Normal view

Today — 15 April 2026Main stream

“Kənardan kiminsə mənim haqda nə düşündüyü maraqlı deyil”

15 April 2026 at 16:30

“Kəpəz” Misli Premyer Liqasında son iki oyunda uduzub. Milli fasilədən öncə “Qarabağ”a qalib gələn (1:0) gəncəlilər ardıcıl “Qəbələ”yə 1:2, “Karvan-Yevlax”a isə 1:4 hesabıyla məğlub olub.

“Kəpəz”in qapıçısı Yusif İmanov “Futbolpress.az“a açıqlamasında nəticələri şərh etdi:

“Komandada eyforiya yoxdur. Oyunlara maksimum hazırlaşırıq. Meydanda məşqçilərin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Futboldur, bəzən hər şey istədiyin kimi alınmır. Səhvlərimizi təhlil edirik. Ümid edirəm ki, növbəti oyunlarda yenidən yaxşı nəticələr qazanarıq”.

Qolkiper son iki oyunda 6 qol buraxması ilə bağlı bunları söylədi:

“Buraxılan qolların hamısında mənim səhvimin olduğunu düşünmürəm. Belə fikirləşən varsa, yəqin, oyunlara yaxşı baxmayıb. Hər rəqibə qarşı maksimum hazırlaşırıq və meydanda əlimizdən gələni edirik”.

İmanovun milli komandaya dəvət almaması gündəm yaratmışdı. Yığmanın baş məşqçisi Ayxan Abbasov onun yaxşı formada olmadığını əsas gətirərək düşərgəyə çağırmadığını bildirmişdi. İmanov məşqçinin qərarına hörmətlə yanaşdığını, növbəti toplanışlarda yer almaq üçün çox çalışacağını qeyd etdi:

“İşimə fokuslanmışam. Millidəki seçimlərə və məşqçilərin qərarına hörmətlə yanaşıram. Çalışacam ki, növbəti toplanışa məni də çağırsınlar. Əlimdən gələni edirəm. Kənardan kiminsə mənim haqda nə düşündüyü maraqlı deyil. İşimi görürəm və komandama kömək olmağa çalışıram”.

Şahin Cəfərov

❌
❌