla yeni müqavilə imzalanıb. Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev və Nicat Mehbalıyev isə komandanı tərk ediblər.

“Qarabağ”da klubun idarə heyəti bir araya gəldi

11 June 2026 at 22:00

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ikincisi olan “Qarabağ”da klubun idarə heyətinin növbəti iclası keçirilib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

İclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə edilib.

Görüş zamanı UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə istifadə olunmuç və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.

Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və “Qarabağ”ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

AÇ: Azərbaycan yığmalarının rəqibləri bəlli oldu

11 June 2026 at 21:00

Azərbaycanın 17 və 19 yaşadək qadın futbolçulardan ibarət yığmalarının Avropa çempionatının (AÇ) birinci mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, bu gün 17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb. Püşkatma mərasimində Azərbaycan millilərinin də rəqibləri müəyyənləşib. B Liqasının 1-ci qrupunda yer almış U-17 millimiz İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşmış U-19 millimiz isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Amin Seydiyev “Zirə”də – Rəsmi

11 June 2026 at 20:00

2025/2026-cı illər mövsümü bitən kimi “Sabah”dan ayrılmış müdafiəçi Amin Seydiyev növbəti mövsümdən “Zirə”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “qartallar”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt təmsilçisi Amin Seydiyevi heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.

“Qəbələ”nin yetirməsi olan Amin Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, paytaxt komandasının heyətində meydana çıxdığı 186 oyunda 7 qola imza atıb, 8 məhsuldar ötürmə müəllifi olub. Amin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Sağ cinah müdafiəçisi olan futbolçu “Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğunu bayram edib, iki dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

2020-ci ildə Azərbaycan millisində debüt etmiş Seydiyev indiyə qədər meydana çıxdığı 13 matçda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Zirə” daha öncə Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov və Enrike Kustodio ilə yeni müqavilə imzalandığını açıqlamışdı. Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyev isə komandanı tərk ediblər.

Sənan Muradlı yenidən “Şamaxı”da!

11 June 2026 at 18:00

“Sumqayıt”ın sol cinah müdafiəçisi Sənan Muradlı yeni mövsümdə Premyer Liqanın digər təmsilçisi “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, “Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib. Şamaxı təmsilçisi futbolçunu “Sumqayıt”dan icarəyə götürüb. 20 yaşlı müdafiəçi ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Sənan Muradlı “Sumqayıt”ın yetirməsidir. O, bu klubun əsas komandasının heyətində 17 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Sənan daha öncə də “Şamaxı”da icarədə olub. Əyalət klubu onu 2025-ci ilin avqustunda da icarəyə götürmüşdü. Lakin “Sumqayıt” futbolçunu 2026-cı ilin fevralında geri qaytarmışdı. Sənan ötən mövsüm “Şamaxı”nın heyətində 6 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməmişdi.

Gənc müdafiəçi Azərbaycanın U-17 və U-19 yığmalarında oynayıb, 2025-ci ildən U-21 millimizdə çıxış edir.

“Karvan” Şakil Snonu da yola saldı

11 June 2026 at 18:00

2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Azərbaycan Premyer Liqasını tərk etmiş “Karvan” daha 2 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubla Emun Rüstəmov arasında bağlanmış icarə müqaviləsinin müddəti başa çatıb. Emin bu komandanın heyətində 16 oyun keçirib. Eminin yeni mövsümdən “Şamaxı”nın uğurları üçün çalışacağı da məlumdur.

Şakil Snonun da müqavilə müddəti başa çatıb. 30 yaşlı niderlandlı futbolçu, başa çatan mövsümdə bu komandanın heyətində 33 oyuna çıxıb və 1 qol vurub.

Yevlax klubu hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, sözügedən oyunçular 2025-ci ilin yayından Yevlax klubunun uğurları üçün çalışırdılar.

“Karvan” daha öncə Coy Slayd Mikels, Qavi Tompson, Pedro Mateus, Kayl Spens, Moise Nqvisani, Olavale Doyeni və İmani Barkerlə də yollarını ayırmışdı. Yevlax təmsilçisi baş məşqçisi Xaqani Məmmədovla da vidalaşmışdı.

Sözügedən komanda Premyer Liqaya 2025/2026-cı illər mövsümünün əvvəlində yüksəlsə də, elitadakı yerini qoruya bilməyib. Bu üzdən də klubun legionerlərini yola salıb, Birinci Liqada daha çox yerli futbolçulara güvənəcəyi gözlənilir.

“Şəfa” Premyer Liqaya yeni loqo ilə qoşulur

11 June 2026 at 17:00

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” futbol klubu loqosunu dəyişdirib.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.

Klub bu gün yeni loqosunu təqdim edib. Bildirilir ki, “bir klub, bir şəhər, bir tarix və bir ailə” devizi ilə yaradılan loqo klubun keçmişini, indisini və gələcəyini birləşdirən güclü rəmzlərdən ibarətdir.

Loqonun əsas elementlərindən olan qala Bakının tarixi rəmzi İçərişəhəri əks etdirir. Ulduz bu komandanın 2000/2001-ci illər mövsümündə qazandığı Azərbaycan Kubokunun təcəssümüdür və gələcəyə inamı, işığı və mənəvi yüksəlişi simvollaşdırır.

Alov Azərbaycan Dövlət Gerbindən ilhamlanıb, Odlar Yurdunun tükənməz enerjisini, tərəqqi və inkişafı ifadə edir. 1998 isə klubun təsis ilidir. Rənglərə gəlincə, Xəzər dənizini əks etdirən mavi sarsılmaz güvən, peşəkarlıq, azadlıq və sakitlik rəmzidir. Ağ saflıq, təmizlik, ədalət və yeni başlanğıcların simvoludur.

Xatırladaq ki, “Şəfa” 2025/2026-cı illər mövsümündə Birinci Liqanın qalibi olaraq Premyer Liqaya yüksəlib.

Xəyal Əliyev əməliyyat olundu

11 June 2026 at 16:00

Futbol üzrə Azərbaycan milli komandasının və sonuncu ölkə çempionu “Sabah”ın cinah hücumçusu Xəyal Əliyev əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Xəbərdə bildirilir ki, futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib. Madrid şəhərindəki klinikalardan birində baş tutmuş əməliyyat uğurla yekunlaşıb. Məlumatda Xəyalın yaşıl meydanlara nə zaman dönəcəyi açıqlanmayıb.

Xatırladaq ki, Xəyal Əliyev bir neçə gün öncə Azərbaycan milli komandasının heyətində Malta yığmasına qarşı keçirdikləri yoxlama görüşünün əvvəlindəcə əzələsindən zədə almış və əvəzlənmək məcburiyyətində qalmışdı. Baş məşqçi Ayxan Abbasov onun əvəzində Nəriman Axundzadəni meydana buraxmışdı. Qarşılaşma isə Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Xəyal “Sabah”ın heyətində geridə qalmış mövsümdə “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. Amma bu zədə səbəbindən o, “bayquşlar”a UEFA Çempionlar Liqasının oyunlarında kömək edə bilməyəcək.

Azərbaycan millisi FIFA reytinqində 2 pillə geri düşdü

11 June 2026 at 15:00

Son illərdə uğursuz nəticələrinə görə mütəmadi tənqid hədəfinə çevrilən Azərbaycan millisi FIFA reytinqində yenidən geriləyib.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv bu gün açıqlanmış yeni siyahıda 2 pillə irəliləyib.

Komandamız hazırda 1132,00 əmsalla 126-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi bu ay keçirdiyi yoxlama oyunlarında Maltaya məğlub olub (0:2), San Marino yığmasına isə qalib (2:1) gəlib.

Millimizin UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündəki rəqiblərindən Litva yığması (1056,85) 149-cu, Lixtenşteyn isə (797,70) 206-cı pillədə qərarlaşıb.

FIFA reytinqinin ilk pilləsində Argentina yığması yer alıb. İspaniya millisi ikinci, Fransa yığma komandası isə üçüncü pillədə yer alıb.

Reytinqin ilk 10 pilləsində bu komandalar qərarlaşıblar:

  1. Argentina – 1877,27
  2. İspaniya – 1874,71
  3. Fransa – 1870,70
  4. İngiltərə – 1828,02
  5. Portuqaliya – 1767,85
  6. Braziliya – 1765,86
  7. Mərakeş – 1755,10
  8. Niderland – 1753,57
  9. Belçika – 1742,24
  10. Almaniya – 1735,77

Samir Ələkbərov “Baku Sportinq”in baş məşqçisi oldu

11 June 2026 at 14:00

Veteran futbolçu, Azərbaycan milli komandasının və “Neftçi”nin əfsanəvi hücumçusu olmuş Samir Ələkbərov baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparan “Baku Sportinq”i çalışdracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin keçmiş üzvü 2019-cu ildən “Baku Sportinq”in sistemindədir. O, Buzovna təmsilçisinin akademiyasında koordinator vəzifəsində çalışırdı. Ələkbərov daha öncə “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” və “İrəvan” klublarında da çalışıb.

Xatırladaq ki, “Baku Sportinq” ötən mövsümə Kərim Diniyevin rəhbərliyi altında start vermişdi. Lakin o, 6-cı turdan sonra istefaya göndərilmişdi. Həmin vaxtdan bəri komandaya elə Samir Ələkbərov baş məşqçilik edirdi.

“Baku Sportinq” geridə qalmış mövsümdə topladığı 49 xalla 4-cü yeri tutub. Komanda keçirdiyi 27 oyunda 13 qələbə qazanıb, 10 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Pedro Bikalyo “Qarabağ”la yeni müqaviləyə imza atdı

11 June 2026 at 13:00

Premyer Liqanın gümüş medalçısı “Qarabağ”ın braziliyalı mərkəz yarımmüdafiəçisi Pedro Bikalyo Ağdam klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə bağlayıb. Razılaşmaya əsasən, Bikalyo 2029-cu ilin yayına qədər bu komandanın uğurları üçün mübarizə aparacaq.

Xatırladaq ki, Pedro Bikalyo 2025-ci ilin iyul ayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunun heyətində meydana çıxdığı 50 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlamış Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Xatırladaq ki, “Qarabağ” daha öncə Zəkəriyyə Savo və Jali Muaddibi transfer edib, Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşıb.

DÇ-2026 bu gün başlayır!

11 June 2026 at 12:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Meksika və Kanadada təşkil olunmuş futbol üzrə sayca 23-cü dünya çempionatına (DÇ-2026) bu gün start veriləcək.

Arena.az xəbər verir ki, bu dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq.

Mundial tarixdə ilk dəfə üç ölkənin birgə ev sahibliyi ilə təşkil olunacaq. Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 yox, 48 milli komanda mübarizə aparacaq.

Turnir çərçivəsində rekord sayda – 104 oyun keçiriləcək. Kabo Verde, Kurasao, İordaniya və Özbəkistan milliləri mundialda debüt edəcəklər.

Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.

Birləşmiş Ştatlarda oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Hyuston, Boston Kanzas, Nyu-York/Nyu-Cersi, Los Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.

Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur “Estadio Azteka” stadionunda baş tutacaq. Final qarşılaşması isə Nyu-Yorkda yerləşən “MetLife Stadium”da baş tutacaq.

DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur.

DÇ-2026
A qrupu
11 iyun

23:00. Meksika – CAR
Baş hakim: Vilton Sampayo (Braziliya)
Mexiko. “Estadio Azteka”.

Qrupların tərkibini bir daha xatırladırıq:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

“Zirə” 3 legioneri ilə yeni müqavilə bağladı

11 June 2026 at 11:00

Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 5-ci pillədə başa vurmuş “Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov və Elçin Əlicanovla 2 illik yeni müqavilə bağlayıb.

Həmçinin 2025/2026-cı illər mövsümünün əvvəlində “1+1” illik müqavilə imzalanmış Enrike Kustodionun anlaşmasındakı 1 illik bənd qüvvəyə minib.

Xatırladaq ki, “Zirə” daha öncə Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva və Anatoli Nuriyevlə yollarını ayırdığını açıqlamışdı.

Rəşad Sadıqovun rəhbərlik etdiyi qəsəbə təmsilçisi böyük ehtimalla yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Buna səbəb “Turan Tovuz”un məlum səbəblərdən avrokuboklardan kənarlaşdırılmasıdır. Düzdür, Tovuz klubu UEFA-nın bu qərarından İdman Arbitraj Məhkəməsinə şikayət ünvanlayıb. Amma bu qərarın dəyişdiriləcəyinə inam azdır. Bu üzdən də “Turan Tovuz”u məhz Zirənin eyniadlı təmsilçisinin əvəzləməsi gözlənilir.

Yoxlama oyunu: Portuqaliya və İngiltərədən qələbə

11 June 2026 at 10:00

Ötən gün dünyanın yaşıl meydanlarında futbol üzrə milli komandalar səviyyəsində bir neçə yoxlama oyunu keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri Portuqaliya və Nigeriya yığmaları arasında keçirilib.

Üç qolun qeydə alındığı oyun portuqalların qələbəsi ilə yekunlaşıb.

Dünya çempionatına (DÇ-2026) digər yığmalardan İngiltərə milli komandası Kosta Rikanı 3, Əlcəzair seçməsi isə Boliviyanı 4 cavabsız qolla məğlub edib.

Yoxlama oyunu
9 iyun

Pakistan – Əfqanıstan 2:0
Portuqaliya – Nigeriya 2:1
İngiltərə – Kosta Rika 3:0
Boliviya – Əlcəzair 0:4

Kiran Makkenna “İpsviç Taun”u tərk etdi – Gözlənilməz vida

11 June 2026 at 09:00

2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edəcək “İpsviç Taun”un baş məşqçisi Kiran Makkenna klubdan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 40 yaşlı mütəxəssis komandanı Premyer Liqaya qaytardıqdan bir ay sonra vəzifəsindən ayrılmaq istədiyini klub rəhbərliyinə bidirib. O, futbola bir müddət ara vermək istədiyini diqqətə çatdırıb. Klub onun istefasını qəbul edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Kiran Makkenna 2021-ci ilin dekabr ayından “İpsviç Taun”a rəhbərlik edirdi. Şimali İrlandiyadan olan mütəxəssis bu komandanı bütövlükdə 222 oyuna çıxarıb. “İpsviç Taun” bu görüşlərdə 106 qələbə qazanıb, 60 heç-heçə edib, 56 məğlubiyyətə üzülüb.

2025/2026-cı illər mövsümündə “İpsviç Taun” Makkenanın rəhbərliyi altında Çempionşipi 84 xalla ikinci sırada başa vuraraq cəmi bir illik fasilədən sonra Premyer Liqada iştirak hüququ qazanıb.

Markos Senesi rəsmən “Tottenhem”də!

10 June 2026 at 23:00

29 yaşlı argentinalı mərkəz müdafiəçisi Markos Senesi “Bornmut”dan ayrılaraq İngiltərənin digər klubu “Tottenhem”ə keçib.

Arena.az xəbər verir ki, Senesi “Bornmut”u azad agent qismində tərk edib.

Tərəflər 2025/2026-cı illər mövsümün sonunda başa çatmış ortaq müqaviləni yeniləməmək qərarına gəliblər. Senesi isə azad agent kimi Premyer Liqanın digər təmsilçisi “Tottenhem”ə üz tutub. Argentinalı futbolçu London təmsilçisi ilə 4 illik (2030-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.

Markos Senesi 2022-ci ilin avqust ayında 15 milyon avro müqabilində Niderlandın “Feyenoord” klubundan “Bornmut”a keçmişdi. Argentinalı futbolçu İngiltərə klubunun heyətində 128 oyuna çıxıb. O, bu oyunlarda 6 qola imza atıb, 10 məhsuldar ötürmə verib.

Senesi daha öncə “Feyenoord”da (116 oyun, 9 qol, 7 assist) və yetirməsi olduğu Argentinanın “San Lorenso” (72 oyun, 1 qol, 4 assist) klubunda çıxış edib.

Argentinanın U-20 və U-23 yığmalarında da oynamış Senesi 2022-ci ildə debüt etdiyi əsas millinin heyətində cəmi 3 matç keçirib.

Azərbaycan Premyer Liqasında yay bazarlığı – Yenilənir

17 June 2026 at 00:00

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar yay transfer pəncərəsində heyətlərini gücləndirməyə çalışırlar.

Arena.az sizi Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni transferləri, eləcə də komandalardan göndərilən futbolçuların siyahısı ilə tanış edir:

SABAH

Gələn: Eyden Makkarti (“Kayzer Çifs”, CAR), Yunes Laşaab (“Lill”, Fransa, icarə), Junior Almeyda (“Maritimo”, Portuqaliya)
Gedən: Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev (“Zirə”), Nicat Mehbalıyev (“Şəfa”)
Müqavilə müddətini artıran: Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov, Patrik Mbina

QARABAĞ

Gələn: Zəkəriyyə Savo (“Yurqorden”, İsveç), Jali Muaddib (“Omoniya”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya)
Gedən: Toral Bayramov (“Bursaspor”, Türkiyə), Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina
Müqavilə müddətini artıran: Pedro Bikalyo

TURAN TOVUZ

Gələn: Dioqo Balau (“Şamaxı”)
Gedən: Şəhriyar Əliyev, Filip Ozobiç
Müqavilə müddətini artıran:

NEFTÇİ

Gələn: Rüfət Abbasov (“Şamaxı”), Rza Cəfərov (“Qəbələ”, icarədən qayıdıb)
Gedən: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov (“Pafos”, Kipr)
Müqavilə müddətini artıran:

ZİRƏ

Gələn: Amin Seydiyev (“Sabah”)
Gedən: Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə (“Varajdin”, Xorvatiya, icarə müddəti bitib), Tyaqo Silva, Anatoli Nuriyev
Müqavilə müddətini artıran: Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

ARAZ-NAXÇIVAN

Gələn: Luka Dumançiç (“Persis”, İndoneziya)
Gedən: Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram (“Petrokub”, Moldova), Felipe Santos, Ba-Muaka Simakala
Müqavilə müddətini artıran: Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev

SUMQAYIT

Gələn:
Gedən: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı (“Şamaxı”, icarə)
Müqavilə müddətini artıran:

ŞAMAXI

Gələn: Uğur Cahangirov (“Karvan”), Emin Rüstəmov (“Karvan”), Sənan Muradlı (“Sumqayıt”, icarə), Ceyhun Bağırzadə (“Qəbələ”)
Gedən: Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov (“Şəfa”), Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov (“Neftçi”), Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike (“Alaşkert”, Ermənistan), Ravil Qafarov, Dioqo Balau (“Turan Tovuz”)
Müqavilə müddətini artıran: Abdulla Seydəhmədov, Həbib İsmayılov

İMİŞLİ

Gələn:
Gedən:
Müqavilə müddətini artıran: Tuncay Yusifli

KƏPƏZ

Gələn:
Gedən: Rauf Hüseynli (“Şəfa”), Məmməd Hüseynov (“Şəfa”)
Müqavilə müddətini artıran: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

QƏBƏLƏ

Gələn:
Gedən: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (“Stellenboş”, CAR, icarə müddəti bitib), Rza Cəfərov (“Neftçi”, icarə müddəti bitib), Sambu Sissoko (“Valensyen”, Fransa, icarə müddəti bitib), Murad Musayev (“Şəfa”), Adriel Ba Lua, Ceyhun Bağırzadə (“Şamaxı”)
Müqavilə müddətini artıran:

ŞƏFA

Gələn: Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Arsen Ağcabəyov (“Şamaxı”), Murad Musayev (“Qəbələ”), Məmməd Hüseynov (“Kəpəz”)
Gedən: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqavilə müddətini artıran: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

❌
❌