Normal view

Before yesterdayMain stream

Messi DÇ tarixinin məhsuldar ötürmə rekordunu yenilədi

16 July 2026 at 06:00

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində məhsuldar ötürmələrin sayına görə öz rekordunu yaxşılaşdırıb.

Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın İngiltərə ilə yarımfinal görüşündə iki məhsuldar ötürmə müəllifi olub.

Bununla da Messinin dünya çempionatlarındakı məhsuldar ötürmələrinin sayı 12-yə yüksəlib.

Bu göstəricidə ikinci pillədə Argentinanın digər əfsanəsi Dieqo Maradona qərarlaşıb. Onun hesabında 8 məhsuldar ötürmə var.

2023-cü ildən ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən Messi daha əvvəl “Barselona” və PSJ formalarını geyinib. O, Argentina millisi ilə 2022-ci il dünya çempionu, 2014-cü il dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya çempionu, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub. Hücumçu eyni zamanda 8 “Qızıl top” mükafatı ilə də rekordçudur.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq.

ÇL: 2-ci raundun bütün cütləri bəlli oldu

16 July 2026 at 02:00

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün ikinci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, ilk raundun cavab oyunlarından sonra dəqiqləşib.

Azərbaycan çempionu “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində Finlandiyanın KuPS komandası ilə üz-üzə gələcək. Digər cütlərdə isə aşağıdakı komandalar qarşılaşacaqlar:

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
17 iyul – 21/22 iyul

Myalbu (İsveç) – Linkoln (Cəbəllüttariq)
Larne (Şimali İrlandiya) – Srvena Zvezda (Serbiya)
Sabah (Azərbaycan) – KuPS (Finlandiya)
Klaksvik (Farer adaları) Kauno Jalgiris (Litva)
Orhus (Danimarka) – Lex (Poznan, Polşa)
Ararat (Ermənistan) – Şemrok Rovers (İrlandiya)
Levski (Bolqarıstan) – Universitatya (Krayova, Rumıniya)
Omoniya (Kipr) – Kayrat (Qazaxıstan)
Tyun (İsveçrə) – Dinamo (Zaqreb, Xorvatiya)
Vikinqur (İslandiya) – Hapoel (Beer Şeva, İsrail)
İberiya (Gürcüstan) – Slovan (Bratislava, Slovakiya)
Eqnatiya (Albaniya) – Çelye (Sloveniya)
Fənərbağça (Türkiyə) – Qornik (Polşa)
Ştrum Qras (Avstriya) – Harts (Şotlandiya)

Konfrans Liqasında daha 2 komanda 2-ci raunda yüksəldi

16 July 2026 at 00:30

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” Kosovoda “Vlajniya”ya 5 cavabsız qolla qalib gələrək növbəti mərhələyə adlayıb. Digər oyunda isə “Liepaya” “Deçiç”i mübarizədən kənarlaşdırıb.

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə”nin “Torpedo” (Kutaisi, Gürcüstan) ilə cavab oyunu isə iyulun 16-da baş tutacaq.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
14 iyul

La Fiorita (San Marino) – Strassen (Lüksemburq) 0:2 (ilk oyun 0:1)

15 iyul

Malişeva (Kosovo) – Vlajniya (Albaniya) 5:0 (1:2)
Deçiç (Monteneqro) – Liepaya (Latviya) 1:2 (0:1)

16 iyul

19:00. Astana (Qazaxıstan) – Dinamo Siti (Albaniya) (0:1)
19:00. İnter Turku (Finlandiya) – Sarayevo (Bosniya və Herseqovina) (1:1)
19:00. Yelimay (Qazaxıstan) – Alakşkert (Ermənistan) (1:1)
20:00. İlves (Finlandiya) – Differdanj (Lüksemburq) (0:0)
20:00. Payde (Estoniya) – Hegelmann (Litva) (1:1)
20:00. Pünik (Ermənistan) – Marsaxlokk (Malta) (3:0)
20:00. Sent Jozefs (Cəbəllüttariq) – Bohemians (İrlandiya) (0:2)
20:00. Torpedo (Kutaisi, Gürcüstan) – Zirə (Azərbaycan) (0:3)
20:30. Levadiya (Estoniya) – Kaernarfon Taun (Uels) (5:0)
20:30. RFS (Latviya) – Qlentoran (Şimali İrlandiya) (2:1)
21:00. BATE (Belarus) – Elbasani (Albaniya) (1:1)
21:00. Dinamo (Tiflis, Gürcüstan) – Mondorf (Lüksemburq) (2:1)
21:00. Santa Koloma (Andorra) – Penibont (Uels) (1:0)
21:00. Milsami (Moldova) – Veles (Bosniya və Herseqovina) (1:1)
21:00. Vikinqur (Şimali İrlandiya) – Styarnan (İslandiya) (1:3)
21:00. Jalgiris (Litva) – Petrovaç (Monteneqro) (3:1)
21:30. Hamrun Spartans (Malta) – Runavik (Farer adaları) (1:1)
22:00. Balkani (Kosovo) – Nomads (Uels) (0:0)
22:00. Şkendiya (Şimali Makedoniya) – Europa (Cəbəllüttariq) (5:0
22:00. Sileks (Şimali Makedoniya) – Dinamo (Minsk, Belarus) (1:0)
22:45. Linfild (Şimali İrlandiya) – Nomme Kalyu (Estoniya) (0:1)
22:45. Mornar (Monteneqro) – Atletik Eskaldes (Andorra) (1:2)
23:00. Virtus (San Marino) – Dila (Gürcüstan) (1:3)

Qurban Qurbanov: “Uzun yol qət etmişik, yorğunluq var”

15 July 2026 at 23:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, İslandiya və Azərbaycan təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Reykyavikdə baş tutacaq.

Qurban Qurbanov bu gün oyundan öncə təşkil etmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna tam hazırdır. Həm rəqibi artıq yaxından tanıyırıq, həm də oyunumuzu analiz etmişik. Düzdür, uzun yol qət etmişik, yorğunluq var. Buna baxmayaraq, inanıram ki, futbolçular sabah matça tam hazır olacaqlar və özlərini yaxşı motivasiya edəcəklər. Hava durumu da əlverişlidir, əsl futbol havasıdır.

Heyətdə müəyyən dəyişikliklər ola bilər. Lakin kimin meydana çıxmasından asılı olmayaraq, hər kəs əlindən gələni edəcək. Start heyəti ilə bağlı qərar vermək üçün sabaha qədər vaxtımız var. Çalışacağıq ki, oyundan öncə konkret fikrimizi müəyyənləşdirib həyata keçirək”.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk matçda “Qarabağ” “Vestri”yə 3:0 hesabı ilə qalib gəlib.

Vüsal İsgəndərli Konfrans Liqasında 5 qola sevindi

15 July 2026 at 22:00

Futbol üzrə Azərbaycan milli komandasının cinah hücumçusu Vüsal İsgəndərli Kosovo klubu “Malişeva”nın heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçunun yeni komandası Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün Albaniyanın “Vlajniya” kollektivi ilə üz-üzə gəlib.

“Malişeva” bu rəqiblə səfər oyununda 1:2 hesabıyla məğlub olmuşdu. Vüsal həmin görüşün 64-cü dəqiqəsində meydana çıxmaqla yeni komandasının heyətində debüt etmişdi.

Bu gün baş tutmuş cavab görüşündə isə İsgəndərlinin komandası 5:0 hesabıyla qalib gələrək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycanlı futbolçu bu dəfə start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə, hesab 4:0 olarkən əvəzlənib. O, 46-cı dəqiqədə sarı vərəqə alıb, 45+2-ci dəqiqədə isə komandasının vurduğu 2-ci qolda məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Vüsalın komandası növbəti raundda Şotlandiya təmsilçisi “Hibernian”la qarşılaşacaq. İlk oyun iyulun 23-də Kosovoda, cavab görüşü ayın 30-da Şotlandiyada keçiriləcək.

Xatırladaq ki, Vüsal İsgəndərli “Malişeva”ya bu yay qoşulub. O, Kosovo klubunun heyətində artıq 2 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Millimizin futbolçusu son olaraq Albaniyanın “Partizani” klubunda çıxış edib. O, Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçmişdi. Hücumçu geridə qalmış mövsümdə bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Rəşad Sadıqov: “Torpedo”nu keçmək istəyiriksə…”

15 July 2026 at 21:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo” ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Kutaisidə təşkil ediləcək.

Bir həftə öncə Bakıda keçirilmiş oyundan 3:0 hesablı qələbə ilə ayrılmış “qartallar”ın baş məşqçisi bu gün baş tutmuş mətbuat konfransında rəqibin güclü komanda olduğunu bildirib:

“Bizi təcrübəli və adlı-sanlı komanda ilə oyun gözləyir. İlk matçdan sonra üstünlüyümüz var. Rəqibin keyfiyyətli heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş dəstəyi var. Onlar avrokuboklarda kifayət qədər təcrübəyə malikdirlər. Sabah qarşıdurmanın gedişatını dəyişmək üçün əllərindən gələni edəcəklər. Biz buna hazırıq. Maraqlı 90 dəqiqə olacaq. Ümid edirəm ki, növbəti mərhələyə əsas vaxtda yüksələcəyik”.

Rəşad Sadıqov komandasının ilk oyundan daha yaxşı çıxış etməli olduğunu vurğulayıb:

“İstərdim ki, fiziki baxımdan ilk oyundan daha yaxşı vəziyyətdə olaq. Mövsümün ilk rəsmi matçı həmişə çətin keçir. Bilirik ki, rəqib sabah daha yaxşı oynayacaq. Növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki, həm də taktiki baxımdan daha keyfiyyətli oyun göstərməliyik. Optimal fiziki formaya çatmaq üçün isə 3-4 rəsmi oyun keçirmək lazımdır”.

Rəşad Sadıqov Azərbaycan Premyer Liqasındakı hədəflərindən də danışıb:

“Transfer pəncərəsinin bağlanmasına hələ 45-50 gün var. Hamımız “Qarabağ”ın və “Sabah”ın hansı səviyyədə olduğunu bilirik. “Turan Tovuz” ötən mövsüm uğurlu çıxış etdi və transfer bazarında da fəaldır. “Neftçi”nin bu ilin əvvəlindən göstərdiyi inkişaf da göz qabağındadır. Bu dörd komandanın yeni mövsümdə iddialı olacağını anlayırıq. Biz isə medal uğrunda mübarizə aparacaq beşinci komanda olmaq istəyirik. Bunun üçün uğurlu transfer dövrü keçirməliyik. Eyni zamanda “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ”ni də hesabdan silmək olmaz”.

Voleybol komandalarımızın avrokuboklardakı rəqibləri bəlli oldu

15 July 2026 at 18:00

Azərbaycanı avrokuboklarda təmsil edəcək voleybol komandalarının 2026/2027-ci illər mövsümündəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, qadınlardan ibarət “Turan” komandası Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivi ilə üz-üzə gələcək.

İlk qarşılaşma 20-22 oktyabrda evdə, cavab matçı 27-29 oktyabrda səfərdə baş tutacaq.

Kişilərdən ibarət “Xilasedici” komandası Çempionlar Liqasında Portuqaliya təmsilçisi “Sportinq”lə görüşəcək. İlk matçlar 2-5, cavab qarşılaşmaları 10-12 noyabrda gerçəkləşəcək.

Qadınlardan ibarət “DH Volley” komandası Çağırış Kubokunun 1/32 finalında “Holte” (Danimarka) ilə üz-üzə gələcək. İlk oyun 27-29 oktyabrda evdə, cavab oyunu 3-5 noyabrda səfərdə keçiriləcək.

Kişilər arasında Çağırış Kubokunda “Ordu” uğur qazanmağa çalışacaq. Komandamızın rəqibi Norveçin “Ferde” kollektivi olacaq. “Hərbçilər” ilk görüşü 10-12 noyabrda evdə, cavab matçını 17-19 noyabrda səfərdə keçirəcəklər.

ÇL: “İberiya” 2-ci raunda vəsiqə qazandı

15 July 2026 at 02:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Sabah” TNS-i səfərdə də məğlub edərək növbəti raunda yüksəlib. Bakı təmsilçisini növbəti mərhələdə ilk KuPS ilə görüşlər gözləyir. Finlandiya çempionu da ilk raundda “Vardar”ı mübarizədən kənarlaşdırıb.

Gürcüstan çempionu “İberiya” isə Flora (Estoniya) səddini çətinliklə də olsa, keçə bilib.

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin qalan cavab görüşləri iyulun 15-də baş tutacaq.

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin cavab görüşləri iyulun 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
14 iyul

KuPS (Finlandiya) – Vardar (Şimali Makedoniya) 2:3 (ilk oyun 2:0)
İberiya (Gürcüstan) – Flora (Estoniya) 2:2 (3:2)
İnter Eskaldes (Andorra) – Linkoln (Cəbəllüttariq) 1:1 (1:3)
Dyor ETO (Macarıstan) – Vikinqur (İslandiya) 2:2 (0:1)
Riqa (Latviya) – Ararat (Ermənistan) 3:2 (0:2)
Levski (Bolqarıstan) – Borats (Bosniya və Herseqovina) 4:0 (1:1)
TNS (Uels) – Sabah (Azərbaycan) 1:2 (0:2)
Drita (Kosovo) – Kauno Jalgiris (Litva) 2:3 (1:1)
Larne (Şimali İrlandiya) – Tre Fiori (San Marino) 2:1 (1:0)
Şemrok Rovers (İrlandiya) – Floriana (Malta) 5:1 (0:2)

15 iyul

21:30. Universitatya (Krayova, Rumıniya) – Vitebsk (Belarus) (4:1)
22:15. Atert Bissen (Lüksemburq) – Klaksvik (Farer adaları) (1:2)
23:00. Eqnatiya (Albaniya) – Petrokub (Moldova) (1:1)
23:00. Sutyeska (Monteneqro) – Kayrat (Qazaxıstan) (1:2)

“Strassen” Konfrans Liqasında 2-ci raunda yüksəldi

15 July 2026 at 01:30

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Lüksemburqun “Strassen” komandası doğma meydanda minimal hesabla üstələdiyi “La Fiorita”nı San Marinoda da yenərək növbəti mərhələyə vəsiqə qazanmış ilk kollektiv olub.

Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə”nin “Torpedo” (Kutaisi, Gürcüstan) ilə cavab oyunu isə iyulun 16-da baş tutacaq.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
14 iyul

La Fiorita (San Marino) – Strassen (Lüksemburq) 0:2 (ilk oyun 0:1)

15 iyul

18:30. Malişeva (Kosovo) – Vlajniya (Albaniya) (1:2)
22:00. Deçiç (Monteneqro) – Liepaya (Latviya) (0:1)

16 iyul

19:00. Astana (Qazaxıstan) – Dinamo Siti (Albaniya) (0:1)
19:00. İnter Turku (Finlandiya) – Sarayevo (Bosniya və Herseqovina) (1:1)
19:00. Yelimay (Qazaxıstan) – Alakşkert (Ermənistan) (1:1)
20:00. İlves (Finlandiya) – Differdanj (Lüksemburq) (0:0)
20:00. Payde (Estoniya) – Hegelmann (Litva) (1:1)
20:00. Pünik (Ermənistan) – Marsaxlokk (Malta) (3:0)
20:00. Sent Jozefs (Cəbəllüttariq) – Bohemians (İrlandiya) (0:2)
20:00. Torpedo (Kutaisi, Gürcüstan) – Zirə (Azərbaycan) (0:3)
20:30. Levadiya (Estoniya) – Kaernarfon Taun (Uels) (5:0)
20:30. RFS (Latviya) – Qlentoran (Şimali İrlandiya) (2:1)
21:00. BATE (Belarus) – Elbasani (Albaniya) (1:1)
21:00. Dinamo (Tiflis, Gürcüstan) – Mondorf (Lüksemburq) (2:1)
21:00. Santa Koloma (Andorra) – Penibont (Uels) (1:0)
21:00. Milsami (Moldova) – Veles (Bosniya və Herseqovina) (1:1)
21:00. Vikinqur (Şimali İrlandiya) – Styarnan (İslandiya) (1:3)
21:00. Jalgiris (Litva) – Petrovaç (Monteneqro) (3:1)
21:30. Hamrun Spartans (Malta) – Runavik (Farer adaları) (1:1)
22:00. Balkani (Kosovo) – Nomads (Uels) (0:0)
22:00. Şkendiya (Şimali Makedoniya) – Europa (Cəbəllüttariq) (5:0
22:00. Sileks (Şimali Makedoniya) – Dinamo (Minsk, Belarus) (1:0)
22:45. Linfild (Şimali İrlandiya) – Nomme Kalyu (Estoniya) (0:1)
22:45. Mornar (Monteneqro) – Atletik Eskaldes (Andorra) (1:2)
23:00. Virtus (San Marino) – Dila (Gürcüstan) (1:3)

Dambrauskas: “Bakıya qayıdan kimi onları analiz edəcəyik”

15 July 2026 at 00:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionları arasındakı cavab görüşündə də qələbəni “Sabah” bayram edib – 2:1.

Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və “Sabah” azarkeşlərini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik etmək istəyirəm. Fikrimcə, ən vacib məqam məhz budur. İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq.

Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə birinci, daha sonra isə ikinci qolu vurduq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Əlbəttə, daha bir qol vurmaq istəyirdik. Bunun üçün imkanlarımız da oldu, lakin onlardan istifadə edə bilmədik. Rəqibin də bir neçə yarımfürsəti oldu, onlar da bu imkanları dəyərləndirmədilər. Matçın sonunda buraxdığımız qol isə səhvimizin nəticəsi idi. Qarşılaşmanı qapımızı toxunulmaz saxlamaqla başa vurmaq daha xoş olardı. Bununla belə, iki oyunun yekun nəticəsini müsbət qiymətləndirirəm”.

Dambrauskas növbəti mərhələdə qarşılaşacaqları Finlandiya çempionu KuPS barədə çox danışmaq istəməyib:

“İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Növbəti mərhələdə Finlandiyanın KuPS komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, KuPS-in hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik. Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq”.

“Sabah” İngiltərədə TNS-lə üz-üzə

14 July 2026 at 09:00

Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, ÇL-də ilk mövsümünü keçirən paytaxt klubu startda Uels çempionu TNS ilə qarşılaşır.

Bu komandalar arasındakı ilk oyun Masazırda baş tutub və təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı cavab görüşü isə İngiltərədə keçiriləcək. Osvestridəki “Park Holl”da baş tutacaq oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan çempionu heç-heçə, hətta minimal hesablı məğlubiyyət sayəsində də növbəti mərhələyə adlayacaq. Amma “bayquşlar”ın ÇL-dəki debüt mövsümündə mərhələni iki qələbə ilə adlaması daha möhtəşəm olacaq.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
14 iyul

21:30. TNS – Sabah
Hakimlər: Mateo Buskets Ferrer, İnyiqo Prieto, Qonsalo Qarsiya Qonsales, Migel Anxel Ortis Arias (İspaniya).
Osvestri. “Park Holl”.

Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14 July 2026 at 01:00

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub yeni mövsüm öncəsi Sloveniyada həyata keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında iyulun 13-də başa vurduqları toplanışla bağlı bunları söyləyib:

“Təlim-məşq toplanışı yaxşı keçdi. Uşaqlar kifayət qədər yaxşı fiziki yüklənmə aldılar. “Osiyek”lə keçirdiyimiz oyun mənə hər şeydən çox xoş təsir bağışladı. Çünki bu matçda həm intensivlik, həm də sürət var idi. Görünürdü ki, futbolçular tədricən lazımi səviyyəyə çatırlar. Məğlub olmağımız psixoloji baxımdan müəyyən çətinlik yarada bilər. Bununla belə, hesab edirəm ki, ən vacib məsələ bu deyil. Əsas odur ki, təlim-məşq toplanışını, demək olar, zədəsiz başa vurduq. Hamı sağ-salamatdır. Artıq Bakıya qayıdırıq. Futbolçulara istirahət verəcəyik. Daha sonra isə ayın 23-də keçiriləcək oyuna hazırlaşacağıq. Rəqibimizin kim olacağını ayın 16-da öyrənəcəyik. Düşünürəm ki, hər şey plan üzrə gedir”.

Vernidub yeni transferlər haqda təəssüratlarını bölüşüb:

“Yeni transferlərin komandaya necə uyğunlaşması mənim xoşuma gəlir. Onlar yaxşı anlaşırlar. Fikrimcə, yenilərin sayəsində güclənmişik. Bu mənada, heyətdə qalan futbolçuları da qeyd etməliyəm. Komandanın özəyi var. Bununla belə, düşünürəm ki, heyətimizi komplektləşdirməyə ehtiyac var. Çünki elə mövqelər var ki, Allah eləməsin, kimsə zədələnsə, dərhal problemlər yarana bilər. Buna görə də bu istiqamətdə işləyirik. Əlimizdən gələni edəcəyik ki, komandamıza daha gənc və onu gücləndirə biləcək oyunçular cəlb edək”.

Yuri Vernidub komandasının Avropa Konfrans Liqasına hazır olduğunu deyib:

“Hesab edirəm ki, tam hazırıq. Çünki yaxşı təlim-məşq toplanışı oldu. Bakıda keçirdiyimiz 8 gün ərzində hazırlığımızın təməlini qoyduq. 4 yoxlama oyunu keçirdik – 1-də qalib gəlib, 3-də məğlub olduq. Deyə bilərəm ki, rəqiblərimiz kifayət qədər güclü komandalar idi. “Partizan” və ÇFR (Kluj) də Konfrans Liqasında çıxış edəcəklər. “Osiyek” isə Xorvatiya çempionatında, adətən üst sıralarda yer alan klubdur. Hazırda onların müəyyən maliyyə problemləri var və buna görə ötən mövsümü istədikləri kimi keçirə bilməyiblər. Buna baxmayaraq, çox möhkəm komanda olduğu görünür. Xorvatiyada futbol məktəbi həmişə yüksək səviyyədə olub. Buna görə də düşünürəm ki, hər şey qaydasındadır. Ən əsası odur ki, hamımız evə sağ-salamat qayıdırıq. Mənim üçün ən vacib olan da budur”.

“Neftçi” Sloveniyada “Osiyek”ə məğlub oldu

13 July 2026 at 22:30

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşıb.

“Ağ-qaralar” Lendava stadionunda baş tutmuş bu görüşdə 0:1 hesabı ilə məğlub olublar. Yeganə qolu matçın 74-cü dəqiqəsində Admir Lyatifi vurub.

Baş məşqçi Yuri Vernidub bu oyunda aşağıdakı heyətə güvənib: 13. Kenan Piriç (1. Emil Balayev, 46), 5. İqor Ribeyro (17. Murad Xaçayev, 75), 6. Sessi D’Almeyda (18. İfeanyi Metyu, 63), 8. Emin Mahmudov (k) (7. Emil Səfərov, 46), 11. İmad Faraj, 20. Qustavo Klisman (4. Elvin Camalov, 75), 24. Mustafa Sek (3. Rüfət Abbasov, 46), 29. Lyubomir Tupta (97. Bassala Sambu, 63), 33. Breno Almeyda (70. Andrey Ştoqrin, 75), 55. Endryu Qravilyon (14. Elvin Bədəlov, 75), 77. Falaye Sako.

“Ağ-qaralar” bu yoxlama oyunu ilə toplanışı başa vurub. Komanda sabah Bakıya qayıdacaq.

“Neftçi” daha öncə iyulun 2-də ÇFR (Kluj, Rumıniya, 1:2), 6-da “Partizan” (Serbiya, 0:1), 10-da isə “Radniçki” (Niş, Serbiya, 3:0) ilə yoxlama oyunları keçirmişdi.

Lionel Messi DÇ-də daha 2 rekorda imza atdı, 2 seriyası qırıldı

12 July 2026 at 13:00

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/4 finalında İsveçrə ilə keçirilən oyunda dünya çempionatları tarixinə daha iki rekord yazdırıb.

Arena.az xəbər verir ki, 39 yaşlı hücumçu start heyətində meydana çıxmaqla dünya çempionatlarının pley-off mərhələlərində keçirdiyi oyunların sayını 15-ə çatdırıb və bu göstəricidə Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozenu geridə qoyaraq mütləq rekordçu olub. Messi daha əvvəl Kloze ilə birlikdə 14 oyunla ilk pilləni bölüşürdü.

Bununla yanaşı, argentinalı ulduz qarşılaşmada Aleksis Makallisterin vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub. Bununla da o, dünya çempionatları tarixində məhsuldar ötürmələrinin sayını 10-a çatdırmış ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Lionel Messi əvvəlki – Misirlə 1/8 final matçında (3:2) dünya çempionatları tarixinin məhsuldar ötürmələr üzrə rekordunu yeniləmiş, bu göstəricidə həmyerlisi Dieqo Maradonanı geridə qoymuşdu.

Lakin İsveçrə ilə görüşdə qol vura bilməyən Messi iki rekord seriyasının da başa çatmasına səbəb olub. O, DÇ-2022-nin 1/8 finalından bəri davam edən ardıcıl doqquz oyunluq qol seriyasını başa vurub. Bu müddətdə argentinalı hücumçu 13 dəfə fərqlənmişdi.

Bundan başqa, onun dünya çempionatlarının pley-off mərhələsində ardıcıl altı oyunda qol vurmaq seriyası da qırılıb. Messi DÇ-2022-də pley-offun dörd görüşündə, DÇ-2026-da isə ilk iki pley-off matçında rəqib qapısına yol tapmışdı.

Hazırda ABŞ klubu “İnter Mayami”nin formasını geyinən Lionel Messi karyerası ərzində “Barselona” və PSJ-də çıxış edib. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə gümüş medal qazanıb, həmçinin iki dəfə Amerika Kubokunun (2021, 2024) qalibi olub. Messi həmçinin 8 dəfə “Qızıl top” mükafatına layiq görülməklə də rekordçudur.

Jorje Jezus – Portuqaliya millisinin yeni baş məşqçisi!

10 July 2026 at 22:00

Portuqaliya Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçi vəzifəsinə təyinatla bağlı Jorje Jezus ilə razılıq əldə olunduğunu açıqlayıb.

Arena.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssislə 4 illik (2030-cu ilin 31 iyulunadək) müqavilə imzalanıb.

Jezus bu vəzifədə dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmış komandanın baş məşqçiliyi postundan ayrılmış Roberto Martinesi əvəzləyib.

Təcrübəli portuqaliyalı mütəxəssis son olaraq 2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırıb. O, komandanı ölkə çempionluğuna daşıdıqdan sonra vəzifəsindən ayrıldığını açıqlamışdı.

Bundan əvvəl Jezus iki fərqli dövrdə “Əl-Hilal”a rəhbərlik edib (2018–2019 və 2023–2025). Onun rəhbərliyi altında Ər-Riyad təmsilçisi bir dəfə Səudiyyə Ərəbistanı çempionu və ölkə kubokunun qalibi olub, üç dəfə isə super kuboku qazanıb.

Jorje Jezus məşqçilik karyerası ərzində Portuqaliyanın “Benfika”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Moreyrense” və “Vitoriya” (Gimaraynş), Braziliyanın “Flamenqo”, həmçinin Türkiyənin “Fənərbağça” komandalarını da çalışdırıb.

Jezus “Benfika” ilə üç dəfə Portuqaliya çempionu (2010, 2014, 2015), bir dəfə ölkə kubokunun (2014), beş dəfə isə super kubokun (2010, 2011, 2012, 2014, 2015) qalibi olub.

“Neftçi” “Radniçki”yə 3 cavabsız qolla qalib gəldi

10 July 2026 at 21:30

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Yuri Vernidubun çalışdırdığı komanda Serbiyanın “Radniçki” (Niş) kollektivi ilə üz-üzə gəlib.

“Ağ-qaralar” bu oyunda 3:0 hesabı ilə qalib gəliblər. Beltinçi stadionunda baş tutmuş görüşdə Breno Almeyda 2-ci və 26-cı dəqiqlərdə fərqlənməklə dubla imza atıb. Oyunda son nötqəni isə 82-ci dəqiqədə rəqib qapısına yol tapmış Ağadadaş Salyanski qoyub.

Yuri Vernidub bu oyunda aşağıdakı heyətə üstünlük verib: 1. Emil Balayev (93. Rza Cəfərov, 46), 5. İqor Ribeyro (17. Murad Xaçayev, 60), 6. Sessi D’Almeyda (18. İfeanyi Metyu, 60), 8. Emin Mahmudov (k) (7. Emil Səfərov, 46), 11. İmad Faraj (97. Bassala Sambu, 60), 20. Qustavo Klisman (4. Elvin Camalov, 60), 24. Mustafa Sek (3. Rüfət Abbasov, 60), 29. Lyubomir Tupta (82. Məhəmməd Məmmədli, 80), 33. Breno Almeyda (19. Ağadadaş Salyanski, 71), 55. Endryu Qravilyon (80. Aslan Şirinov, 71), 77. Falaye Sako (14. Elvin Bədəlov, 46).

Qeyd edək ki, “Neftçi” daha öncə iyulun 2-də “ÇFR Kluj” (1:2), 6-da isə “Partizan”la (0:1) da qarşılaşmışdı. “Ağ-qaralar” ayın 13-də “Osiyek”lə (Xorvatiya) də üz-üzə gələcəklər.

Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan komanda iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.

Azərbaycan futbolu tarixində bu uğur 13 il sonra təkrarlandı

10 July 2026 at 18:30

Avrokubokların 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.

Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.

UEFA Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) 2:0, Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və Avropa Konfrans Liqasında “Zirə” “Torpedo”nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.

Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəliblər. 2013/2014-cü illər mövsümündə “İnter” “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metallurq”u (Şimali Makedoniya) və “Xəzər Lənkəran” “Slima”nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.

Azərbaycan futbolu tarixində 13 ildən sonra yenə 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıblar.

Zubir Azərbaycan klublarının Avroliqada 300-cü qolunu vurdu

10 July 2026 at 16:00

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Vestri” ilə ilk oyunu “Qarabağ”ın fransalı sol vingeri Abdullah Zubir üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Zubir bu oyunda komandasının qələbəsinə bir qolla töhfə verib.


Bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb. Əvvəl UEFA Kuboku, sonradan Avropa Liqası adlanan turnirdə keçirilmiş əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdular. “Qarabağ”ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

“Qarabağ” “Vestri”yə qarşı cavab oyununu gələn həftə səfərdə keçirəcək.

UEFA reytinqində ilk həftənin qazancı: 0,750 əmsal

10 July 2026 at 11:00

Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən “Qarabağ” yeni mövsümə uğurlu start sayəsində UEFA reytinqində ölkə əmsalını artırıb.

Arena.az xəbər verir ki, bu, komandanın Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda İslandiya təmsilçisi “Vestri”ni məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qalibiyyət Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını Bakıda 2:0 hesabı ilə məğlub etmiş “Sabah”, eyni zamanda Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”nu (Kutaisi, Gürcüstan) 3:0 hesabıyla yenmiş “Zirə” də reytinqə eyni töhfəni vermişdi.

Beləliklə, Azərbaycan avrokubokların yeni mövsümünün ilk həftəsində UEFA reytinqində 0,750 əmsal qazanıb.

Hazırda son beş ilin nəticələrinə əsasən hesabında 19,312 əmsal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

Bütün komandalarımız bu rəqiblərinə qarşı cavab oyunlarına gələn həftə çıxacaqlar.

Qurban Qurbanov: “Sanki ÇL matçında idilər”

9 July 2026 at 22:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya klublarının bu gün Bakıda baş tutmuş ilk görüşündə Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyununda idilər. İlk oyundan başa düşdüm ki, biz çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin bizdən gözləntisi çoxdur. Bu, bizə əlavə motivasiya və məsuliyyət verdi. Futbolçularımı təbrik edirəm. Qələbə vacib idi. Buna baxmayaraq, oyun planında narahatlığım var idi. Bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra temp qalxdı. Sonda da 3:0 qalib gəldik. Qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Futbolçular bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda məsuliyyətli olmalıyıq. Bu oyunun bir az gərgin keçməsi xeyrimizə olacaq. “Sabah”ı və “Zirə”ni də təbrik edirəm. Çox yaxşı qalibiyyət oldu. Ümumi əmsallar da çoxalır. Bu da ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza uğurlar arzulayıram.

Xoni Montielin bu gün kənarda qalması zədəyə görə deyildi. Bu gün hansısa futbolçu kənarda qaldısa, ola bilər ki, gələn oyunda oynasın. Bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq, bəzi rotasiyalar etməliyik. Cavab oyununda hansı rotasiyalar edəcəyik, buna cavab verə bilməyəcəyəm. Beş hazırlıq günümüz olacaq, futbolçuların hazırlıq durumuna baxacağıq. Əli Bəşirova gəldikdə, hazırlığın ilk günündən bizimlədir. Maksimum şərait yaradacağıq ki, kollektivin içində olsun. İmkan olduqca, oynamağa şərait yaradacağıq. Qabiliyyətli, istedadlı oyunçudur. İndidən bu atmosferə uyğunlaşdırmağa çalışacağıq. Oynamasa belə, kollektivin içində olması, məsuliyyəti hiss etməsi, tapşırıqları görməsi onun üçün təcrübə olacaq. Futbolçu kimi inkişafına böyük kömək etməsinə kömək olacağıq. Hər bir gənc üçün maksimum şərait yaradırıq. Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Ailəsində onunla ciddi ünsiyyət qururlar, klubda da onunla hamı öz övladı kimi davranır”.

Qurban Qurbanov: “Qapıçıdan başqa bütün mövqelərə oyunçu axtarırıq”

Qurban Qurbanov yeni transferlərin çıxışına qiymət verib, eləcə də transfer çalışmalarından söhbət açıb:

“Zəkəriyyə Savo hələ tam ideal formasında deyil. Öz üzərində çox çalışmalıdır. Hansısa elementlərdə yaxşıdır, hansısa elementlərdə çatışmazlıq var. Kamilo Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da komandada qalsaydı, pis olmazdı.

Elvin Cəfərquliyevin başqa klublara transferi alınsaydı, yox deməyəcəkdik. Bəzi görüşlər oldu. Detallara ehtiyac yoxdur. Komandaya qayıtdı. Hansısa futbolçumuzun kənarda qalmasını istəmərik. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik.

Mateus Silvanın da gedəcəyi barədə xəbərlər var. Maraqlananlar var idi. Amma o, yeni mövsümdə bizimlə olacaq.

Hazırda qapıçı mövqeyindən başqa digər mövqelər üzrə oyunçular axtarırıq. Julio Romao və Yassin Benzyanın klubumuza qayıtması gündəmdə deyil. Bildiyim qədərilə, Romao artıq müqavilə bağlayıb. Benzya ilə bağlı ümumiyyətlə bir fikrimiz olmayıb”.

“Qarabağ” fantastik oynadı”

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Çox çətin oyun oldu. “Qarabağ” öz keyfiyyətini göstərdi. Rəqibimiz fantastik oynadı. Onlara qarşı oynamaq çətindir. Rəqib boşluqlardan yaxşı yararlandı. Eşitmişdim ki, kimlərsə “Qarabağ”ın bizə 10 qol vuracağını ehtimal edirlər. Oyunçularımın göstərdiyi oyundan razıyam, fəxr edirəm. Gözəl müdafiə olunduq. Üç qoldan ikisi səhvlərimizdən irəli gəldi. Amma oyunçularımdan razıyam.

Vaxtımız var. Cavab matçına ciddi fokuslanmalıyıq. Daha çox keyfiyyəti artırmalıyıq”.

Raul Süleymanov “Herta” ilə müqavilə bağladı

9 July 2026 at 16:30

Almaniyanın “Herta” klubu Azərbaycanın U-21 milli komandasının da üzvü olan yarımmüdafiəçi Raul Süleymanov ilə peşəkar müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Raul 2-ci Bundesliqa təmsilçisi ilə sözləşmə imzaladığı üçün qürur hissi keçirdiyini vurğulayıb:

“Etimada görə təşəkkür edirəm. “Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Raul Süleymanov “Herta”nın gənclərdən ibarət komandasında çıxış edir. O, 2022/2023-cü illər mövsümündən Berlin klubunun sıralarındadır.

“Zirə” – “Torpedo” matçı iki yubileylə tarixə düşdü

9 July 2026 at 13:00

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” – “Torpedo” (Kutaisi, Gürcüstan) matçı Azərbaycan futbolu tarixində iki yubileylə əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Sumqayıtda baş tutmuş oyun Azərbaycan klublarının qitəmiqyaslı klub turnirlərində keçirdiyi ümumilikdə 500-cü qarşılaşma kimi tarixə düşüb.

Təmsilçilərimiz UEFA Çempionlar Liqasında 120, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 283, Konfrans Liqasında 63, Kuboklar Kubokunda 8, İntertoto Kubokunda 26 görüşə çıxıblar. Bu qarşılaşmalardan ikisi nəticəsi ləğv olunduğu, biri baş tutmadığı üçün texniki nəticə ilə yekunlaşıb. Həmin texniki nəticələri nəzərə almaqla 159 qələbə qazanmış klublarımız 112 heç-heçə ediblər və 229 dəfə uduzublar.

Qitə kuboklarında debüt 1994/1995-ci illər mövsümündə gerçəkləşib. 1994-cü il avqustun 9-da “Turan” Türkiyədə “Fənərbağça”ya 0:5 hesabı ilə uduzub.

“Zirə”nin futbolçusu Ruan Renatonun “Torpedo” ilə görüşdə vurduğu ilk top Azərbaycan klublarının avrokuboklarda 550-ci qolu olub. Texniki nəticələrin nəzərə alınmadığı top fərqi 552-759-dur.

Azərbaycan komandalarının ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilmiş “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Xatırladaq ki, “Zirə” Gürcüstan təmsilçisinə 3:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması gələn həftə Kutaisidə təşkil ediləcək.

“Zirə” də UEFA reytinqinə ilk töhfəsini verdi

9 July 2026 at 11:00

Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edən “Zirə” yeni mövsümə uğurlu start sayəsində UEFA reytinqində əmsalını artırıb.

Arena.az xəbər verir ki, bu, komandanın Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “Torpedo”nu (Kutaisi) məğlub etməsi (3:0) sayəsində mümkün olub.

Bu qalibiyyət Azərbaycana 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasını Bakıda 2:0 hesabı ilə məğlub etmiş “Sabah” da eyni töhfəni vermişdi.

Hazırda hesabında 19,062 əmsal olan Azərbaycan 26-cı pillədə qərarlaşıb. 27-ci sıradakı Slovakiyanın 18,250, 25-ci mövqedəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə 101,852 əmsalla vahid liderdir. İtaliya (87,660) ikinci, İspaniya (82,368), Almaniya (80,116) dördüncü, Fransa (67,653) beşinci yerdə qərarlaşıb.

“Sabah” TNS-ə, “Zirə” isə “Torpedo”ya qarşı cavab oyununu bir həftə sonra səfərdə keçirəcək. Avrokuboklardakı digər təmsilçilərimizdən “Qarabağ” da bu gün ilk oyununa çıxacaq. Ağdam təmsilçisi İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

“Qarabağ” “Vestri” ilə ilk oyuna çıxır

9 July 2026 at 09:00

“Qarabağ” bu gün Avropa Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək.

Ağdam təmsilçisi İslandiya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Oyunu Moldovadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Roman Jitai olacaq.

Azərbaycan təmsilçisi avrokuboklarda debüt edən “Vestri” ilə görüşün aşkar favoritidir. Baxmayaraq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində bu yay ciddi dəyişiklər olub. Amma Ağdam klubu mərhələ adlamaq üçün bu oyundan inamlı hesabla qalib ayrılmağa borcludur. Əks halda cavab görüşündə işini çətinə sala bilər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
9 iyul

20:00. Qarabağ – Vestri
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vicol, Andrey Brequta (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Konfrans Liqasında bu gün “Zirə”dən başqa qola sevinən olmadı

8 July 2026 at 23:59

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.

Azərbaycan təmsilçisi “Zirə”nin Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivini 3 cavabsız qolla yendiyi günün digər görüşlərində qapılara qol vurulmayıb.

Konfrans Liqasında ilk raundun qalan oyunları iyulun 9-da keçiriləcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
7 iyul

Strassen (Lüksemburq) – La Fiorita (San Marino) 1:0
Elbasani (Albaniya) – BATE (Belarus) 1:1

8 iyul

Zirə (Azərbaycan) – Torpedo (Kutaisi, Gürcüstan) 3:0
Nomads (Uels) – Balkani (Kosovo) 0:0
Differdanj (Lüksemburq) – İlves (Finlandiya) 0:0

9 iyul

18:00. Atletik Eskaldes (Andorra) – Mornar (Monteneqro)
20:00. Alakşkert (Ermənistan) – Yelimay (Qazaxıstan)
20:00. Dila (Gürcüstan) – Virtus (San Marino)
20:00. Liepaya (Latviya) – Deçiç (Monteneqro)
20:00. Hegelmann (Litva) – Payde (Estoniya)
20:00. Nomme Kalyu (Estoniya) – Linfild (Şimali İrlandiya)
21:00. Bohemians (İrlandiya) – Sent Jozefs (Cəbəllüttariq)
21:00. Dinamo (Minsk, Belarus) – Sileks (Şimali Makedoniya)
21:00. Marsaxlokk (Malta) – Pünik (Ermənistan)
21:00. Veles (Bosniya və Herseqovina) – Milsami (Moldova)
21:15. Mondorf (Lüksemburq) – Dinamo (Tiflis, Gürcüstan)
21:30. Kaernarfon Taun (Uels) – Levadiya (Estoniya)
21:30. Europa (Cəbəllüttariq) – Şkendiya (Şimali Makedoniya)
22:00. Vlajniya (Albaniya) – Malişeva (Kosovo)
22:30. Qlentoran (Şimali İrlandiya) – RFS (Latviya)
22:45. Runavik (Farer adaları) – Hamrun Spartans (Malta)
22:45. Penibont (Uels) – Santa Koloma (Andorra)
22:45. Petrovaç (Monteneqro) – Jalgiris (Litva)
23:00. Dinamo Siti (Albaniya) – Astana (Qazaxıstan)
23:00. Sarayevo (Bosniya və Herseqovina) – İnter Turku (Finlandiya)
23:00. Styarnan (İslandiya) – Vikinqur (Şimali İrlandiya)

ÇL: “Kayrat” yeni mövsümə qələbə ilə başladı

8 July 2026 at 23:30

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Qazaxıstan təmsilçisi “Kayrat” doğma meydanda Monteneqro çempionu “Sutyeska”nı çətinliklə məğlub edib.

“Petrokub” – “Eqnatiya” matçında qalib müəyyənləşməyib. Albaniya çempionunun azərbaycanlı futbolçusu Zamiq Əliyev bu görüşün iştirakçısı olmayıb. O, yay fasiləsi zamanı Azərbaycana gəlsə də, sonradan hərbi xidmət məsələləri ilə əlaqədar ölkədən çıxa bilməyib. Bu üzdən də müdafiəçi Albaniya çempionunun düşərgəsinə qatıla bilmir.

“Flora” evdə “İberiya”ya, “Vitebsk” isə “Universitatya”ya (Krayova) məğlub olub.

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin cavab görüşləri iyulun 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 iyul

Sabah (Azərbaycan) – TNS (Uels) 2:0
Kauno Jalgiris (Litva) – Drita (Kosovo) 1:1
Ararat (Ermənistan) – Riqa (Latviya) 2:0
Linkoln (Cəbəllüttariq) – İnter Eskaldes (Andorra) 3:1
Vardar (Şimali Makedoniya) – KuPS (Finlandiya) 0:2
Floriana (Malta) – Şemrok Rovers (İrlandiya) 2:0
Borats (Bosniya və Herseqovina) – Levski (Bolqarıstan) 1:1
Tre Fiori (San Marino) – Larne (Şimali İrlandiya) 0:1
Klaksvik (Farer adaları) – Atert Bissen (Lüksemburq) 2:1
Vikinqur (İslandiya) – Dyor ETO (Macarıstan) 1:0

8 iyul

Kayrat (Qazaxıstan) – Sutyeska (Monteneqro) 2:1
Flora (Estoniya) – İberiya (Gürcüstan) 2:3
Vitebsk (Belarus) – Universitatya (Krayova, Rumıniya) 1:4
Petrokub (Moldova) – Eqnatiya (Albaniya) 1:1

Rəşad Sadıqov: “Torpedo”ya daha çox qol vura bilərdik”

8 July 2026 at 23:00

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Kutaisi “Torpedo”suna qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan təmsilçiləri arasında bu gün Sumqayıtda baş tutmuş ilk qarşılaşma “Zirə”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəşad Sadıqov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol da vura bilərdik.

Qarşılaşma heç də asan keçmədi. Bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundur ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir.

Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib:

“Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

“Torpedo”nun baş məşqçisi Dirk Şuster isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Sürpriz hazırlamışdıq, amma görünür çox güclü rəqibə qarşı oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. “Zirə”nin fərdi cəhətdən güclü futbolçuları var. İlk 30 dəqiqədən sonra bütün konsentrasiyanı itirdik, rəqib isə üstün oynadı. Bir qol buraxacağımızı gözləyirdik, amma favorit daha yaxşı oynadığı üçün qalib gəldi. Taktiki baxımdan meydan sahibləri güclü idi. 0:2-dən sonra futbolçularımız ruhdan düşdülər. Nəyisə dəyişməyə çalışdılar, amma alınmadı”.

Cavab oyunu barədə danışan mütəxəssis komandasının bir həftə sonra tamam fərqli sima göstərməyə çalışacağını deyib:

“0:3-dən sonra çətin olacaq, amma heç olmasa oyunu əlavə vaxta daşımağa çalışacağıq. Futbolda daha böyük hesablı məğlubiyyətlərdən dönüşlər olub”.

Azarkeşlərin oyundan sonra aqressiv reaksiyasına münasibət bildirən Şuster bunu müəyyən qədər normal saysa da, tribunadakı davranışı düzgün hesab etmədiyini vurğulayıb:

“Onlar məyusdurlar, bu normaldır. Amma tribunada belə davranmaq olmaz. 0:1 uduzsaydıq, belə reaksiya olmazdı”.

Qurban Qurbanov: “Avropada bizə diqqət artır”

8 July 2026 at 20:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya komandaları arasındakı ilk qarşılaşma sabah Bakıda keçiriləcək.

Qurban Qurbanov bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram və “Sabah”ı dünənki qalibiyyətə görə təbrik edirəm. Sabah biz də ilk oyunumuza çıxacağıq. Heyətimizdə dəyişikliklər var. Komandanı oyun planında hələ tam düşündüyümüz kimi formalaşdırmamışıq. Buna baxmayaraq, tezliklə hər şeyin qaydasına düşəcəyinə inanıram. Güclü kollektiv quraraq qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Yeni transferlərdən kimlər heyətə tez qoşulublarsa, onlar özlərini yaxşı hiss edirlər. Bir neçə futbolçunun gec uyğunlaşması məsələsi var.

Mən püşkatmada heç vaxt rəqiblərə fərq qoymamışam, istəyimlə olan bir şey deyil. Hər zaman Allahdan xeyirlisini arzu etmişik. O qədər olub ki, ilk mərhələdə güclü komandalarla qarşılaşmışıq, amma yenə razı olmuşam. Düzdür, 7 saat yarımlıq səfərimiz olacaq. Lakin püşkdən sonra buna uyğun proqram hazırlamışıq”.

Qurban Qurbanov komandanın əsas qol silahlarından olan Kamilo Duranın Şotlandiyanın “Seltik” klubuna keçməyə yaxın olduğunu da təsdiqləyib:

“Duran “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl məlumatımız var idi ki, tibbi müayinədən keçir. Hər şey qaydasında olsa, ayrılmaq ehtimalı böyükdür. Duran bizim əsas oyunçumuz idi. Avrokubok oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə qarşı diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı.

Yeni transferlərdən bəziləri sabah meydanda olacaq. Heyətdəki digər oyunçulardan ciddi təklifi olan futbolçu yoxdur. Hansısa oyunçunun getmək ehtimalı olduğunu bilmirəm. Elvin Cəfərquliyevə gəlincə, onun sabah oynamaq ehtimalı var. Startda, ya sonradan meydana çıxması ilə bağlı qərar verməmişik”.

“Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır”

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu da bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında jurnalistlərə açıqlama verib. O, “Qarabağ”ı qarşılaşacaqları ən güclü komanda adlandırıb:

“Belə güclü bir komandaya qarşı oynamaq çox həyəcanvericidir. Komandam üçün çətin oyun olacaq. Lakin öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”da oyunçular dəyişsə də, baş məşqçi eynidir. Əminəm ki, onlar baş məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun üslubu baxımından dəyişiklik yoxdur. Bu, Çempionlar Liqasında izlədiyimiz eyni oyundur. Mən futbolu sevirəm və “Qarabağ”ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar haqqında məlumatlı idim.

Azərbaycan gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. “Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır. Oyunla bağlı planlarımı açıqlamaq istəmirəm. “Qarabağ” topla fəal oynayır, hücum edir və texnikalıdır. Bəlkə də əks-hücumlara üstünlük verəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm”.

Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” oyununa saat 20:00-da start veriləcək.

“Sabah” ÇL-də Türkiyə, Fransa və Litva klublarına rəqib oldu

8 July 2026 at 17:00

Azərbaycan Basketbol Liqasının sonuncu qalibi olan “Sabah” komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.

Azərbaycan çempionu A qrupunda Türkiyənin “Trabzonspor”, Fransanın “Nanter” və Litvanın “Ritas” klubları ilə üz-üzə gələcək.

Xatırladaq ki, əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrupun qalibi birbaşa ən güclü “16-lığ”a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “pley-in” mərhələsində üz-üzə gələcəklər.

“Sabah”ın baş məşqçisi Lazar Spasiç püşkatmanın nəticələrini dəyərləndirib. O, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Fikrimcə, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. “Trabzonspor” artıq öz gücünü təsdiqləmiş və turnirin sürpriz komandalarından birinə çevrilmiş kollektivdir. Onların böyük büdcəyə malik olduğunu və turnirin ən güclü komandaları sırasında yer aldığını düşünürəm. “Nanter” də çox güclü çempionatda çıxış edən ciddi rəqibdir. Onlar ölkə çempionatını ilk üçlükdə başa vurublar. “Ritas” isə ötən mövsümün çempionudur. Bütün bunlara baxmayaraq, təslim olmaq fikrində deyilik. Bəli, kağız üzərində qrupun autsayderi hesab oluna bilərik, amma hər oyunda əlimizdən gələni edərək, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bu mövsüm yaxşı nəticələr göstərə biləcəyik”.

Yeri gəlmişkən, Azərbaycanın “Landau Lions” basketbol komandasının da FIBA Çempionlar Liqasındakı rəqibi bəlli olub. Komanda 2-ci təsnifat mərhələsinin 1/8 finalında Latviyanın “Riqa” kollektivi ilə üz-üzə gələcək. Oyunlar sentyabrın 14-20-si aralığında keçiriləcək.

“Zirə” Sumqayıtda “Torpedo” ilə üz-üzə

8 July 2026 at 09:00

“Zirə” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi avrokubokların yeni mövsümündəki ilk sınağında Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə mübarizə aparacaq.

Bu komandalar arasındakı ilk oyun Sumqayıtda baş tutacaq. Oyunu finlandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakim Yani Hüytiya olacaq.

“Zirə” mərhələ adlamaq üçün ilk oyunda inamlı qələbə qazanmağa çalışmalıdır. Əks halda səfərdə bu komandanı mübarizədən kənarlaşdırmaq daha da çətin ola bilər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.

Onu da xatırladaq ki, bu cütün qalibi növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
8 iyul

20:00. Zirə – Torpedo
Hakimlər: Yani Hüytiya, Veli-Matti Leppenen, Yusso Mantere, Peyman Simani (Finlandiya).
“Sumqayıt Arena”.

DÇ-2026: 1/4 finalın bütün cütləri bəlli oldu

8 July 2026 at 04:00

ABŞ, Kanada və Meksikada təşkil edilmiş futbol üzrə dünya çempionatında (DÇ-2026) 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/8 finalın son oyunundan sonra aydınlıq gəlib.

Bununla da turnirin 1/4 final mərhələsinin bütün cütləri bəlli olub.

Bu mərhələdə aşağıdakı qarşılaşmalar keçiriləcək:

DÇ-2026
1/4 final mərhələsi

10 iyul
00:00. Fransa – Mərakeş
23:00. İspaniya – Belçika

12 iyul
01:00. Norveç – İngiltərə
05:00. Argentina– İsveçrə

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Son gündə mundialın final, bundan bir gün öncə isə 3-cü yer uğrunda oyunu baş tutacaq.

ÇL: “Sabah”ın potensial rəqiblərinin görüşündə 2 qol

8 July 2026 at 02:00

Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, yeni mövsümün və 1-ci təsnifat mərhələsinin ilk oyun günündə 10 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Sabah” da ilk oyun günündə meydana çıxıb. “Bayquşlar” doğma meydanda Uelsin TNS komandası ilə üz-üzə gəliblər və inamlı qələbəyə seviniblər.

“Sabah”ın potensial rəqibləri də bu gün meydana çıxıblar. Finlandiya təmsilçisi “KuPS” səfərdə Şimali Makedoniyanın “Vardar” kollektivi ilə qarşılaşıb. Finlandiya komandası 2:0 hesabı ilə qalib gəlib və evdəki cavab oyunu öncəsi üstünlük əldə edib. Bu komandalar arasındakı cavab matçı iyulun 14-də keçiriləcək.

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin qalan oyunları iyulun 8-də keçiriləcək. Cavab görüşləri isə ayın 14-15-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 iyul

Sabah (Azərbaycan) – TNS (Uels) 2:0
Kauno Jalgiris (Litva) – Drita (Kosovo) 1:1
Ararat (Ermənistan) – Riqa (Latviya) 2:0
Linkoln (Cəbəllüttariq) – İnter Eskaldes (Andorra) 3:1
Vardar (Şimali Makedoniya) – KuPS (Finlandiya) 0:2
Floriana (Malta) – Şemrok Rovers (İrlandiya) 2:0
Borats (Bosniya və Herseqovina) – Levski (Bolqarıstan) 1:1
Tre Fiori (San Marino) – Larne (Şimali İrlandiya) 0:1
Klaksvik (Farer adaları) – Atert Bissen (Lüksemburq) 2:1
Vikinqur (İslandiya) – Dyor ETO (Macarıstan) 1:0

8 iyul

19:00. Kayrat (Qazaxıstan) – Sutyeska (Monteneqro)
20:00. Flora (Estoniya) – İberiya (Gürcüstan)
21:00. Vitebsk (Belarus) – Universitatya (Krayova, Rumıniya)
21:00. Petrokub (Moldova) – Eqnatiya (Albaniya)

Konfrans Liqasında 2026/2027 mövsümünə start verildi

8 July 2026 at 01:30

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünə start verilib və ilk qarşılaşmalar baş tutub.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Albaniyanın “Elbasani” və Belarusun BATE komandaları arasındakı ilk matçda qalib müəyyənləşməyib. Yeri gəlmişkən, AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov bu oyunun UEFA nümayəndəsi olub.

Maraq üçün xatırladaq ki, “Elbasani” ilə BATE arasındakı cavab qarşılaşması iyulun 16-da Azərbaycanda təşkil ediləcək. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək bu oyuna saat 21:00-da start veriləcək.

UEFA Belarus klublarına ev oyunlarını öz ölkələrində keçirməyə icazə vermir. Bu üzdən də sözügedən komandalar avrokubok oyunlarını neytral meydanlarda keçirmək məcburiyyətində qalırlar.

İlk oyun gününün digər görüşü isə Lüksemburqda təşkil edilib. Yerli “Strassen” komandası San Marino təmsilçisi “La Fiorita”nı tək qolla yenib.

Konfrans Liqasında ilk raundun qalan oyunları iyulun 8-də və 9-da keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” sabah Sumqayıtda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə üz-üzə gələcək.

Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
7 iyul

Strassen (Lüksemburq) – La Fiorita (San Marino) 1:0
Elbasani (Albaniya) – BATE (Belarus) 1:1

Dambrauskas: “Hər bir lider öz işi ilə məşğul olmalıdır”

7 July 2026 at 23:30

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində TNS-ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Uels çempionlarının bu gün Masazırda baş tutmuş ilk görüşü “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Valdas Dambrauskas oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Azərbaycanlı futbol azarkeşlərini ÇL-dəki ilk qələbə münasibətlə təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bildirmişdik. Oyunçularıma deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə oyunda daha çox səbirli olmalısan. Çox məmnunam. Amma hələ heç nə bitməyib. Bizi çətin səyahət gözləyir. Süni örtüklü meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Stiv Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməyəcək. Amma onu əvəz edə biləcək kifayət qədər oyunçumuz var. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi yox, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər ki, bundan yararlanmağa çalışacağıq.

Ötən mövsüm bəzi oyunlarda Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli oyunçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli oyunçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.

Təbii ki, daha çox qollar vurmaq istəyərdik. Amma 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bu matçdan fərqli olaraq, evdə daha cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0, 2:0-dan daha yaxşıdır”.

“Elə etməliyik ki, heç bir bəhanəmiz olmasın”

ABŞ prezidenti DÇ-2026-da amerikalı futbolçu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvi üçün FİFA-ya müraciət etmiş və onun bağışlanmasına nail olmuşdu. Hansı ki, son günlərdə bütün dünya futbol ictimaiyyəti bu qərardan danışır. Dambrauskas Stiv Solvetə göstərilmiş qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməklə bağlı müvafiq suala maraqlı cavabı ilə diqqət çəkib:

“Bizim prezidentimiz İlham Əliyevdir. Azərbaycanda bütün futbol qaydalarına riayət olunur. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider öz işi ilə məşğul olmalıdır”.

Dambrauskas səfər oyununa hazırlıq planlarından da söhbət açıb:

“Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Oyunçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını bilmirik, bunun üçün tezdir. Bizdə iş heç vaxt dayanmır, transfer pəncərəsi dayananda da, işləyəndə də. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklənəcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı oyunçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik. Onlar bura necə gəlibsə, biz də o qədər uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu, bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın”.

“Evdə yaxşı nəticəyə ümid edirik” – Kreyq Harrison

TNS-in baş məşqçisi Kreyq Harrison da matçdan sonra fikirlərini bölüşüb:

“Çox uzun məsafə qət etmişdik. Çalışırdıq ki, oyunda qalaq. Sərfəli nəticə əldə etmək istəyirdik. Ev oyunumuz var. Çalışmalıyıq ki, cavab görüşündə lazım olan nəticəni qazanaq.

İlk hissədə güc sərf etdik. Hücumameyilli oynamağı düşünürdük. İkinci hissədəki passivliyimizin səbəbi odur ki, rəqib topla daha çox oynadı və bizi yordu. Yorğun idik. Evdə yaxşı nəticəyə ümid edirik.

Bizim hədəfimiz o deyildi ki, burada daha çox vaxt aparaq. Biz bura yaxşı nəticə üçün gəlmişdik. Yaxşı hücum edib, yaxşı müdafiə olunmaq istəyirdik. Ev oyunlarımızda yaxşı göstəricilərimiz var. Daha yaxşı klublara qarşı yaxşı nəticələrimiz var. Ümid edirəm ki, “Sabah”a qarşı da bu uğurlu nəticəni qazanacağıq”.

Lionel Messi DÇ tarixinin rekordlarını yeniləməyə davam edir

7 July 2026 at 23:00

Argentina millisinin kapitanı Lionel Messi Misirlə DÇ-2026-nın 1/8 finalında yalnız komandasını növbəti mərhələyə daşımaqla kifayətlənməyib.

Arena.az xəbər verir ki, o, Misirə 3:2 hesabıyla qalib gəldikləri görüşdə həm də dünya çempionatları tarixinin bir sıra rekordlarını da yeniləyib.

39 yaşlı hücumçu mundiallarda 31-ci matçına çıxaraq kişi və qadın futbolçular da daxil olmaqla dünya çempionatları tarixində ən çox oyun keçirən futbolçu olub. Bununla o, ABŞ yığmasının sabiq futbolçusu Kristin Lillini geridə qoyub. Kişilər arasında isə Messinin ən yaxın izləyicisi mundialla vidalaşmış Kristiano Ronaldudur (27 oyun).

Messi həmçinin dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi oyunların sayını 14-ə çatdıraraq Almaniya millisinin sabiq bombardiri Miroslav Klozenin rekorduna şərik çıxıb.

Misirlə görüşdə məhsuldar ötürmə müəllifi olan argentinalı mundiallar tarixinin ən yaxşı assistenti adına da yiyələnib. Messinin aktivində artıq 9 məhsuldar ötürmə var və bu göstəricidə o, əfsanəvi həmyerlisi Dieqo Maradonanı arxada qoyub.

Daha sonra qol da vuran Messi dünya çempionatlarında qollarının sayını 21-ə yüksəldərək bombardirlik rekordunu da yeniləyib. Bununla yanaşı, o, ardıcıl doqquzuncu mundial oyununda qol vuraraq öz rekordunu inkişaf etdirib. Bu silsilə DÇ-2022-nin 1/8 final mərhələsindən davam edir.

Təcrübəli hücumçu daha bir unikal göstəriciyə imza atıb. O, mundialların pley-off mərhələsində ardıcıl altıncı matçında fərqlənən ilk futbolçu kimi tarixə düşüb. Bundan əvvəl ardıcıl beş pley-off oyununda qol vurmaq yalnız Leonidas, Dyörd Şaroşi və Vavaya nəsib olmuşdu.

Lionel Messi həmçinin 39 yaş və daha yuxarı futbolçular arasında dünya çempionatlarının pley-off mərhələsində iki qol vuran ilk oyunçu olub. O, bu göstəricidə Kristiano Ronaldo və Pepeni geridə qoyub.

Misirlə dramatik qarşılaşmada penalti qaçırmasına baxmayaraq, qol və məhsuldar ötürmə ilə yadda qalan Messi FIFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib. Oyundan sonra isə emosiyalarını saxlaya bilməyən kapitan göz yaşlarına hakim ola bilməyib.

“Qarabağ” “Vestri” ilə oyunlar üçün iştirak ərizəsini açıqladı

7 July 2026 at 19:30

“Qarabağ” Avropa Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Vestri” (İslandiya) ilə matçların iştirak ərizəsində 24 futbolçu yer alıb.

A vərəqindəki “20-liy”ə aşağıdakı futbolçular daxil edilib:

Qapıçılar: 99. Mateuş Koxalski, 1. Şahrudin Məhəmmədəliyev;

Müdafiəçilər: 2. Mateus Silva, 5. Bruno Lanqa, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 7. Jali Muaddib, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 88. Samuel Lobato;

Hücumçular: 11. Zəkəriyyə Savo, 17. Kamilo Duran, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas.

B vərəqində isə 4 futbolçu yer alıb:

Qapıçılar: 12. Teymur Həsənov, 77. Bilal Hacıyev;

Yarımmüdafiəçilər: 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.

Qeyd edək ki, “Qarabağ”ın “Vestri” ilə ilk oyunu iyulun 9-d Bakıda, cavab görüşü ayın 16-da İslandiyada baş tutacaq.

Rəşad Sadıqov: “Hazırlıq üçün vaxtımız az idi”

7 July 2026 at 16:30

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan komandaları arasındakı ilk oyun sabah Sumqayıtda baş tutacaq.

Rəşad Sadıqov bu gün təşkil edilmiş mətbuat konfransında Kutaisi təmsilçisi ilə ilk oyundan gözləntilərini paylaşıb:

“Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabah baş tutacaq matçda əlverişli nəticə əldə etmək niyyətindəyik. Rəqibimiz təcrübəlidir. Sabit olaraq avrokuboklarda çıxış edirlər. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bizim komanda da təcrübəlidir. Qarşımızda çox yaxşı komanda olacaq. Bəzi matçlarına baxmışıq, təhlil etmişik. Avrokuboklara xüsusi hazırlıq olur. Futbolçular da bunu hiss edirlər”.

Rəşad Sadıqov komandasındakı itkilərdən də söhbət açıb:

“Zədələr futbolun ayrılmaz hissəsidir. Sadəcə, bizdə tez-tez olur. Buna uyğunlaşmaq çətindir. Hansısa həmlə etmək üçün vaxt azalır. Aydın Bayramov kimi təcrübəli qapıçımız da var. Maykonun zədələnməsi bizi narahat etməyə bilməz. Amma inanıram ki, Aydın onun yoxluğunu hiss etdirməyəcək”.

Baş məşqçi bir neçə futbolçu ilə yolları ayırdıqlarını söyləyib:

“Avrokuboklara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Tələsərək seleksiya etmək istəmədik. 5-6 transfer hələlik açıqdır. Bizi ağır mövsüm gözləyir. Rəqiblər güclü olacaqlar. Bütün məqamları futbolçularla danışmışıq. Bəzi futbolçular toplanışa artıq çəki ilə gəldilər. Çünki avrokuboklarda iştirak planda yox idi. Bəlkə daha əvvəl vəsiqə qazansaydıq, belə olmazdı və futbolçular da düşərgəyə daha intizamlı gələrdilər”.

Mətbuat konfransında iştirak edən “Zirə”nin kapitanı Qismət Alıyev də “Torpedo”” ilə ilk oyundan öncə fikirlərini bölüşüb:

“Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq”.

Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu sabah Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 16-da baş Kutaisidə tutacaq.

❌
❌