Normal view

Yesterday — 13 December 2025Main stream

Anri Salahı tənqid etdi

13 December 2025 at 14:00

Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri, “Liverpul”un 33 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salahı tənqid edib.

Arena.az veteran futbolçunun müvafiq fikrini təqdim edir:

“Mənim də məşqçilərimlə fəsadlarım olub… Amma bu haqda ictimai surətdə danışdığımı eşitmisinizmi? Heç vaxt. Klubumu qorumuşam. Hər şeyi komanda daxilində çözmək gərəkdir, əgər getmək və fikrini demək istəyirsənsə, bunu uyğun vaxtda etmək gərəkdir”, deyə Anri vurğulayıb.

Xatırladaq ki, Salah əsas heyətdə yerini itirdiyindən, “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slotu ictimai surətdə tənqid etməsilə gündəmə gəlib. Bununla da o, uğursuzluqlar zolağında çabalayan “Liverpul”da böyük fəsad yaradıb.

Hazırda Salahın karyerasını Səudiyyə Ərəbistanında və ya MLS-də davam etdirəcəyi barədə xəbərlər dolaşmaqdadır. Hətta bəzi Avropa nəhənglərinin də onu öz heyətinə qatmaqda maraqlı olduğu bildirilir. Bunlardan birinin də Almaniya çempionu “Bayern” olduğu bildirilirdi. Lakin Münhen təmsilçisinin idman direktoru Maks Eberl müvafiq keçiddə maraqı olmadıqlarını bildirib:

“Məhəmməd Salah? Bizim görkəmli istedadımız var – Lennart Karl. Onun yolu üzərinə kimisə qoymaq, hazırda tamamilə mənasızdır”, deyə alman mütəxəssis vurğulayıb.

MLS-in rəhbəri Don Qarber isə Məhəmməd Salahın bu liqaya mümkün keçidi ilə bağlı sualı belə cavablayıb:

“Əgər Salah nə vaxtsa MLS-ə keçməyə qərar versə, biz onu sevinclə qəbul etməyə hazırıq”.

Upamekanonun daha iki “elçi”si var

13 December 2025 at 16:26

“Bayern”in müdafiəçisi Dayot Upamekano daha iki top-klubun maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə maraqlanan klubların siyahısına İngiltərə Premyer Liqasının top-klubları – “Mançester Siti” və “Çelsi” də qoşulub.

Premyer Liqa təmsilçiləri artıq 27 yaşlı müdafiəçinin transferi üzərində işləməyə başlayıblar. Upamekano mövsümün sonunda, müqaviləsinin müddəti başa çatdıqdan sonra “Bayern”dən azad agent kimi ayrıla bilər.

Daha əvvəl Upamekano uğrunda mübarizədə favoritlər kimi “Real” və PSJ göstərilirdi. Həmçinin, “Liverpul”un da onunla maraqlandığı barədə məlumatlar yayılmışdı. Buna baxmayaraq, Münhen klubunun rəhbərliyi Upamekanonu müqavilənin müddətini uzatmağa razı salmaq niyyətindən hələ də əl çəkməyib.

The post Upamekanonun daha iki “elçi”si var appeared first on Komanda.az.

Before yesterdayMain stream

Maykl Olise – Bundesliqada noyabrın ən yaxşı futbolçusu!

11 December 2025 at 23:55

“Bayern”in fransalı cinah hücumçusu Maykl Olise futbol üzrə Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Olise səsvermədə Deniz Undav (Ştutqart), Vouter Burger (Hoffenhaym), Yan Diomande (Leypsiq), Danilyo Doexi (Union Berlin) və İbrahim Maza (Bayer) kimi futbolçuları qabaqlayıb.

Fransalı futbolçu ötən ay keçirdiyi 6 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Bundesliqada avqust ayının da ən yaxşısı Olise seçilmişdi. Sentyabrda Münhen təmsilçisinin digər hücumçusu Harri Keyn fərqlənmişdi. Oktyabrda isə “Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt ən yaxşı elan edilmişdi.

“Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.

Olise “Bayern”in heyətində 78 oyuna çıxıb, 29 qol və 37 məhsuldar ötürmə müəllifi olub.

Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.

Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 13 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Lennart Karl Çempionlar Liqasının tarixinə düşdü

10 December 2025 at 17:00

Almaniyanın “Bayern” klubunun yeniyetmə yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir.

Alman oyunçu buna UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Portuqaliya təmsilçisi “Sportinq”ə qalib gəldikləri (3:1) oyunda fərqlənməklə nail olub.

Münhen komandasının ikinci qoluna imza atan Karl ÇL-də ardıcıl üç matçda buna nail olan ən gənc futbolçu adına sahib çıxıb. Almaniyalı yarımmüdafiəçi bunu 17 yaş 290 günlüyündə bacarmaqla yeni rekordçu olub.

Daha əvvəl fransalı Kilian Mbappe 18 yaş 113 günlüyündə Çempionlar Liqasında ardıcıl üç qarşılaşmada fərqlənmişdi.

Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu bu ildən əsas komandaya cəlb edilir. O, cari mövsümdə Münhen klubunun əsas komandasının heyətində 20 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15, U-16, U-17 yığmalarında forma geyinib, bu ildən isə U-21-ə cəlb edilir.

“Transfermarkt” internet-portalı 17 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

“Luis Dias bizə nəhəng xeyir verir”

6 December 2025 at 16:00

“Bayern”in idman diektoru Kristof Froynd Münhen klubunun yeni transferi, kolumbiyalı cinah hücumçusu Luis Dias haqda danışıb.

Arena.az xəbər verir ki, avstriyalı mütəxəssis təcrübəli oyunçudan razılığını ifadə edib:

“Luis əla transferdir. O, öz oyunu ilə bizə nəhəng xeyir verir. Dias ən məsuliyyətli məqamda parlamağa həmişə hazırdır. O, “Bayern” üçün fövqəladə vacibdir”, deyə Froynd vurğulayıb.

Xatırladaq ki, Luis Dias 2025-ci ilin yayında “Liverpul”dan ayrılaraq “Bayern”lə 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid Almaniya nəhənginə 70 milyon avro məbləğ müqabilində başa gəlib.

Luis “Bayern”də 20 oyuna çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Luis Dias “Barrankilya”nın məzunudur. Hücumçu, karyerası ərzində “Atletiko Xunior”, “Portu” və “Liverpul”da çıxış edib.

Dias 2018-ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya yığmasının heyətində 70 oyuna 21 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 28 yaşlı kolumbiyalı sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

❌
❌