Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.
Altı qolun qeydə alındığı “Loryan” – “Brest” matçında, eləcə də dörd qolluq “Renn” – “Oser” görüşlərində qalib müəyyənləşməyib. “Lans” “Paris”i, “Tuluza” isə “Mets”i məğlub yola salıb. “Nant”ın qonağı olan “Lill” də səfərdə inamlı qələbəyə sevinib.
Beləliklə, 8 turdan sonra 18 xalı olan Marsel “Olimpik”i vahid liderdir. PSJ 17 xalla ikincidir. “Strasburq” və “Lans”ın 16, Lion “Olimpik”inin 15, “Lill” və “Monako”nun isə 14 xalı var.
Fransa, Liqa 1
8-ci tur
17 oktyabr
PSJ – Strasburq 3:3
Qollar: Barkola, 6. Q.Ramos, 58-pen. Mayulu, 799 – Panikelli, 26; 49. D.Moreyra, 41.
18 oktyabr
Nitsa – Olimpik (Lion) 3:2
Qollar: Bard, 5. Diop, 35. Budaui, 55 – Şults, 29; 90+5.
Anje – Monako 1:1
Qollar: Şerif, 85 – Baloqun, 72.
Olimpik (Marsel) – Havr 6:2
Qollar: Qrinvud, 35-pen; 67; 72; 76. Vas, 88. Murilyo, 90+3 – Kexta, 24. A.Ture, 90+2.
19 oktyabr
Lans – Paris 2:1
Qollar: Eduard, 17. Baydu, 64 – Melu, 27.
Loryan – Brest 3:3
Qollar: Le Bris, 2. Kuassi, 55. Sumano, 89 – Ebimbe, 34. Makenqo, 44-öz qapısına. Del Kastilyo, 86-pen.
Renn – Oser 2:2
Qollar: Embolo, 18. Fofana, 56 – Namaso, 8. Sinayoko, 72-pen.
Tuluza – Mets 4:0
Qollar: Maqri, 2. Donnum, 8-pen. Qboho, 79. Kressuel, 84.
Nant – Lill 0:2
Qollar: Haraldsson, 8. İqamane, 89.
The post Liqa 1: “Lans” “Paris”ə, “Lill” “Nant”a qalib gəldi appeared first on ARENA.AZ.