Normal view

Today — 14 December 2025Main stream

Bekhem: “Messini buna görə bura gətirmişdim”

14 December 2025 at 10:00

“İnter Mayami”nin həmsahibi, yaxın keçmişimizin ulduz yarımmüdafiəçisi Devid Bekhem “vağlar”ın ilk MLS çempionluğunu şərh edib.

Arena.az xəbər verir ki, Bekhem müvafiq uğurda “İnter Mayami”nin kapitanı, 38 yaşlı argentinalı ulduz hücumçu Lionel Messinin xidmətini qabardıb:

“Bax, buna görə bura Messini gətirmişdim. O, autsayderi uğurlu kluba cəmi bircə mövsüm ərzində çevirdi. Çox xoşbəxtəm! Biz hamımız xoşbəxtik!”, deyə Bekhem vurğulayıb.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” artıq geridə qalmış mövsümdə 49 oyuna 43 qol və 26 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 88 oyun, 77 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Before yesterdayMain stream

Lionel Messi fərqləndi, “İnter Mayami” MLS çempionu oldu

7 December 2025 at 11:00

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 2025-ci il mövsümün final oyunu çərçivəsində “Vankuver Uaytkeps”lə qarşılaşıb.

“Vağlar” həlledici oyunda inamlı qələbəyə seviniblər – 3:1. Messi final görüşündə də 90 dəqiqə meydanda olub, 2 məhsuldar ötürməylə yadda qalıb.

“İnter Mayami” qələbə sayəsində tarixində ilk dəfə MLS çempionu olub.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” artıq geridə qalmış mövsümdə 49 oyuna 43 qol və 26 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 88 oyun, 77 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub. MLS çempionluğu “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

❌
❌