Patrik Vieyra Deklan Raysı təriflədi
21 October 2025 at 20:30
Fransa yığmasının keçmiş dayaq yarımmüdafiəçisi Patrik Vieyra, “Arsenal”ın mərkəz yarımmüdafiəçisi Deklan Raysı qiymətləndirib. Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Deklan Raysın böyük pərəstişkarıyam. O, mükəmməl yarımmüdafiəçidir. Fəal hərəkət edir, hücuma getməyə qadirdir, top çalmağı bacarır. Rays çox qüvvətlidir və ən yaxşılardan biridir”…