Normal view

Today — 14 December 2025Main stream

Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub

14 December 2025 at 16:46

“Real”ın hücumçusu Vinisius Juniorun yaxın zamanda klubdan ayrılacağı ehtimalı azdır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid klubu braziliyalı futbolçunun müqaviləsini yeniləyəcəyinə tamamilə əmindir. Klub rəhbərliyi oyunçuya tam etibar edir və müqaviləsi bitdikdən sonra onun komandanı azad agent kimi tərk etməyəcəyinə inanırlar.

Həmçinin, Vinisiusun baş məşqçi Xabi Alonso ilə münaqişəsi tam həll olunub. Baş məşqçi forvardı “toxunulmaz” hesab edir.

Bu mövsüm mətbuatda yeni müqavilə şərtləriylə bağlı fikir ayrılıqları səbəbindən, 25 yaşlı futbolçunun 2026-cı ildə mümkün satışı haqda mütəmadi olaraq məlumatlar dolaşıb.

The post Vinisiusla bağlı bütün söz-söhbətlərə son qoyulub appeared first on Komanda.az.

La Liqa klubu baş məşqçisi ilə vidalaşdı

14 December 2025 at 15:38

“Real Sosyedad” klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Komanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. Fransisko bu posta iyulda təyin olunmuşdu.

The post La Liqa klubu baş məşqçisi ilə vidalaşdı appeared first on Komanda.az.

“Real” fransalı futbolçunu satmağı planlaşdırır

14 December 2025 at 15:31

“Real” yarımmüdafiəçi Eduardo Kamavinqanı zədələrinə görə satmağı düşünür.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, Madrid klubu təxminən 100 milyon avro dəyərində təklifləri nəzərdən keçirməyə hazırdır. Klub 23 yaşlı futbolçunun potensial satışından əldə edilən gəliri digər yarımmüdafiəçilərin alınmasına yatırmağı planlaşdırır.

Kamavinqa bu ilin avqust ayından bəri ayaq biləyi problemləri səbəbindən 48 gün meydandan kənarda qalıb. O, bu mövsüm bütün yarışlarda 15 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post “Real” fransalı futbolçunu satmağı planlaşdırır appeared first on Komanda.az.

Serxio Fransisko “Real Sosyedad”dan qovuldu

14 December 2025 at 15:00

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad” komandasının baş məşqçisi Serxio Fransisko istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.

46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.

İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Onun köməkçisi İmanol Aqirreçe olacaq.

Xatırladaq, Serxio Fransisko bu ilin iyul ayında “Real Sosyedad”ın baş məşqçisi təyin edilmişdi. Həmin vaxt ispan mütəxəssislə 1 illik müqavilə imzalanmışdı.

Serxio Fransisko 2022-ci ildən “Real Sosyedad”ın İspaniya üçüncü liqasında çıxış edən ikinci komandasını çalışdırıb. O, əsas komandanı 18 oyuna çıxarıb, 6 qələbə, 4 heç-heçə və 8 məğlubuyyət görüb.

Cari mövsümdə keçirdiyi 16 oyunda 16 xal toplamış Sosyedad komandası İspaniya La Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xabi Alonso risk etməyə hazırdır

14 December 2025 at 14:29

“Real” bu gün La Liqada “Alaves”lə səfər oyununa hazırlaşır.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, bu matç baş məşqçi Xabi Alonsonun komandada son oyunu ola bilər. Xal itkisi olarsa, o, postundan uzaqlaşdırılacaq. İspaniyalı məşqçi isə risk etməyə, eyni vaxtda Kilian Mbappe, Vinisius Junior, Rodriqo və Çud Bellingemı meydana buraxmağa hazırdır.

Madrid komandası hazırda La Liqada lider “Barselona”dan 7 xal geridə qalaraq ikinci yerdədir. Kataloniyalılar dünən “Osasuna”nı 2:0 hesabıyla məğlub ediblər.

The post Xabi Alonso risk etməyə hazırdır appeared first on Komanda.az.

Flik: “Kubarsi fantastik səviyyədədir”

14 December 2025 at 11:23

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Osasuna” üzərində 2:0 hesablı qələbədən sonra mərkəz müdafiəçisi Pau Kubarsinin oyununu yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Düşünürəm ki, Kubarsi fantastik səviyyədədir. Bu, onun üçüncü mövsümüdür və inanılmaz dərəcədə inkişaf edib”.

18 yaşlı futbolçu 75-ci dəqiqəyə qədər oynayaraq, “Barselona”nın qapısını toxunulmaz saxlamasına kömək edib. O, bu mövsüm komanda ilə 19 oyunda iştirak edib. Kubarsi La Liqada debütünü 2024-cü ilin yanvar ayında gerçəkləşdirib.

“Barselona” 17 oyundan sonra 43 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.

The post Flik: “Kubarsi fantastik səviyyədədir” appeared first on Komanda.az.

La Liqanın rəhbərindən Xabi Alonsoya məsləhət

14 December 2025 at 10:28

İspaniya La Liqasının prezidenti Xavyer Tebas istefa təhlükəsi ilə üz-üzə qalan “Real”ın baş məşqçisi Xabi Alonsoya məsləhət verib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisin peşəkarlığını yüksək qiymətləndirərək, ona dəstək nümayiş etdirib:

“Alonso özü olaraq qalmalıdır. O, Almaniya çempionatında kifayət qədər ciddi rəqabət şəraitində böyük uğurlar qazanıb. Tam formalaşmış mütəxəssisdir və yalnız irəli getməyə hazırdır. Ona və “Real”a dəstəyimi ifadə etmək istəyirəm. Onlar bu vəziyyətdən çıxış yolu tapacaqlar”.

Alonso yayda “Real”ın baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası son matçında, UEFA Çempionlar Liqası çərçivəsində evdə “Mançester Siti”yə 1:2 hesabı ilə məğlub olub.

The post La Liqanın rəhbərindən Xabi Alonsoya məsləhət appeared first on Komanda.az.

La Liqa: “Barselona”dan asan, “Atletiko”dan çətin qələbə

14 December 2025 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Madrid “Atletiko”su doğma meydanda “Valensiya”ya, “Malyorka” “Elçe”yə, “Barselona” isə “Osasuna”ya qalib gəlib. “Xetafe”nin qonağı olan “Espanyol” isə səfərdə 3 xala sevinib.

16-cı turun qalan görüşləri dekabrın 14-də və 15-də keçiriləcək.

İspaniya, La Liqa
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol: Kabrera, 53.

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

“Barselona” inamlı qələbəyə sevindi

14 December 2025 at 02:28

İspaniya La Liqasında 16-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Atletiko” evdə “Valensiya”ya, “Malyorka” “Elçe”yə, “Barselona” “Osasuna”ya qalib gəlib. “Xetafe” isə evdə “Espanyol”a uduzub.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

Atletiko – Valensiya 2:1
Qollar
: Koke, 17. Qrizmann, 74 – Beltran, 63.

Malyorka – Elçe 3:1
Qollar
: Morlanes, 5. Maskarell, 82. Muriqi, 89 – Maffeo, 21-öz qapısına.

Barselona – Osasuna 2:0
Qollar
: Rafinya, 70; 86.

Xetafe – Espanyol 0:1
Qol
: Kabrera, 53.

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Barselona” inamlı qələbəyə sevindi appeared first on Komanda.az.

Yesterday — 13 December 2025Main stream

Flik: “Tərəqqi üçün həmişə əsasımız var”

13 December 2025 at 15:00

Futbol üzrə İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hansi Flik Kataloniya klubunun cari mövsümdəki tərəqqisini qiymətləndirib.

Arena.az alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm ki, biz inkişafımızı heç vaxt dayandırmırıq. Axı tərəqqi üçün həmişə əsasımız var”, deyə Flik vurğulayıb.

Almaniyalı mütəxəssis “blauqrana”nın rəqibləri ilə bağlı sualı da cavablayıb:

“Biz həmişə özümüzə köklənmişik. Rəqiblərimizə baxmırıq və bu barədə danışmaq istəmirik”.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 16 oyuna topladığı 40 xalla liderdir. Hansi Flikin rəhbərlik etdiyi komanda 16 oyunda 13 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 47 qol vurduğu halda, 20 top buraxıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Barsa” 6 oyuna 3 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyət alıb. Top fərqi isə belədir – 14:11. İspaniya çempionu 10 xalla 15-ci pillədə qərarlaşıb.

Erik Qarsiya karyerasını “Barselona”da bitirməyi arzulayır

13 December 2025 at 12:00

Futbol üzrə İspaniya millisinin və “Barselona”nın 24 yaşlı mərkəz müdafiəçisi Erik Qarsiya “blauqrana” ilə bağlı arzusunu dilə gətirib.

Arena.az ispan futbolçunun müvafiq açıqlamasını tədim edir:

“Uşaqlıqdan arzu etdiyim xəyalla yaşayıram – “Barsa”da uğura müvəffəq olmaq və çoxlu qənimət qazanmaq. Cari iddiam – burada bütün ömrümü keçirməyimdir”, deyə Qarsiya vurğulayıb.

Erik “Barselona”nın kapitanı olmaq istəyindən də söhbət açıb:

“Kapitanlıq mənim üçün məqsəd deyil – bu, təbii surətdə gələ bilər. Həmişə komanda yoldaşlarıma kömək etmək xoşuma gəlib”, deyə Qarsiya vurğulayıb.

Xatırladaq ki, Erik Qarsiya “Barselona”nın öz yetirməsidir. 2017-2021-ci illər aralığında İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş ispan mərkəz müdafiəçisi 2021-ci ilin iyulunda azad agent kimi yenidən Kataloniya klubuna qayıdıb. O, bir mövsüm icarə əsasında İspaniyanın digər klubu “Jirona”da da çıxış edib. Müdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qol vurub.

Qarsiyanın “Barselona” karyerası bütövlükdə 137 oyun, 7 qol və 6 məhsuldar ötürmədən ibarətdir. Onun Kataloniya klubu ilə 2030-cu ilin 30 iyununadək müqaviləsi var.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erik, 2020-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Alonsonun taleyi “Alaves”lə oyundan asılıdır

13 December 2025 at 11:18

“Real”ın baş məşqçisi Xabi Alonsonun vəzifəsini itirmə riski yarandığı bildirilir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, La Liqada “Alaves”lə qarşıdakı oyunda uğursuz nəticə “kral klubu”nun rəhbərliyini ispaniyalı mütəxəssislə yolları ayırmağa vadar edə bilər.

Alonsonun mümkün əvəzləyicisi kimi əsas namizəd Zinəddin Zidan göstərilir. Fransalı mütəxəssis 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb. Ancaq hazırda Madrid klubu Zidanın qayıdışı ilə bağlı onunla heç bir danışıqlar aparmır.

Xabi Alonso bu ilin iyununda “Real”ın baş məşqçisi təyin olunub. Ondan əvvəl komandaya dörd il ərzində italiyalı Karlo Ançelotti rəhbərlik edirdi.

The post Alonsonun taleyi “Alaves”lə oyundan asılıdır appeared first on Komanda.az.

Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram”

13 December 2025 at 08:29

“Barselona”nın cinah oyunçusu Markus Reşforddan İngiltərədən köçdükdən sonra Kataloniya klubuna necə uyğunlaşdığı soruşulub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu özünü rahat hiss etdiyini bildirib:

“Bütün komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Əvvəldən şəhərdə özümü rahat hiss edirəm. Mançesterdən kənarda ilk dəfədir yaşayıram, amma artıq özümü evdəki kimi hiss etməyə başlayıram. İspan dilimi daha da inkişaf etdirmək istəyirəm, bunun üzərində çox çalışıram”.

“Barselona” 28 yaşlı futbolçunu bu ilin yayında “Mançester Yunayted”dən icarəyə götürüb. Reşford “Barselona”nın heyətində bütün yarışlarda 21 oyunda 6 qol vurub və 11 məhsuldar ötürmə edib.

The post Reşford: “Artıq özümü evdəki kimi hiss etməyə başlayıram” appeared first on Komanda.az.

“Jirona”dan əzmkar qələbə

13 December 2025 at 02:28

İspaniya La Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Real Sosyedad” evdə “Jirona” ilə qarşılaşıb. Oyun qonaqların əzmkar qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar
: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

17:00. Atletiko – Valensiya
19:15. Malyorka – Elçe
21:30. Barselona – Osasuna
00:00. Xetafe – Espanyol

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

The post “Jirona”dan əzmkar qələbə appeared first on Komanda.az.

La Liqa: “Real Sosyedad” “Jirona”ya evdə uduzdu

13 December 2025 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Real Sosyedad” doğma meydanda “Jirona” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb.

16-cı turun qalan görüşləri dekabrın 13-də, 14-də və 15-də keçiriləcək.

İspaniya, La Liqa
16-cı tur

12 dekabr

Real Sosyedad – Jirona 1:2
Qollar: Qedes, 35 – Siqankov, 76; 84.

13 dekabr

17:00. Atletiko – Valensiya
19:15. Malyorka – Elçe
21:30. Barselona – Osasuna
00:00. Xetafe – Espanyol

14 dekabr

17:00. Sevilya – Real Ovyedo
19:15. Selta – Atletik
21.30. Levante – Vilyarreal
00:00. Alaves – Real

15 dekabr

00:00. Rayo Valyekano – Betis

Benzema “Real”ın əsas fəsadını açıqladı

12 December 2025 at 20:00

“Real”ın keçmiş oyunçusu, fransalı ulduz hücumçu Kərim Benzema, İspaniya klubunun əsas fəsadı ilə bağlı qənaətini açıqllayıb.

Arena.az hazırda Səudiyyə Ərəbistanı “Əl-İttihad”ında çıxış edən futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Onların ancaq Kilian Mbappe, Vinisius Junior, Cud Belliingem və Rodriqo arasında qarşılıqlı anlaşması əskikdir. Hər kəs nə etməli olduğunu başa düşməlidir. Bu, mürəkkəbdir. Hər bir futbolçunun öz “mən”i var. Bu ulduzlar özlərinə deməlidirlər ki, onların hər biri komandaya öz töhfəsini bəxş edə bilər. Amma hər şeydən vacibi, onlara bir-biri ilə ünsiyyətin gərək olmasıdır”, deyə Benzema vurğulayıb.

Yeri gəlmişkən, “Real”ın prezidenti Florentino Peres də Madrid klubunun azarkeşləri haqda fərəhlə söhbət açıb:

“Real”ın azarkeşləri bütün dünyada var. “Real”ın tərəfdarlarının sayı Avropa birliyinin sakinlərinin sayından çoxdur. Bizim gücümüz, böyük ailə olmağımızdadır”, deyə Peres vurğulayıb.

Xatırladaq ki, Madrid təmsilçisi İspaniya La Liqasında keçirdiyi 16 oyunda 36 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Komanda bu oyunlarda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Real” 6 oyuna 4 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. 12 xala malik İspaniya nəhəngi 7-ci pillədə qərarlaşıb.

“Real”ın son uğursuzluqaları mənzərəsində baş məşqçi Xabi Alonsonun istefası gündəmdədir.

Tyerri Anri: “Xabi Alonsoya yazığım gəlir”

12 December 2025 at 15:00

Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri Madrid “Real”ının ispaniyalı baş məşqçisi Xabi Alonsoya acıdığını dilə gətirib.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Xabi Alonsoya yazığım gəlir. Onun “Bayer”də müvəffəq olduqlarını hamı görüb. O vaxt o, onu dinləməyə hazır olan, tələblərinə əməl edən bir komandanı çalışdırırdı”, deyə Tyerri Anri vurğulayıb.

Braziliyalı əfsanəvi futbolçu Rivaldo da Xabi Alonsonun Madrid klubundan mümkün gedişinə münasibətini açıqlayıb:

“Ümidvaram ki, Xabi Alonso “Real”da qalacaq. O, əla məşqçidir və Almaniyada əla iş görüb. Amma o, getməyə qərar versə, “Liverpul”a keçidi əla seçim olar”, deyə Rivaldo vurğulayıb.

Xatırladaq ki, “Real”ın son uğursuzluqaları mənzərəsində Xabi Alonsonun istefası gündəmdədir.

Madrid təmsilçisi İspaniya La Liqasında keçirdiyi 16 oyunda 36 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Komanda bu oyunlarda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Real” 6 oyuna 4 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. 12 xala malik İspaniya nəhəngi 7-ci pillədə qərarlaşıb.

“Ayntraxt” fanatları “Kamp Nou”ya zərər vurublar

12 December 2025 at 11:00

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun azarkeşləri İspaniya çempionu “Barselona”nın “Kamp Nou” stadionuna zərər vurublar.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.

Sözügedən komandalar dekabrın 9-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Kataloniyada üz-üzə gəliblər. Oyunda hesabı 21-ci dəqiqədə Almaniya təmsilçisi açsa da, meydan sahibləri 50-ci və 53-cü dəqiqələrdə vurduğu qollar sayəsində əzmkar qələbəyə sevinib – 2:1.

“Ayntraxt” azarkeşləri bu matçda özlərini heç də nümunəvi aparmayıblar. Belə ki, qonaq tərəfdarlar yeni təmirdən çıxmış bu stadionun oturacaqlarının dərisini cırmaqla yanaşı, 7 məşəl yandıraraq meydana tərəf atıblar. Bundan başqa, onlar tualetlərin arakəsmə divarlarını dağıdıblar.

Xoşagəlməz hadisəyə görə bir çox yerli azarkeş yerlərini erkən tərk etmək məcburiyyətində qalıb. Polis asayişi pozan şəxsləri dərhal stadiondan uzaqlaşdırıb.

“Barselona” UEFA-ya dəymiş ziyanı ətraflı şəkildə əks etdirən hesabat təqdim edib. İspaniya klubu təzminat tələb etmək niyyətindədir.

Before yesterdayMain stream

“Barselona” niyə Antonini yox, Rafinyanı alıb? – Açıqlama

12 December 2025 at 20:30

“Barselona”nın sabiq idman direktoru Jordi Kroyff Kataloniya klubunun daha əvvəl Rafinya Dias və Antoni arasında seçim etməsinin səbəbini izah edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, funksioner bunu deyib:

“Mən “Barselona”da olanda Rafinya ilə Antoni arasında seçim etməli idik. Birincisini seçdik, çünki o, artıq Premyer Liqada özünü sübut etmişdi. Yəni, “Barselona”da uğursuz olsa belə, daha yüksək qiymətə satıla bilərdi”.

“Barselona” Rafinyanı 2022-ci ilin iyul ayında “Lids”dən alıb. Elə həmin yay Antoni “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Lakin Antoni İngiltərə klubunda uğursuz olub və nəticədə “Betis”ə transfer olunub.

The post “Barselona” niyə Antonini yox, Rafinyanı alıb? – Açıqlama appeared first on Komanda.az.

La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi

12 December 2025 at 19:29

“Real”ın hücumçusu Kilian Mbappe və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal İspaniya La Liqasının ən bahalı futbolçuları olublar.

Komanda.az “Transfermarkt” onlayn portalına istinadən xəbər verir ki, fransalı və ispaniyalı oyunçunun bazar dəyəri 200 milyon avroya bərabərdir.

Onları 160 milyon avro dəyəri olan Madrid klubunun və İngiltərə millisinin futbolçusu Çud Bellingem izləyir.

Hazırda La Liqanın turnir cədvəlinə 16 oyundan 40 xalla “Barselona” başçılıq edir. “Real” 36 xalla ikincidir.

The post La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi appeared first on Komanda.az.

Erik Qarsiya “Barselona” ilə yeni müqaviləyə imza atdı

11 December 2025 at 22:00

Futbol üzrə İspaniya milli komandasının və “Barselona” mərkəz müdafiəçisi Erik Qarsiya Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Erik Qarsiya “Barselona”nın öz yetirməsidir. 2017-2021-ci illər aralığında İngiltərədə “Mançester Siti”nin formasını geyinmiş ispan mərkəz müdafiəçisi 2021-ci ilin iyulunda azad agent kimi yenidən Kataloniya klubuna qayıdıb. O, bir mövsüm icarə əsasında İspaniyanın digər klubu “Jirona”da da çıxış edib. Müdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 5 qol vurub.

Qarsiyanın “Barselona” karyerası bütövlükdə 137 oyun, 7 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Erik, 2020-ci ilin sentyabr ayında əsas millidə debüt edib. O, İspaniya yığmasının heyətində 19 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Mark-Andre Ter Ştegen sıraya döndü

9 December 2025 at 17:30

“Barselona”nın 33 yaşlı almaniyalı əsas qapıçısı və kapitanı Mark-Andre ter Ştegen zədəsini tam sağaldaraq sıraya dönüb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiper artıq komanda ilə məşqlərə başlayıb. Alman futbolçu belindəki problemlər səbəbindən mövsümün startını buraxmışdı.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Ter Ştegen “blauqrana” üçün 9 oyun keçirib, 11 qol buraxıb, 1 oyunda “çərçivə”sini qoldan qoruya bilib. Cari mövsümdə isə ona debüt qismət olmayıb.

Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 422 oyun, 416 buraxılmış qol və 175 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Antonio Rüdiger Səudiyyə Ərəbistanına getməyə hazırdır

9 December 2025 at 15:00

“Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçəcəyi ilə bağlı şayiələri cavablayıb.

Arena.az almaniyalı futbolçunun müvafiq cavabını təqdim edir:

“Səudiyyə Ərəbistanı? N’Qolo Kante Fransa yığmasına qayıdıb. Odur ki, kimsə Səudiyyə Ərəbistanına oynamağa gedirsə, bu, onun pis olacağı demək deyil”, deyə Rüdiger vurğulayıb.

Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rüdiger “Real”ın heyətində cəmi 4 oyuna çıxıb. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 160 oyun, 7 qol, 4 məhsuldar ötürmə.

Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 81 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

La Liqa: “Osasuna” “Levante”ni 2 cavabsız qolla yendi

9 December 2025 at 01:55

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış oyununda “Osasuna” doğma meydanda “Levante” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Beləliklə, geridə qalmış 15 turdan sonra 40 xala malik “Barselona” vahid liderdir. “Real” 36 xalla ikinci, “Vilyarreal” 35 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko”nun 31, “Espanyol”un 27, “Betis”in 24, “Atletik”in 23 xalı var.

İspaniya, La Liqa
15-ci tur

5 dekabr

Real Ovyedo – Malyorka 0:0

6 dekabr

Vilyarreal – Xetafe 2:0
Qollar: Buçanan, 45+5. Mikautadze, 64.

Alaves – Real Sosyedad 1:0
Qol: Boye, 45+4-pen.

Betis – Barselona 3:5
Qollar: Antoni, 6. Lyorente, 85. K.Hernandes, 90-pen – F.Torres, 11; 13; 40. Bardqi, 31. Yamal, 59-pen.

Atletik – Atletiko 1:0
Qol: Berencer, 85.

7 dekabr

Elçe – Jirona 3:0
Qollar: Valera, 40. Mir, 51; 57.

Valensiya – Sevilya 1:1
Qollar: Duro, 90+3 – Tarreqa, 58-öz qapısına.

Espanyol – Rayo Valyekano 1:0
Qol: J.Fernandes, 39-pen.

Real – Selta 0:2
Qol: Svedberq, 53; 90+3.

8 dekabr

Osasuna – Levante 2:0
Qollar: Munyos, 13. R.Qarsiya, 36.

“Real”ın futbolçusu 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq

8 December 2025 at 18:00

İspaniyanın “Real” (Madrid) klubunun mərkəz müdafiəçisi, braziliyalı futbolçu Eder Militao 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az yerli mətbuata istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin La Liqanın 15-ci turunda “Selta” ilə matçda zədələnməsi səbəb olub.

Braziliyalı oyunçunun sol ayağındakı zədəsinin ciddi olduğu aşkarlanıb. Onun bu zədə səbəbindən mövsümün böyük hissəsini buraxması ehtimal olunur.

Xatırladaq ki, “Selta” “Real”ı səfərdə 2 cavabsız qolla üstələyib. Militao zədələndiyi üçün bu matçın 24-cü dəqiqəsində əvəzlənib.

Eder Militao “San Paulo”nun yetirməsidir. Braziliyalı futbolçu “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro məbləğ müqabilində “Portu”dan keçib. Militaonun İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Vurğulayaq ki, “Real” Militao ilə müqaviləsinin müddətini 2024-cü ilin yanvarında, futbolçu zədəli ikən uzadıb.

Cari mövsümdə Militao “Real” üçün 16 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 189 oyun, 13 qol, 7 məhsuldar ötürmə.

Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.

Eder Militao “Kral klubu” ilə 3 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Eder Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 38 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Quti: “ÇL-i qazanmaq “Real” üçün çətin olacaq”

8 December 2025 at 15:30

Madrid “Real”ının ispaniyalı keçmiş yarmmüdafiəçisi Quti İspaniya klubunun 2025/2026-cı illər mövsümündəki çıxışına dair açıqlama verib.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Ümidvaram, “Real” hər şeyi qazanacaq, amma düşünürəm ki, UEFA Çempionlar Liqasında qalibiyyəti çətin olacaq. Nəinki “Real”, bu, həmçinin “Barselona” və Madrid “Atletiko”su üçün də çətin olacaq…”, deyə Quti vurğulayıb.

Xatırladaq ki, “Real” ötən gecə “Selta”ya uduzmaqla İspaniya La Liqasının 2025/2026-cı illər mövsümündəki liderlik mövqeyini itirib. Madrid təmsilçisi hazırda 36 xalla 2-ci pillədə qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır. Xabi Alonsonun rəhbərlik etdiyi komanda bu mövsüm keçirdiyi 16 oyunda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

“Real”ın UEFA Çempionlar Liqasındakı işləri isə heç də pis getmir. Komanda keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, 1 məğlubiyyət alıb. Madridlilər 12 xalla 5-cidirlər.

Deku: “Rafinya müstəsna oyunçudur”

8 December 2025 at 14:30

“Barselona”nın idman direktoru Rafinya “blauqrana”nın braziliyalı ulduz hücumçusu Rafinya haqda qənaətini açıqlayıb.

Arena.az Dekunun müvafiq açıqlamasını təqdim edir:

“Rafinya müstəsna oyunçudur. O, “Barselona” üçün çox vacibdir. Rafa komandaya ilham verir və azarkeşlərimizin hörmətinə layiqdir”, deyə Deku vurğulayıb.

Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 11 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 155 oyun, 58 qol və 54 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Villiot Svedberq unikal nailiyyətə imza atdı

8 December 2025 at 13:00

İspaniyanın “Selta” klubunun İsveçdən olan 21 yaşlı sol cinah hücumçusu Villiot Svedberq unikal nailliyətə imza atıb.

Arena.az xəbər verir ki, vinger buna İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Real”a qalib gəldikləri matçda fərqlənməklə nail olub.

Bu matçda dubl edən isveçli oyunçu 2018-ci ilin oktyabrından sonra “Real”a qarşı ardıcıl üç çempionat görüşündə qol vurmuş ilk əcnəbi futbolçudur. Daha əvvəl “Barselona”nın sabiq hücumçusu Luis Suares ardıcıl üç oyunda bunu bacarmışdı.

Xatırladaq ki, “Selta” “Real”ı səfərdə iki cavabsız qolla məğlub edib.

Villiot Svedberq İsveçin “Hammarbü” klubunun yetirməsidir. “Frey” və “Hammarbü Talanq”da da oynamış futbolçu 2022-ci ildən “Selta”nın uğurları üçün çalışır. 21 yaşlı futbolçu La Liqa klubunun heyətində 73 oyuna çıxıb, 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Svedberq İsveçin U-15, U-16, U-18, U-19, U-21 yığmalarında oynayıb, 2024-cü ildə isə əsas millidə 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 21 yaşlı vingerin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

La Liqa: “Real” “Selta”ya 2 cavabsız qolla uduzdu

8 December 2025 at 01:55

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Valensiya” – “Sevilya” matçında qalib müəyyənləşməyib. “Elçe” “Jirona”nı, “Espanyol” isə “Rayo Valyekano”nu xalsız yola salıb. Madrid “Real” isə doğma meydanda “Selta”ya 2 cavabsız qolla uduzub.

Tura dekabrın 8-də keçiriləcək “Osasuna” – “Levante” matçı ilə yekun vurulacaq.

İspaniya, La Liqa
15-ci tur

5 dekabr

Real Ovyedo – Malyorka 0:0

6 dekabr

Vilyarreal – Xetafe 2:0
Qollar: Buçanan, 45+5. Mikautadze, 64.

Alaves – Real Sosyedad 1:0
Qol: Boye, 45+4-pen.

Betis – Barselona 3:5
Qollar: Antoni, 6. Lyorente, 85. K.Hernandes, 90-pen – F.Torres, 11; 13; 40. Bardqi, 31. Yamal, 59-pen.

Atletik – Atletiko 1:0
Qol: Berencer, 85.

7 dekabr

Elçe – Jirona 3:0
Qollar: Valera, 40. Mir, 51; 57.

Valensiya – Sevilya 1:1
Qollar: Duro, 90+3 – Tarreqa, 58-öz qapısına.

Espanyol – Rayo Valyekano 1:0
Qol: J.Fernandes, 39-pen.

Real – Selta 0:2
Qol: Svedberq, 53; 90+3.

8 dekabr

00:00. Osasuna – Levante

Lamin Yamal – La Liqada noyabrın ən yaxşı oyunçusu!

7 December 2025 at 20:00

İspaniya millisinin və “Barselona”nın cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Yamal noyabrda “Barselona”ın heyətində La Liqa çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub, komandası isə bütün görüşlərdə qələbəyə sevinib.

İspaniyalı futbolçu səsvermədə Kilian Mbappe (“Real”), Antuan Qrizmann (“Atletiko”), Mikel Oyarsabal (“Real Sosyedad”) və Jerar Morenonu (“Vilyarreal”) geridə qoyub.

Bu, Yamalın La Liqada 2-ci, cari mövsümdə isə ilk belə uğurudur. O, ötən mövsümdə, 2024-cü ilin sentyabr ayında da ən yaxşı seçilmişdi.

Cari mövsümün ilk belə mükafatını “Vilyarreal”da çıxış edən Nikolas Pepe qazanmışdı. Sentyabr və okyabr aylarında isə “Real”ın fransalı hücumçusu Kilian Mbappe fərqlənmişdi.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 122 oyun, 33 qol və 43 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.

Peti: “Barselona”nın ÇL-i qazanması mümkündüzdür”

7 December 2025 at 14:00

Fransa yığmasının keçmiş üzvü Emmanuel Peti “Barselona”nın cari mövsümdə Çempionlar Liqasını qazanmayacağını iddia edib.

Arena.az xəbər verir ki, veteran futbolçu bunun səbəbini belə izah edib:

“UEFA Çempionlar Liqasını belə müdafiəçilərlə qazamaq olarmı? Heç bir halda! Bu, mümkünsüzdür. Onlar bir ucdan qollar “yeyirlər”. “Barselona”nın hücumu yaxşıdır, müdafiəsi isə heç…”, deyə Peti vurğulayıb.

Yeri gəlmişkən, “Barselona”nın idman direktoru Deku bildirib ki, klubun gənc oyunçuların xidmətindən istifadə etməsi, heç də maliyyə imkanlarının aşağı olmasından qaynaqlanmır:

“Biz gənc oyunçuları ona görə istifadə edirik ki, onlar kifayət qədər yaxşıdırlar. Kifayət qədər yaxşı olmadıqda, “Barselona” üçün çıxış edə bilməzsən”, deyə Deku vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 16 oyuna topladığı 40 xalla liderdir. Hansi Flikin rəhbərlik etdiyi komanda 16 oyunda 13 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 47 qol vurduğu halda, 20 top buraxıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Barsa” 5 oyuna 2 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyət alıb. Top fərqi isə belədir – 12:10. İspaniya çempionu 7 xalla “Napoli” və “Qarabağ”la birgə 18-20-ci pillələri bölüşdürür.

La Liqa: “Betis” – “Barselona” matçında 8 qol

7 December 2025 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Vilyarreal” “Xetafe”ni, “Alaves” “Real Sosyedad”ı, “Atletik” isə Madrid “Atletiko”sunu xalsız yola salıb. 8 qolun qeydə alındığı “Betis” – “Barselona” matçında isə qonaqlar inamlı qələbəyə seviniblər.

Turun qalan görüşləri dekabrın 7-də və 8-də keçiriləcək.

İspaniya, La Liqa
15-ci tur

5 dekabr

Real Ovyedo – Malyorka 0:0

6 dekabr

Vilyarreal – Xetafe 2:0
Qollar: Buçanan, 45+5. Mikautadze, 64.

Alaves – Real Sosyedad 1:0
Qol: Boye, 45+4-pen.

Betis – Barselona 3:5
Qollar: Antoni, 6. Lyorente, 85. K.Hernandes, 90-pen – F.Torres, 11; 13; 40. Bardqi, 31. Yamal, 59-pen.

Atletik – Atletiko 1:0
Qol: Berencer, 85.

7 dekabr

17:00. Elçe – Jirona
19:15. Valensiya – Sevilya
21:30. Espanyol – Rayo Valyekano
00:00. Real – Selta

8 dekabr

00:00. Osasuna – Levante

Hansi Flik Joan Qarsiyanı təriflədi

6 December 2025 at 14:00

Futbol üzrə İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın yeni qapıçısı Joan Qarsiyanı tərifləyib.

Arena.az alman mütəxəssisiin müvafiq açıqlamasını təqdim edir:

“Joanın böyük gələcəyi var. Onun imkanını ilk gündən sezmişdim. O, çox keyfiyyətli qapıçıdır”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Joan Qarsiya “Barselona”ya cari ilin iyul ayında Kataloniya klubunu əzəli rəqibi “Espanyol”un düşərgəsindən keçib. “Barselona” Qarsiya müqabilində “tutuquşular”a 25 milyon avro məbləğində ödəniş edib.

Qarsiya “Barselona”nın heyətində 11 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.

İspan qolkiper daha öncə yalnız “Espanyol”un formasını geyinib. Qarsiyanın “Espanyol” üçün çıxışının ümumi mənzərəsi 67 oyun, 72 buraxılmış top və 21 “quru” oyundan ibarətdir.

Joan Qarsiya İspaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarına, eləcə də Olimpiya komandasına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə hələ dəvət almayıb.

Qarsiya “Espanyol”la İspaniya Sequndasının (2020/2021) və İspaniya yığması ilə 2024-cü il Yay Olimpiya Oyunlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

La Liqa: “Real Ovyedo” və “Malyorka”dan qolsuz sülh

6 December 2025 at 01:50

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Real Ovyedo” doğma meydanda “Malyorka” ilə qarşılaşıb. Qarşılaşma qolsuz yekunlaşıb.

Turun qalan görüşləri dekabrın 6-da, 7-də və 8-də keçiriləcək.

İspaniya, La Liqa
15-ci tur

5 dekabr

Real Ovyedo – Malyorka 0:0

6 dekabr

17:00. Vilyarreal – Xetafe
19:15. Alaves – Real Sosyedad
21:30. Betis – Barselona
00:00. Atletik – Atletiko

7 dekabr

17:00. Elçe – Jirona
19:15. Valensiya – Sevilya
21:30. Espanyol – Rayo Valyekano
00:00. Real – Selta

8 dekabr

00:00. Osasuna – Levante

Ferlan Mendi yenidən zədələndi

5 December 2025 at 20:00

Madrid “Real”ının sol cinah müdafiəçisi Ferlan Mendi yaşıl meydanlara qayıtdıqdan cəmi bir həftə sonra növbəti dəfə zədənib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı fransalı futbolçu sağ budundan zədə alıb və onun vəziyyəti ilə bağlı bərpa prosesinin müddəti sonradan müəyyənləşdiriləcək.

Mendi noyabrın 26-da UEFA Çempionlar Liqasının əsas mərhələsində “Olimpiakos”a (4:3) qarşı oyunda 90 dəqiqə meydanda olub. O, aprel ayından bəri ilk rəsmi matçına çıxmışdı.

Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.
Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mendi “Real” üçün cəmi 1 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 202 oyun, 6 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Mendi daha öncə Fransanın “Havr” və “Olimpik” (Lion) klublarının da şərəfini qoruyub. Müdafiəçi 2018-ci ildə debüt etdiyi Fransa yığmasının heyətində 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə seçilməyib.

“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

La Liqa: “Real” “Atletik”lə matçda 3 xalı 3 qolla qazandı

3 December 2025 at 23:59

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun erkənə çəkilmiş bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Atletik”lə Madrid “Real”ı arasında baş tutub.

Bilbaoda təşkil edilmiş qarşılaşmada qapılara 3 qol vurulub. “Real” səfər oyununda darmadağına sevinib.

Xatırladaq ki, ötən gün 19-cu turun daha bir görüşü keçirilmişdi – “Barselona” “Atletiko”nu 3:1 hesabıyla məğlub etmişdi. Bu turun qalan oyunları isə öncədən nəzərdə tutulduğu vaxtda – 2026-cı ilin yanvar ayının əvvəlində baş tutacaq.

Qeyd edək ki, hazırda 37 xala malik “Barselona” vahid liderdir. “Real” 36 xalla ikinci, “Vilyarreal” 32 xalla üçüncü, “Atletiko” 31 xalla dördüncüdür.

İspaniya, La Liqa
19-cu tur
2 dekabr

Barselona – Atletiko 3:1
Qollar: Rafinya, 26. Olmo, 65. F.Torres, 90+6 – Baena, 19.

3 dekabr

Atletik – Real 0:3
Qollar: Mbappe, 7; 59. Kamavinqa, 42.

Dani Olmo qol vurdu, çiyni çıxdı

3 December 2025 at 13:30

Futbol üzrə İspaniya çempionu “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Dani Olmo 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, buna yarımmüdafiəçinin La Liqanın 19-cu turu çərçivəsində qarşılaşdıqları “Atletiko” ilə oyunda zədələnməsi səbəb olub. O, 65-ci dəqiqədə komandasının 2-ci qolunu vuran anda uğursuz şəkildə yıxılıb və çiynindən xəsarət alıb. Bu üzdən də Olmo 66-cı dəqiqədə əvəzlənib. Müayinələr onun çiyninin çıxığını göstərib. “Barselona” futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Xatırladaq ki, Dani Olmo cari mövsümdə “Barselona” forması ilə 17 oyunda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” doğma meydanda qarşılaşdığı “Atletiko”nu 3:1 hesabı ilə üstələyib.

Sonda onu da xatırladaq ki, “Barselona”da hazırda Ronald Arauxo, Fermin Lopes, Qavi və Mark Andre ter Ştegen də zədədən əziyyət çəkir. Frenki de Yonq da xəstəlik səbəbindən “Atletiko” ilə oyunu buraxmaq məcburiyyətində qalmışdı.

La Liqa: “Barsa” “Atletiko” ilə matçda 3 xalı 3 qolla qazandı

3 December 2025 at 02:00

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun erkənə çəkilmiş bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu son çempion “Barselona” ilə Madrid “Atletiko”su arasında baş tutub.

Kataloniyada təşkil edilmiş qarşılaşmada qapılara 4 qol vurulub. “Barselona” bu oyundan inamlı qələbə ilə ayrılıb.

Sabah 19-cu turun daha bir görüşü keçiriləcək. “Atletik” “Real”ı qəbul edəcək. Bu turun qalan oyunları isə öncədən nəzərdə tutulduğu vaxtda – 2026-cı ilin yanvar ayının əvvəlində baş tutacaq.

Qeyd edək ki, hazırda 37 xala malik “Barselona” vahid liderdir. “Real” 33 xalla ikinci, “Vilyarreal” 32 xalla üçüncü, “Atletiko” 31 xalla dördüncüdür.

İspaniya, La Liqa
19-cu turun oyunu
2 dekabr

Barselona – Atletiko 3:1
Qollar: Rafinya, 26. Olmo, 65. F.Torres, 90+6 – Baena, 19.

Mbappe: “Bu, nəzərdə tutmadığımız, tam fərqli nəticədir”

2 December 2025 at 16:00

“Real”ın fransalı hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 14-cü turu çərçivəsində autsayder “Jirona”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Madrid nəhəngi autsayderlə səfər oyununda 1:1 hesablı heç-heçə ilə barışmalı olub.

“Qaymaqlılar”ın fransalı ulduz hücumçusu bu oyunla bağlı fikirlərini belə ifadə edib:

“Bu, nəzərdə tutmadığımız, tamamilə fərqli bir nəticədir. Amma çempionatın qızğın çağıdır, qarşıda çoxlu oyun var. Nəyə qadir olduğumuzu göstərməliyik”, deyə Mbappe vurğulayıb.

“Jirona”nın argentinalı qapıçısı Paulo Qassaniqa da “Real”a qarşı ev oyununda 1:1 hesablı heç-heçəni şərh edib:

“Biz üç xal qazanmaq istəyirdik. Aydın idi ki, bu gün komandamız qələbəyə oynayır. Biz “Real”dan daha çox məqam yaratdıq, amma belə bir səviyyəli rəqibə qarşı heç-heçə də yaxşı nəticədir”, deyə Qassaniqa vurğulayıb.

Qeyd edək ki, bu nəticə Madrid klubunun rəhbərliyində ciddi narazlıq və narahatlıq doğurub. Vurğulanır ki, “qaymaqlılar”ın baş məşqçisi, ispan mütəxəssis Xabi Alonso qovulma təhlükəsi ilə üz-üzə qalıb. Bununla belə, Alonsoya sınaq müddəti veriləcək ki, “Real”ı dirçəldə bilsin.

Jül Kunde “Barselona”nı niyə seçdiyini açıqladı

2 December 2025 at 14:00

“Barseloa”nın sağ cinah müdafiəçisi Jül Kunde “Çelsi”yə keçmək imkanı mənzərəsində “Barselona”ya keçidə üstünlük verməsini əsaslandırıb.

Arena.az fransalı futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“O vaxt Xavi ilə söhbəti bəyəndim. Tomas Tuxellə də danışmışdım. Hiss edirdim ki, o, məni heyətdə görmək istəyir, amma mən sadəcə olaraq Xavinin yanaşmasını bəyəndim”, deyə 27 yaşlı fransalı futbolçu vurğulayıb.

Xatırladaq ki, Jül Kunde “Bordo”nun məzunudur. “Jirondistlər”in düşərgəsindən “Sevilya”ya yol tapmış Kunde, 2022-ci ilin iyul ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Kataloniya klubunun fransalı futbolçu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kunde “blauqrana” üçün 18 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Fransalı futbolçunun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 159 oyun, 8 qol, 19 məhsuldar ötürmədən ibarətdir.

Jül Kunde 2021-ci ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 46 oyun keçirib.

Kundenin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı Avropa Liqası (2019/2020), “Barselona” ilə qazandığı İspaniya La Liqası çempionluğu (2022/2023, 2024/2025), İspaniya Kuboku (2024/2025) və Super Kuboku (2022/2023, 2024/2025) var. Həmçinin Kunde Fransa yığması ilə UEFA Millətlər Liqasının (2021) qalibi və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

❌
❌