Normal view

Yesterday — 20 March 2026Main stream

Yuri Vernidub: “İmişli”yə olan borcumuzu qaytardıq”

20 March 2026 at 22:30

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü paytaxt təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bundan qabaq “İmişli”yə bir dəfə uduzmuşduq, bir dəfə heç-heçə etmişdik. Bu da “Neftçi” üçün yaxşı nəticə deyildi. Biz öz borcumuzu qaytarmalıydıq. Futbolçular da bunu etdilər. Onlara minnətdaram. İstirahət üçün vaxtları olacaq. Ayın 24-dən məşqlərə başlayacağıq. Bizim səhv etmək şansımız yoxdur. Avrokuboklarda iştirak etməkdən üçün bu səhvlər olmamalıdır. Elə rəqiblərlə oyunlarımız olacaq ki, onlar da bu yerlər üçün oynayırlar. Orada artıq bizim xarakterimizi görə bilərik. Maraqlı olacaq.

Bassala Sambu və Vensan Abubakar zədəlidirlər. Ağadadaş Salyanski və Alessio Kurçi qalmışdı. Kurçi daha çox vingerdir, cinahlarda oynayır. Qəbələdə də Freddi Varqasa şans vermişdik. Düşündük ki, bu oyunda da ona həmin mövqedə şans verək. Danışdıq ki, o, daha çox gizli “9 nömrə” olsun. Pis də alınmadı, yaxşı nəticə oldu. Bütün futbolçularıma təşəkkür edirəm ki, oyuna böyük istəklə çıxmışdılar.

Hər kəs kimi, Ağadadaş Salyanskiyə də şans veriləcək. Baş məşqçi mənəm. Gördüyüm odur ki, indiki rəqabətdə digər oyunçulara bir az uduzur. Amma gəncdir, hələ həyatı qarşıdadır. Ona ümidlərim var. Daha çox məşq edərək, şans əldə edəcək. Bəzən səbr etmək lazımdır. Başa düşürəm, hamısı oynamaq istəyir.

Komanda uduzursa, günahkar məşqçidir, udursa, səbəbkar futbolçulardır. Kimisə günahkar çıxarmaq istəmirəm. Əlimizdən gələni edirik ki, uduzmayaq. Məğlubiyyyətlər qaçılmazdır. Amma əsas odur ki, bu məğlubiyyəti həzm edə biləsən və yola davam edəsən. Xoşuma gələn o oldu ki, biz uduzandan sonra iki matçda qalib gəldik. Futbolçularım məğlubiyyəti həzm edərək, qarşıdakı matçlara qələbə üçün çıxırlar.

Hər rəqibimizi yaxşı təhlil edib, öyrənirik. Baxırıq, görürük ki, rəqib 4 yoxsa, 5 müdafiəçi ilə oynayır. Strategiyamızı buna uyğun qururuq ki, sistemimiz bizə qələbə gətirsin. Çox ciddi təhlillər aparırıq. Gecə 2-3-dən tez yatmırıq, o qədər ciddi hazırlaşırıq. Səhər isə məşqə çıxırıq. Heç də asan iş deyil. Kənardan asan görünsə də, çox çətindir”.

Before yesterdayMain stream

Yuri Vernidub: “Avrokuboklara getməməyimiz faciə olmaz”

15 March 2026 at 21:30

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Maraqlı oyun alındı. “Qəbələ” uduzsa da, onların oyunu mənim xoşuma gəlir. Hakimliklə bağlı onu deyə bilərəm ki, bu cür davam edərsə, hər şey yaxşı olacaq. Qəbələdə çox gözəl futbol mərkəzi var. Stadion superdir. Məşq üçün də çox gözəl meydançaları var.

Bizim avrokuboklara getməməyimiz faciə olmaz, sadəcə xoşagəlməz hadisə olar. Bir neçə namizəd var. Əlimizdən gələni edəcəyik. Hələ 10 tur qalıb. Uğur bizim əl, ayaq və bədənimizdən asılıdır”.

Vernidub ötən turda qarşılaşdıqları “Turan Tovuz”la matçdan sonra rəqibin baş məşqçisi Kurban Berdıyevlə görüşməsinin Ukrayna mətbuatında xoş qarşılanmamasından da söz açıb:

“Yazılanlar mənə maraqlı deyil. Bilmirəm, Berdıyevin neçə pasportu var. Bildiyim qədərilə o, türkməndir. Şəkillərdə nə qoyduğunu da bilmirdim. Qısası, müharibənin ilk günündə necə idimsə, indi də eləyəm. Kimlər ki, bu barədə yazırlar, desinlər görək dörd il ərzində nə ediblər? Mənim 60 yaşım var, nə qədər istəsələr təxribata çəksinlər. Mən futboldayam və işimə davam edirəm”.

❌
❌