Normal view

Yesterday — 1 April 2026Main stream

İtaliya millisi ilk dəfə bu aqibətlə üzləşdi

1 April 2026 at 20:00

Ötən gecə Bosniya və Herseqovina yığması ilə həlledici oyundan məğlub ayrılmış İtaliya millisi antirekorda imza atıb.

Arena.az xəbər verir ki, dördqat (1934, 1938, 1982, 2006) dünya çempionu ilk dəfə ardıcıl 3 mundialdan kənarda qalıb.

Bu, ötən gecə baş tutan pley-off mərhələsinin həlledici oyununda Bosniya və Herseqovina ilə matçda reallaşıb. Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:1) Bosniya və Herseqovina millisi sensasiyaya imza ataraq Cennaro Qattuzonun baş məşqçisi olduğu İtaliya yığmasını turnirdən kənarlaşdırıb.

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə 2006-cı ildə dünya çempionu olub. Ancaq bu komanda son 3 mundialın seçmə mərhələsində uğurlu çıxış edə bilməyərək final mərhələsindən kənarda qalıb.

❌
❌